Nizami ili Azərbaycan nizamişünaslığını müasir səviyyəyə qaldıracaq
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Çoxdandır həyatının dadı-duzu, mənası itib, eləcə bozumtul, yeknəsəq günlər yaşayır. Hər tərəfdə bir bozumtulluq var və bu bozumtulluq ev əşyalarına belə yansıyıb .Bax, bu kitab şkafındakı kitablar da, qarderobdakı paltarlar da, bu divan və oturacaqlar da bozarıb.
Hətta, sir-sifəti, saçları belə bozarıb, yanağında bir qırıq qızartı qalmayıb, gözlərinin içində böyük bir kədər və ümidsizlik gizlənib .
Hər axşam özünə söz verir: olmaz belə, səhər mütləq yeni enerji ilə yeni həyata başlayacaq, həyata təslim olmayacaq. Hələ ömür yarı deyil, lap tutaq ki, yarıdır, beş –on il ömrü qalıb ...olarmı belə dadsız-duzsuz, mənasız həyat keçirtmək? Ehtiyaclara, kasıblığa, çətinliklərə məğlub oldu .Harda qaldı göy üzündə pərvaz edən xəyalları, çətinliklərə sinə gərən, onlarla qartal kimi vuruşan iradəsi?