Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

42 üzv, 222 topik

Şuşa məni necə xilas etdi? | Qan Turalı

Bayaq evdə darıxdım.
Aşağı düşüb bir taksiyə oturdum.
Üstümdə pul çox az idi, cəmi 4 manat.
Düşünürdüm ki, elektron kartımdan çıxardaram.
«Azadlıq» metrosunun yanına gedib bir az gəzmək, kiçik kafelərə girib söhbətləşmək, söhbətlərə qulaq asmaq istəyirdim.
Bu cür kafelər məni həmişə dincəldir.
Ardı →

Məhəbbət həmişə var | Şiringül Musayeva

Əslində, mən — Süleyman sevgiyə, məhəbbətə bir o qədər də inanmamışam.
Sevgi, məhəbbət, eşq mənim aləmimdə şairlərin, rəssamların, yazıçıların uydurduğu bir illüziya, boş bir sabun köpüyüdür. Belə ki, söz, sənət adamları bu eşq, məhəbbət haqqında uzun-uzadı danışıblar, deyiblər, əslindəsə, onun mövcudluğuna özləri də şübhə ilə yanaşıblar. Həmişə cəmiyyət də bu eşqə, məhəbbətə, hətta, onu vəsf edənlərə bir qədər ironiya ilə yanaşıbdır. Və mən də həmişə bu fikirdə olmuşam ki, əsl kişi, ümumiyyətlə, sevgi, məhəbbət əsiri olmaz. Qadınlar — əks cinsin nümayəndələri nədirlər ki, onlara belə böyük bir hiss də bəsləyəsən. Qadınlar hər vaxt mənə öz rolunu yaxşı oynayan aktrisaları xatırladıblar. Hər zaman mənə elə gəlib ki, onlar süni və saxtakardırlar. Onların heç bir hissi-sevinci də, kədəri də, istəyi də, narahatlığı da, hətta, etirazı da təbii deyil. Onlar həmişə kişilərə əngəl və maneə törədib, onlara başağrısı olublar. Onlardan heç bir halda adama xeyir gəlməz.


Ardı →

Pıspısa | Gülşən Lətifxan

Pıspısa onun ayaması idi və o, bu ada o qədər öyrəşmişdi ki, hərdən əsl adını kiminsə dilindən eşidəndə təəccüblənirdi, amma bununla belə çox yaxşı bilirdi ki, halalca ərinin xudpəsənd, dəymədüşər anasının dilindən alıb ona pərçim etdiyi bu ayamanın mənbəyi hardandı, Pıspısa nədi, el arasında hansı böcəyə «Qara pıspısa» deyirlər və bu qara böcəklər daha çox harda eşələnirlər?
Simnarə bu qara böcəklərin adı ilə bağlı ayaması haqqında bir zamanlar düşünüb-daşınmışdı, amma taleyi kimi, bu ayama ilə də barışmışdı.
Ad, ayama sarıdan onun baxtı əzəldən gətirməyib. Belə ki, bisavad atası Nemət kişinin savadlı adamlara həsəd aparması və bir axşam kolxozun klubunda «Dəli Kür» filminə baxması və bu filmdə səslənən «Seminariya» sözünün nə olduğunu anlaması onunla nəticələnib ki, elə o arada doğulan doqquzuncu qızının adını Simnarə qoyub, amma bu ad el arasında dilə yatmadığından, bir qədər qəribə səslənsə də, qızı sadəcə Sim çağırıblar.


Ardı →

Sevdasız aylar (II hissə) | Salam Qədirzadə

Müəllif
   Elektrik qatarının tәkәrlәri relslәri yeknəsәqliklə döyəclәyirdi. Sevda açıq pәncәrә qabağında oturmuşdu. Sәfillәri oxuyurdu. İçәri dolan yel nadinc uşaq kimi şıltaqlıq edirdi; qızın tellәrini dağıdıb sifәtinә sәpəlәyir, onun mütaliәsinә mane olurdu. Havanın sәrin nәfәsindәn gaһ şor suyun, gaһ neftin kәsif qoxusu duyulur, gaһ da Abşeron barlarındakı meynәlәrin, әncir, nar ağaclarının payız әtri gətirirdi. Dәniz mövsümü sona yetdiyindәn vaqonda sәrnişin az idi.
Sevda kitaba elә qapılmışdı ki, qorxurdu düşәcәyi stansiyanı ötüb keçә, xәbәri olmaya. Әsәrin tәsirindәn ayrıla bilmirdi. Hәrdәn başını qaldırıb gözlәrini uzaqlara dikәrək fikirlәşirdi. Fikirlәşirdi ki, bu yazıçılar arı kimi bir mәxluqdur. Arı öz pәtәyindәn çox-çox uzaqlara uçur… Çöllәrdәki güllәrә-çiçәklәrә qonub zәrrә-zәrrә şirә çәkir. Sonra şanasına qayıdaraq әtirli bal yaradır… Yazıçılar da alәmi gәzib-dolanır, görüb-götürür, nәһayәt, iş otağına tәləsәrәk qalın-qalın maraqlı әsәrlәr yaradır. Onların isә şanası kitabdır, balları söz.
Ardı →

