Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

Bu sevda nə sevdadır... - Şiringül Musayeva (1-ci hissə)

Ey ,Füzuli, eşq mənin qılma nasehdən qəbul
Əql tədbiridir ol,sanma ki,bir bünyadı var.

Külək yarpaqları süpürləyə-süpürləyə səki boyu qovurdu və adama elə gəlirdi;yarpaqlar zar-zar ağlaşır;küləyin haqsızlığından artıq təngə gəldiklərin kiməsə,nəyəsə eşitdirmək istəyir.Elə bil,yarpaqlar azacıq dincəlmək,elə dünəndə qalan öz yaşıl,-tumurcuq ömürlərin heç olmasa xəyallarında yenidən canlandırmaq istəyir,küləksə buna aman vermir,taleyin hökmü kimi əsirdi.


Davamı →

Qarımışın monoloqu | Şiringül Musayeva

Deyirlər ki,qarımışlar o biri qızlara nisbətən daha çox ailəyə,evə bağlı qızlar olurlar.Onların işi-peşəsi hər şeyi saf-çürük etmək,başqalarının qayğısına qalmaq,problemini həll etməkdir.Özgələrin problemin həll etmək də həmişə xeyir gətirmir.Bu barədə atalarımızın gözəl bir məsəli də var:el üçün ağlayan gözsüz qalar.
 Atalarımızın belə bir məsəli də var:sonalayan sona düşər.
 Mən indi sona düşmüşəm.Amma bu barədə gərək sona düşməmişdən fikirləşəydim.Sonrakı peşmançılıq fayda verməz,yaxud müsəlmanın sonrakı ağlı.Bu müsəlmanın sonrakı ağlı da toydan sonra dınqıltı misalındadır,çünki mənim kimi bir qarımış sonradan nə qədər ağıllansa da əvvəlki gözəlliyini,təravətini,cazibəsini bir də geri qaytara bilmir.
Davamı →

Neylərdin, ilahi?!

Mirzə Ələkbər SabirDaş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış,
— Bilməm belə dövranları neylərdin, ilahi?!

Məzlumların göz yaşı dərya olacaqmış,
— Dəryaları, ümmanları neylərdin, ilahi?!

Səyyadi-cəfakardə rəhm olmayacaqmış,
— Ahuləri, ceyranları neylərdin, ilahi?!

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş,
— Töxm əkməyə dehqanları neylərdin, ilahi?!
Davamı →

Ramiz Rövşənlə bağlı fakt və əhvalatlar

Ramiz Rövşən müsahibələrinin birində belə demişdi: “Bir mövzuda iki şair şeir yazar, birinə mükafat verərlər, o birini edam edərlər”.

***

Başqa bir müsahibəsinə isə özü haqqında belə söyləyib: “Beş-altı şeir yazmışam, bunu mənə bağışlamayacaqlar”.

***

Məclislərin birində Aqşin Yeniseylə Ramiz Rövşən bir yerdəymiş. İçib keflənəndən sonra Aqşin Ramiz müəllimlə zarafatlaşmaq istəyir:
Davamı →

Xalq şairi Rəsul Rza haqqında əhvalat və faktlar

Rəsul Rzanın atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanırmış. Atası İbrahim əyalətdə — Göyçayda yaşaya-yaşaya rusca təhsil ala bilmişdi, gözüaçıq bir insandı və kəndin bütün yazı-pozu işləri onun qələmindən keçdiyindən elə camaat arasında da Mirzə İbrahim kimi məşhurlaşmışdı. Rəsul altı yaşındaykən atasını itirdikdən sonra dayısı Hüseyn Rzayevin himayəsində yaşayaraq onun soyadını götürür, sonacan «Rza» qalsa da, əslində familiyası Məmmədxanlı idi.

***

Doğum tarixi haqda dəqiq məlumat yoxdur. Özü tərcümeyi-halında yazır: “Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əlyazması ilə Quranın səhifələrindən birində qeyd edibmiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb”.

