Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

46 üzv, 208 topik

Təraneyi-qəmpərvəranə

Cahanә gәlmәdә mәqsәd nәdir insanә, bilmәm ki?
Hәqiqәtmi bu xilqәt, yoxsa bir әfsanә, bilmәm ki?

Mәn idrak etmәdim dünyayә gәlmәkdәn nәdir hikmәt,
Yaratmaqdan nәdir hikmәt bizi sübhanә, bilmәm ki?

Mücәssәm bir xәyalә bәnzәyir timsalı imkanın,
Neçin dildadeyi-şövqüz xәyalistanә, bilmәm ki?
Davamı →

Xalq şairi Rəsul Rza haqqında əhvalat və faktlar

Rəsul Rzanın atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanırmış. Atası İbrahim əyalətdə — Göyçayda yaşaya-yaşaya rusca təhsil ala bilmişdi, gözüaçıq bir insandı və kəndin bütün yazı-pozu işləri onun qələmindən keçdiyindən elə camaat arasında da Mirzə İbrahim kimi məşhurlaşmışdı. Rəsul altı yaşındaykən atasını itirdikdən sonra dayısı Hüseyn Rzayevin himayəsində yaşayaraq onun soyadını götürür, sonacan «Rza» qalsa da, əslində familiyası Məmmədxanlı idi.

***

Doğum tarixi haqda dəqiq məlumat yoxdur. Özü tərcümeyi-halında yazır: “Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əlyazması ilə Quranın səhifələrindən birində qeyd edibmiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb”.

Davamı →

Azərbaycan poeziyasının Mikayıl Müşfiq zirvəsi

Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl Müşfiqin ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olaraq qalmaqdadır. Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Hər bir gənc istənilən mövzuda M.Müşfiqin şeirlərindən istifadə edə bilər. Xüsusən də milli mənlik şüuru, vətənpərvərlik, Vətənə sonsuz sevgi baxımından Mikayıl Müşfiq şeirləri ölçüyə gəlməzdir.

Hansı şer nümunəsi Mikayıl Müşfiqin «Oxu, tar!» harayına çata bilər?!..
Davamı →

Yasəmən ağacı | İlyas Əfəndiyev

Məktəbimizin bağçasında ucaboylu, cavan bir yasəmən ağacı vardı. Yaz gələndə bütün ağaclar kimi o da çiçək açardı. Onun açıq bənövşəyi gülləri salxım-salxım olub sallanırdı.

Məktəbimizin bağçasındakı ağ, çəhrayı çiçəkli alça, armud, şaftalı və ərik ağacları arasında bu yasəmən ağacının qəribə bir gözəlliyi vardı. 

Kəndimizdə yasəmən olmazdı. Məktəbimizdəki yasəməni isə Aslan müəllim əkmişdi. O hər səhər əkdiyi bu ağacın yanına gələr, budaqları əyib salxım gülləri iylər və dayanıb ağacın gözəlliyinə tamaşa edərdi.
Aslan müəllim ucaboylu, qarabəniz, zəhmli bir adam idi. Alnında sərt qırışlar vardı. Lakin o, yasəmən ağacını seyr edərkən üzünün nə qədər incə, mehriban və xülyalı bir ifadə aldığını bircə görsəydiniz!.. 
Davamı →

Vallah, yеnə xəbərin yalan çıxacaq | Nəcəf bəy Vəzirov

Nəcəf bəy VəzirovQəribə mən vücudam, vallahi. Özüm də təəccüb еdirəm: birdən hеç zaddan ötəri baxırsan qəmgin oldum, ya da bir balaca xеyir xəbər еşidəndə başladım ruhül-ərvah oxumağı. Amma, qardaş, bu dəfə hеç təəccüb еtmək yеri yoxdur. Ruhül-ərvahı qatacağam hicaza, hicazi ruhül-ərvaha. Şad olsun bu mərtəbədə məni şad еdən!