Şax yeriyənlər | Alpay Azər

Səhər hava işıqlanmamış Bakıdan çıxan təyyarə İstanbula endi. İki xanım, iki kişi Amsterdama “Qloballaşma dövründə humanitar elmlərin rolu: Avropa modeli” mövzusunda elmi konfransa gedirdilər.
İstanbulda dörd saat gözləmək lazım idi. Vaxt az olduğundan şəhərə çıxıb gəzməyin mənası yox idi, əsnəyə-əsnəyə məsləhətləşib aeroportda gözləmək qərarına gəldilər.

Sahilə və Yavər Elmlər Akademiyasının elmi işçiləri, İlhamə Dövlət İqtisad Universitetində baş müəllim, Murad BDU-nun dosentidir.
Dörd azərbaycanlı İstanbulun beynəlxalq aeroportunun nəhəng zalında yavaş-yavaş gəzişirdilər.
Dördü də əvvəlcə parfyum malları satılan mağazaya girdilər.
Sifətlərində gecəki yuxusuzluğun izləri yox olmuşdu, daha əsnəmirdilər, gözləri parıldayırdı, ora-bura qaçırdı.
Ətirlərə ən çox on ildən artıq akademiyada baş elmi işçi işləyən, hələ də əri, on iki yaşlı oğluyla köhnə, təmirsiz yataqxanada yaşayan Sahilə baxırdı.
Ardı →

Felyeton-Cəlil Məmmədquluzadə

Xülaseyi-kəlam, bu dünyada hali-həyatımızda nə qədər məsciddən və minbərdən qaçmaq istəsək, yenə öləndən sonra məscidə qayıdacağıq və biz öləndən sonra məscidə getmək istəməsək, yenə dost-aşnalarımız gəlib, qohum-qardaşlarımıza nəsihət eləyəcəklər ki, cənazə Təzəpir məscidinə aparılmayınca dəfn olunmasın. 

Qəzetlərdə böyük xətt ilə elanlar yazılacaq ki: “Şura qulluqçusu flanın vəfatı kəmali-təhəssürlə dost və aşnalara xəbər verilir və mərhumun cənazəsi saat 10-da Təzəpir məscidindən götürülüb, flan Şura idarəsi qabağında dayandırılıb, idarə yoldaşları tərəfindən nitqlər söylənəndən sonra, qəbristana aparılacaqdır”. 

Həmin əhval mənim yadıma düşmürdü, dünən bir tanış molla bunu mənim yadıma saldı. Dedi:

— Axund Molla Nəsrəddin, sizin yazılarınızla rəftarınız bir-birinə tuş gəlmir. Dedim:

— Necə? – Dedi:

— Bu axırıncı üç-dörd ilin müddətində mən neçə dəfə səni və sənin kimi qələm ilə və dil ilə məsciddən qaçanları və camaatı qaçırdanları Təzəpir məscidində görmüşəm. – Dedim: 
Ardı →

Dahilərlə döyüş | Aslan Quliyev

Qapı ağzında bir anlığa ayaq saxladı, ağır taxta qapıları aliminium qapılarla əvəz eləmişdilər, süni, sintetik qoxular, işıltılı, adamı sıxan rənglər də yeniydi. Pilləkənə ayaq basmaq istəyəndə arxadan amiranə səs eşidildi.
— Hara?

Geri döndü, arxada bir polis dayanmışdı, baxışlarında, görkəmində yeri, göyü yaratmaq iddiası vardı, sanki onu oğurluq üstə yaxalamışdı.
  — «Şəfəq» jurnalına, — doğrudan da oğurluq üstə yaxalanan adam kimi pərt halda dedi və əməlinə  haqq qazandırmağa cəhd elədi. – Hekayə gətirmişəm.
  — Bəs onda biz burda nə üçün durmuşuq? – polisin səsində kinayə duyulurdu. – Ordan sənin üçün zəng eləməlidilər.


Ardı →

XX əsrdə Azərbaycan ədəbiyyatı (icmal)

