Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

İsmayıl Şıxlı

Dünya qələmli ədib, milli ər qırımlı xarakter, xəlqi ədəb-ərkanlı Müəllim — İsmayıl Şıxlı...
Onun Müəllimlik obrazı haqda — dərsləri necə bir məhəbbət və məharətlə deməsi, bu sənətə Məcnun məftunluğu barədə çox danışmamaqçün, 70 illik yubileyində həmkarlarından birinin söylədiyi bir nüansa diqqət edək: “Bizim çoxumuz zamanın havasına uyduq, ad-sanımızı qoruya bilmədik, İsmayıl Şıxlı isə bu adı ürəyi kimi — tər-təmiz saxladı!..”

Bəli, tariximizin “sovet dövrü” illərində tez-tez səslənən “dovşana qaç, tazıya tut”, “dünyanın düz vaxtları”, “bu dünyanın herti-pertisinə lənət!” kimi deyimlər, 3 növ təyini söz birləşmələrindən əlavə, hərdən belə bir “dəvədə buynuz” da eşidərdik: —

“Kristal adam”...
O dövrün ali məktəb tələbələrinin hər birinin ayrılıqda öz “ideal müəllim”i olsa da, İsmayıl Şıxlı hamı üçün ortaq “İdeal Pedaqoq”, milli “Kristal Müəllim” sayılırdı…
Davamı →

Mən, sən, o və telefon | Anar

Telefon nömrələri
Oxşamaz bir-birinə
amma hamısında
insan səsi... 
...pis günlər
oxşamaz bir-birinə
birində özün susarsan,
birində telefon.


Vaqif Vəkilov


Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki… Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri.



Ardı →

Gül ömrü | Fidan Nizaməddinqızı

O, özünə məxsus tərzdə, yavaş-yavaş tərpənirdi. Hərdən bədənindən çox da fərqlənməyən boynunu uzadıb, minnətli — minnətli mənə baxırdı. Elə mən də ondan geri qalmırdım, onu kinayəli şəkildə süzürdüm. Sonra yenə də çalışırdım diqqətimi güzgüyə cəmləyim. Amma əlim də, diqqətim kimi tez — tez yayınırdı.
Adətimdir — gecələr kəlmeyi-şəhadətimi dediyim kimi, səhərlər də, özümə səbr arzulayırdım. Çünki, gözümü açıb ilk rastlaşdığım mənzərə heç də ürək açan olmur. Yuxudan həmişə yorğun ayılıram. Elə bil bütün gecəni ölü kimi yatan mən deyiləm. Hər gecə işıqları söndürüb, yerimə girən kimi, bu lənətə gəlmış qatarların səsi dolur beynimə. Mən biləni, bu yaxınlarda stansiya yoxdur.


Ardı →

Təbrik novellası | Zərdüşt Şəfi

İlk öncə onu deyim ki, şəxsiyyət ikiləşməsindən bu yazıda söhbət belə getməyəcək, biz sadəcə bir bədəndə iki candan danışacağıq, biri Qulu, digəri Ağsəs: biri şairdi, digəri publisist. Özü də həqiqətən quldu, dərgah quludu, mehrabını bildirməsə, üzə vurmasa da, Sözünün də, Səsinin də Ağı qaradan seçilir.
Onun ağappaq bir səsi var, özüm görmüşəm, ləkə götürməyən ağdı: televiziyadan, radiodan, hər yerdən duyulur. Hətta işğal altında olan torpaqlardan da gəlib bizə dəyir, əks-səda verib qayıdır.
Ardı →

Xiyarpulu

— Sən mənə niyə çəp-çəp baxırsan? Elə bilirsən səni istəmirəm? Rəhmətlik atanla ton-ton çörək kəsmişik. Sənin də xətrini çox istəyirəm. Düzdü sənə pislik də eləmişəm. Qoymamışam gəlib kəndddə işləyəsən. Yollarda qalmısan 15 ildi. Amma neynəməliydim- göstəriş gəlimişdi ki, onu kəndə buraxma. Axı sən onda müxalifətdəydin. Sən də mənə pislik etdin- yazdın prezidentə. Prezident üstünü yazdı nazirliyə. Nazirlik yazdı bizim maarifə. Maarif də üstünü yazdı mənə. Pislyin qaldı özünə. Arada mən bir az tərlədim. Əclaflar elə eləyillər ki, həm deyirlər onu işə qoyma, həm də deyirlər səndən prezidentə niyə şikayət gedib, buyur bura düş. Amma  elə ki, keçdin YAPa işin asanlaşdı.
— Hə neynəyək, dolanmaq olmur. Eşitmişəm çıxmaq istəyirsiniz.
— Olmaya yerimdə gözün var? Balam canı, mən razı, amma sənə qıymıram. Sən YAP-a keçsən də, hələ duza gedirsən. İşin içini bilmirsən.