Davamı →

Azərbaycan poeziyasının Mikayıl Müşfiq zirvəsi

Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl Müşfiqin ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olaraq qalmaqdadır. Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Hər bir gənc istənilən mövzuda M.Müşfiqin şeirlərindən istifadə edə bilər. Xüsusən də milli mənlik şüuru, vətənpərvərlik, Vətənə sonsuz sevgi baxımından Mikayıl Müşfiq şeirləri ölçüyə gəlməzdir.

Hansı şer nümunəsi Mikayıl Müşfiqin «Oxu, tar!» harayına çata bilər?!..
Davamı →

Yasəmən ağacı | İlyas Əfəndiyev

Məktəbimizin bağçasında ucaboylu, cavan bir yasəmən ağacı vardı. Yaz gələndə bütün ağaclar kimi o da çiçək açardı. Onun açıq bənövşəyi gülləri salxım-salxım olub sallanırdı.

Məktəbimizin bağçasındakı ağ, çəhrayı çiçəkli alça, armud, şaftalı və ərik ağacları arasında bu yasəmən ağacının qəribə bir gözəlliyi vardı. 

Kəndimizdə yasəmən olmazdı. Məktəbimizdəki yasəməni isə Aslan müəllim əkmişdi. O hər səhər əkdiyi bu ağacın yanına gələr, budaqları əyib salxım gülləri iylər və dayanıb ağacın gözəlliyinə tamaşa edərdi.
Aslan müəllim ucaboylu, qarabəniz, zəhmli bir adam idi. Alnında sərt qırışlar vardı. Lakin o, yasəmən ağacını seyr edərkən üzünün nə qədər incə, mehriban və xülyalı bir ifadə aldığını bircə görsəydiniz!.. 
Davamı →

Vallah, yеnə xəbərin yalan çıxacaq | Nəcəf bəy Vəzirov

Nəcəf bəy VəzirovQəribə mən vücudam, vallahi. Özüm də təəccüb еdirəm: birdən hеç zaddan ötəri baxırsan qəmgin oldum, ya da bir balaca xеyir xəbər еşidəndə başladım ruhül-ərvah oxumağı. Amma, qardaş, bu dəfə hеç təəccüb еtmək yеri yoxdur. Ruhül-ərvahı qatacağam hicaza, hicazi ruhül-ərvaha. Şad olsun bu mərtəbədə məni şad еdən!

Ya Mirzayi-Ərdəbili! Fəda olum fikr-zikrinə, qələminə, yazdığın risaləyə! Bilirsiniz ağam nə yazıb? Qurban sənə, ağam! Ağam yazıbdır ki, Məkkə ziyarətinə gеdən zəvvarlar Məkkədə bina olunan bangə, – adı olsun “Bangirəsul”, – borcludurlar hərəsi bir qızıl lirə nəzir vеrsinlər…

Davamı →

Hüseyn Cavid

Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə) 1882-ci il oktyabrın 22-də Naxçıvanın indiki Kəngərli rayonunun Şahtaxtı kəndində ruhani ailəsində dünyaya gəlib. 

İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini Molla Tağı Sidqinin «Məktəbi-tərbiyə» adlı yeni üsullu məktəbində alıb (1894-1898).
1899-1903-cü illərdə Cənubi Azərbaycanda olub, Təbrizin «Talibiyyə» mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

H.Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən olub.
Davamı →

Belə-belə işlər | Ramiz Rövşən

Həsən kişinin dünyada nəyi var idi?
Bir kəhər atı var idi.
Nəyi yox idi?
Arvadı yox idi, uşaqları yox idi.
Həsən kişi bu dünyada nədən qorxurdu?
Özünün ölməyindən qorxurdu. Qorxurdu ki, bir gün ölər, kəhər at bu dünyada tək-tənha qalar.
Kim bilir onda yazığın günü necə keçər?
Həsən kişi bu dünyada day nədən qorxurdu?
Kəhər atın ölməyindən qorxurdu. Qorxurdu ki, bir gün kəhər at ölər, Həsən kişi bu dünyada tək-tənha qalar.
Davamı →