30-cu illərin repressiyası öz başlanğıcını sovet hakimiyyətinin qurulduğu ilk aylardan götürmüşdü. Onun ilk ziyalı qurbanı erməni daşnaklarının Gəncə həbsxanasında güllələdikləri Qazax Müəllimlər Seminariyasının direktoru, görkəmli alim və ədəbiyyat tənqidçisi, ilk çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər Firidun bəy Köçərli (1863-1920) olmuşdur. Ümumiyyətlə repressiya Azərbaycan ədəbiyyatının sovet dövrü tarixinin qan qarışıq qara səhifələrini təşkil edir. Bu zaman əsassız təqiblərə məruz qalanlar arasında günahsız fəhlə və kəndlilər də çox idi. Lakin bolşevik-daşnak təqiblərindən ən çox zərər çəkən ziyalılar olmuşdur. Bunun da səbəbi aydın idi. Stalinçilər Azərbaycan xalqının ziyalı övladlarını qırmaq, yaxud məhbəslərdə və sürgünlərdə çürütməklə millətin özünüdərk prosesinə mane olmaq, onu öz mənəvi köklərindən ayırmaq, kommunist ehkamlarının kor-koranə icraçısına çevirmək istəyirdilər. Xalqın tarixini, fəlsəfəsini, dilini, əlifbasını, mədəniyyətini, psixologiyasını, mentalitetini yaxşı bilən, bunları tədqiq edib soydaşları arasında təbliğ edən alimlər, öz doğma dilində və xalq ruhuna yaxın olan formalarda yazılmış bədii əsərləri ilə milli təfəkkürün öləziməsinə mane olan yazıçı, şair və dramaturqlar, bütünlükdə yaradıcı ziyalılar «yuxarı»dan verilmiş sərt və amansız «xüsusi» tapşırıqları yerinə yetirənlərin ən çox qorxduqları, buna görə də ən amansız rəftar etdikləri həmvətənlərimiz idilər.
Ardı →

"46 Bənövşə"/ Salam Qədirzadə ( I hissə )

 Birinci Dəftər

 1

 Məhəbbət gözəgörünməz, sehrli bir quşdur; adamı qanadlarına alıb göylərə uçurur, bu aləmdən çox uzaqlarda olan ikinci dünyaya aparır. Orda çəkdiyin
əzab, əziyyət də səni sərməst edir, nəşələndirir; hər şey öz adiliyindən çıxıb gözəlləşir. Səhərlər qızaran üfüqlər, doğan günəş, gecələr lacivərd səmada süzən ay, sayrışan ulduzlar, təbiətin qoynundakı meşələr, dənizlər, dağlar, şəlalələr, güllər, çiçəklər o qədər mənalı və möcüzəli görünür ki, tamaşasından doymursan. Hələ bütün varlığını ixtiyarını sərancamına verdiyin oğlan, qış nağıllarından gəlmiş müdrik, cəsur bir qəhrəmana dönür sənin üçün. Onun görüşlərində özünü insanların ən bəxtəvəri sanırsan. Istəyirsən o, daima səni oxşasın, əzizləsin, öpsün və hətta hərdən incitsin də. Belə anlarda unudursan, dünyada nə var—hamısını; müqəddəs bir mənanın səcdəsindən ayrılmırsan. Düşünürsən ki, damarlarında qan deyil, ülvi məhəbbətin pak duyğuları cərəyan edir və sən bundan xoşhallandıqca xumarlanırsan, əfsanəvi bir aləmin çəkisizlik şəraitində qov kimi yüngül olursan… Nəhayətsiz fəzalarda uçursan...
Bəli. Bu saat mən Könül də eləyəm. Nə yerdəyəm, nə göydə. Qərarım yoxdur. Bilmirəm ürəyimin çırpıntısını necə sakitləşdirim. Etiraf etməliyəm ki, bu narahatlıq mənə həm də ləzzət verir. Nə üçünsə, səbəbini anlamıram: “Dərya!”—deyə ucadan çağırmaq, qəhqəhə


Ardı →

"Sevimli Leyla"

Adım Fəriddir. İyirmi yeddi yaşım var. İki otaqlı təmirsiz, rütubətli, narahat mənzilimdə Simonla bərabər yaşayıram. Simon itdir. Adi bir it. Cins filan deyil. Körpə vaxtı küçədə tapıb evə gətirdim və elə o vaxtdan da dostuq. Bu it çox ağıllıdı. Yemək bişirir, paltar yuyur, ütüləyir, şahmat oynayır demirəm. Heç bir it bunu edə bilməz, məlum məsələdi. Lakin çox ağıllıdı. Heç nə etməsə də, üzündən ağıl tökülür. Kim bilir, bəlkə də danışsaydı, yaxud yazsaydı Nobeldən zaddan almışdı. Uşaqlığım rayonda keçib. On bir uşağın sonbeşiyiyəm. Bu cür böyük ailədə nəinki sağ qalmaq, adının çəkilməsi belə səni qürurlandırır. Atam çox vaxt bizi səhv salır. Səidə Fərid, mənə Səid, Cəmşid, Həmid deyir. Doqquz qardaş, iki bacıyıq. Məktəbi bitirən kimi qardaşlarımın təkidi ilə Bakıya gəldim oxumağa. Beləliklə, ailəmizdən şəhərə gələn ilk mən oldum. Arxamca su atdılar aftafa ilə. Atam qucaqlayıb öpdü. Sonra anam qucaqlayıb hönkürdü. Sonra bacılar, sonra kürəkənlər, sonra dayı, əmi deyənlər. Sonra qardaşlar. Lap sonda da qonşular. Öpüşüb-qucaqlaşmaqdan həmin gün iyrəndim.


Ardı →