Ya Mirzayi-Ərdəbili! Fəda olum fikr-zikrinə, qələminə, yazdığın risaləyə! Bilirsiniz ağam nə yazıb? Qurban sənə, ağam! Ağam yazıbdır ki, Məkkə ziyarətinə gеdən zəvvarlar Məkkədə bina olunan bangə, – adı olsun “Bangirəsul”, – borcludurlar hərəsi bir qızıl lirə nəzir vеrsinlər…

Davamı →

Belə-belə işlər | Ramiz Rövşən

Həsən kişinin dünyada nəyi var idi?
Bir kəhər atı var idi.
Nəyi yox idi?
Arvadı yox idi, uşaqları yox idi.
Həsən kişi bu dünyada nədən qorxurdu?
Özünün ölməyindən qorxurdu. Qorxurdu ki, bir gün ölər, kəhər at bu dünyada tək-tənha qalar.
Kim bilir onda yazığın günü necə keçər?
Həsən kişi bu dünyada day nədən qorxurdu?
Kəhər atın ölməyindən qorxurdu. Qorxurdu ki, bir gün kəhər at ölər, Həsən kişi bu dünyada tək-tənha qalar.
Davamı →

Bu yolların çiləsi - Şiringül Musayeva.

 BU  YOLLARIN ÇİLƏSİ — 2 / Şiringül Musayeva

'' Bu  yolların çiləsi '' isimli Şeirli Romanımın 2-ci Hissəsinde istifadə olunmuş şeirlər; tanınmış Türk Şairi Hikmet Okuyarındır.
......
BU  YOLLARIN ÇİLƏSİ — 2 / Şiringül Musayeva 
......
Yüregim bülbül sana, güllerinde unuttum
Acıları aşqınla dillerinde unuttum
Ellerim bende degil, ellerinde unuttum
Bülbülce sevdaları güllerinde unuttum.

Davamı →

Bu yolların çiləsi - Şiringül Musayeva.

                               Karda, kışda, kar yolları kesende,
                                Egribelde dağ rüzgarı esende,
                                Kırat gelir, murat olur desen de…
                                Yoldaş heç durmasın yoldan yol alsın.

 Eğribel Təpəsindən baxanda yollar çox qəribə görünürdü; bəzən dümdüz uzanır, bəzən də ilan kimi qıvrılırdı.Uşaq vaxtı böyük maraqla baxardı yollara; nə vaxtsa böyüyüb yekə kişi olacağını və bu yollarla uzaq-uzaq yerlərə gedəcəyini hiss edərdi: düşünməzdi yollar kim tərəfindən və nə vaxt salınıb, çünki elə gözünü açandan, özünü tanıyandan yolları beləcə haralarasa- bilinməz məkanlara uzanan görmüşdü.
Davamı →

Hüseyn Cavid

Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə) 1882-ci il oktyabrın 22-də Naxçıvanın indiki Kəngərli rayonunun Şahtaxtı kəndində ruhani ailəsində dünyaya gəlib. 

İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini Molla Tağı Sidqinin «Məktəbi-tərbiyə» adlı yeni üsullu məktəbində alıb (1894-1898).
1899-1903-cü illərdə Cənubi Azərbaycanda olub, Təbrizin «Talibiyyə» mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

H.Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən olub.
Davamı →

Uca qaya başında | Kamal Abdulla

Günlərin bir günü biz ayrılmaz dostlar bağda oturub səssiz-səmirsiz, hərə öz fikrində, zoğal mürəbbəsi ilə çay içirdik.

Nə oldu, nə olmadı, niyəsini, nə üçününü biz bilmədik, elə sakit-sakit oturduğu yerdəcə Rüstəm kişinin gözləri qıyıldı, xəyalı uzaqlara uçmuş şəkildə, ahəstə və bir az da sirli səslə bizdən soruşdu:
— Möcüzə istəyirsiz, sizə bir möcüzəli əhvalat danışım?! Sonra da bizim cavabımızı gözləmədən Rüstəm kişi bu əhvalatı danışmağa başladı. Günlərin bir günü qonşu kəndlərin birində, kəndin adını nə o dedi, nə də biz soruşduq, dənizin qırağında bir uca qayanın başında bir arvad, çox yaşlı bir arvad, səsini başına atıb qışqırırmış:

— Ay aman, ay aman, qoymayın, ay camaat, yetışın, imdad! Xilas edin!..
— Nolub, ay arvad, səsini niyə atmısan başına?
– Yaxınlıqda kimlərdisə iş görürmüş, kisələrə qum yığırmışlar, aralarında bu arvadı tanıyanlar olub, işlərini saxlayaraq bir-birinə göz vura-vura buna üz tutub soruşublar.
Davamı →