Ardı →

Xoşbəxt adamla bədbəxt adamın söhbəti

Bu nə duzsuz adamdı, yekə kişidi, dişləri ağara qalıb, barı boyundan utanmır. Kişi xeylağı belə əzilib-büzüldüsə heç nə… O cibindəki nədi e, yol boyu başımı xarab eləyib, elə ona baxıb hırıldayır. Yəqin arvadının şəklidi, yüz faiz o da bunun kimi quşbeyinin biridi, boş yerdən deməyiblər ha taylı tayın tapmasa bağrı yarılar. Bir də hırıldasa, dədəmin ölmüşünə, deyəcəyəm «ə bəri bax, kişi ağır olar e. Arvad nə olan şeydi şəklini üstündə gəzdirirsən, dəqiqə başı da çıxardıb marıtlıyırsan…»
Ardı →

Tənhalıq qorxusu

Yerlə göyün arasında – günəşin altında, tənha qovaq ağacının üstündə bir leylək can verirdi. Günəşin istisi, acından civildəşərək vurnuxan körpə balalar və ağacın dibində yerini rahatlayıb mürgüləyən təkgöz tülkü ölüm məqamını daha da cansıxıcı edirdi…


Onlar bu ağacın üstündə cütləşmişdilər. Məhəbbətəri insanların sevgisi kimi müvəqqəti həvəslərdən və maddiyata söykənən arzulardan əziyyət çəkmirdi. Bütün gunü birlikdə uçar, qidalanar və axşamlar yer üzündə gördüklərinin hamısından əziz olan tənha qovaq ağacının ən hündür budağında bir birinə sığınıb yuxulayardılar…


Ardı →

“Koroğlu” dastanı

XVI əsrin sonu — XVII əsrin əvvəllərində baş vermiş Cəlalilər hərəkatı xalq arasında geniş əks-səda tapmış, bu hərəkatın iştirakçıları haqqında çoxlu nəğmə, rəvayət yaranmışdır. Bu tarixi hadisə Azərbaycan və Türkiyə ərazisi ilə bağlı olduğundan yaranan bədii nümunələr də bu ölkələrdə daha geniş yayılmış, dildən-dilə keçmiş, zaman ötdükcə daha da zənginləşmişdir. “Koroğlu” dastanının mənbəyi məhz bu tarixi hadisə, bu hərəkat hesab olunur. Xalqın bədii təfəkkürünün, düşüncəsinin məhsulu kimi meydana gələn bu dastan (təsadüfi deyildir ki, onda əfsanəvi qüvvələr də iştirak edir) illər keçdikcə mükəmməl bədii forma və məzmun almış, möhtəşəm, təkrarolunmaz abidəyə çevrilmişdir.


Davamı →

Məhəmməd Füzulinin həyatı və yaradıcılığı

Məhəmməd Süleyman oğlu Bağdad yaxınlığındakı Kərbəlada dünyaya göz açmışdır. Qaynaqlarda onun mükəmməl təhsil alması, dövrün elmlərini dərindən öyrənməsi barədə məlumat verilmişdir. Şairin “mövlana” adlandırılması da bununla bağlıdır.

O, yaradıcılığa erkən yaşlarında başlamış, özünə “Füzuli” təxəllüsünü seçmişdir. Füzuli yalnız şairliklə məşğul olmamış, dini ocaqlarda xidmət etmişdir. Bu işinə görə aldığı maaşla sadə, qənaətcil həyat yaşamışdır. İstər Səfəvi dövləti, istərsə də Osmanlı hökmdarları tərəfindən yaxşı tanınan və yüksək dəyərləndirilən şair saraylara üz tutmamış, sadə ömür sürməyə üstünlük vermişdir.


Davamı →