Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

Düzgün olmayan həqiqət | Kamran Nəzirli

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi deyilən dəhşətli gedər-gəlməzə minlərlə soydaşımız yollanmışdı. Həlak olanlar, yaralanıb qayıdanlar, itkin düşənlər, əsir həyatı yaşayanlar barədə yüzlərlə əsər yazılıb. Bu hekayə də olmuş əhvalat əsasında ərsəyə gəlib və mən bu əsəri Ziya Bünyadov, Mirzə Cəbiyev və İlya Kaverin kimi qəhrəman övladlar doğmuş, atalarının, ərlərinin, oğullarının, qardaşlarının yolunu bu gün də gözləyən fədakar qadınlarımıza ithaf edirəm.
Kənddə xalama “qarımış qız” deyirdilər. Camaat danışırdı ki, min doqquz yüz qırx birin noyabr ayından sonra onun başına hava gəlib. Hərdən dükan-bazara çıxan, yaxud məni bağçaya aparıb-gətirən xalamın dalınca xısın-xısın pıçıldaşanlar da olurdu. Bəziləri Xanım xalanın həddən artıq sakit, qaradinməz, daim fikirli və kədərli olmasını qeyri-adi əlamət kimi qələmə versə də buna qətiyyən inanmaq istəmirdim. Səbəbini fərli-başlı anlamırdım; hər halda, xalam haqqında gəzən bu söz-söhbətlər məni açmırdı; ona “qarımış qız” deyən adamlardan da zəhləm gedirdi.
Ardı →

Əyri evin qadını | Rasim Qaraca

Kişi evin üstündə — əyri çatı səthinin üzərində yaşayır. Yatağı, yazı masası, bilgisayarı, başqa ev əşyaları nizamla düzülüb. 

Nə kişinin özü, nə də əşyaları sürüşüb yerə düşmür. 

Düşüncəli bir adamdır, dünyaya baxışının özünəməxsus əyri bucağı var, bu bucaq altından baxanda başqalarının görə bilmədiyi ağılagəlməz qəribə mənzərələr görür. 

Məntiq qanunlarıyla yaşamır, özü-öz qanunlarını yaratmış, bu qanunlar içərisində heç kimsənin yaşamadığı və yaşaya bilmədiyi bir həyatı artıq neçə illərdir sürdürür.

Çatı üzərində sağa-sola, yuxarıya-aşağıya doğru var-gəl edir, siqaret çıxarıb yandırır, qəzet götürüb kresloya çökür və oxumağa başlayır, bu zaman qara bir milçək uçub gəlir, vızzz, onu narahat edir, kişi tələsmədən ayağa qalxıb milçəyi öz evindən qovur – çatının bütün ərazisi onundur.

Yaşadığı bu evin neçə mərtəbə olduğunu özü də bilmir, lakin çox yüksək bina olduğundan əmindir, çünki küçədə gəzişən adamlar buradan qara nöqtə kimi görünür.

Bir qarğa evin bacasına qonur, yumurtlayır, bir neçə dəqiqə qarıldadıqdan sonra uçub gedir. 

Yumurta diyirlənib yerə düşə-düşdə kişi əyilib onu götürür, qayğanaq bişirir.
Ardı →

Sevdasız aylar (I hissə) | Salam Qədirzadə

Oğlum Ruslana itһaf edirəm

Müəllif
  Ay qızlar! Yәqin Sevda yaşında olanda çoxunuz sevib-sevilmisiniz. Burada tәәccüblü nə var ki? Mәһəbbәtsiz ürәk, günәşsiz һәyat—ikisi dә birdir. Onsuz bu tәbiәtin füsunkar gözәlliklәrini necә görmәk, necә duymaq olar?

    Sevda da sizin kimi ötüb-keçәn qayğısız uşaqlıq çağlarının fәrqinә varmadan qarşıdan gәlәn gәncliyi salamlayırdı. Qoynunda әtirli gül-çiçәk, dodağında şaqraq qәһqәһә, köksündә ülvi mәһәbbәt gәtirәn ilkin baһarını salamlayırdı. Ömrünә sәadәt bәxş edәcәk, yollarına işıq sәpәcәk ulduzlu-aylı gecәsini, günәşli gündüzünü salamlayırdı. Sevinc ona qanad verirdi, fәrәһ göylәrә uçururdu, әngin fazalarda pәrvazlandırırdı.

   Sevda universitetin ikinci kursuna tәzәcә qәdәm qoymuşdu. Tələbəliyin tam bir ili arxada qalmışdı. Dərslәr yenə başlanmışdı. O, һәr sәһәr mәrmәr pillәkәnlәri qalxır, auditoriyalarda oturub müһazirәlәri dinlәyir… yazır, oxuyur… öyrәnirdi…
Ardı →

"Mən pəltəyəm"

Bəxtsiz adamam, hətta doğma kəndimizdə mənə qız vermədilər.
Məcbur olub qonşu kənddən, özümdən on iki yaş böyük qarımış birini aldım.
On ildi evlənsəm də uşağım olmur, deyəsən, bu, yaxınlarımı da narahat etmir:
“Özü nədir, ondan olan nə olacaq”- atam deyinirdi, rəhmətlik anamsa ölən günə kimi həyat yoldaşımı həkimdən çox, pirə- ocağa apardı.
Dünyasını dəyişəndən sonra: “ Canım qurtardı qapılar gəzməkdən”- dedi arvadım, bu yaşda uşaq dünyaya gətirməyin çətinliklərini danışıb əməlli- başlı qorxutmuşdular onu, gec bir zamanda rəngi- ruhu üstünə gəldi.
Ardı →

Məhəbbət və P.S. | Hüseynbala Mirələmov

Gecənin bir aləmi Günayın yan otaqdan eşidilən qəfil qışqırığı ananı yatağından dik qaldırdı. O, təlaş və hövl içində qızı yatan otağa qaçdı. Dərhal divar lampasının işığını yandırdı. Öz qışqırtısından səksənib oyanan qız yatağında oturub içini çəkə-çəkə ağlayırdı. Elə bil onu əqrəb sancmışdı, bənizi kağız kimi ağarıb solmuşdu. Alnında, boyun-boğazında tər puçurlamışdı. Hətta anasının gəlişi, otağın işıqlanması da qızın halına təsir göstərə bilməmişdi, hələ də onun əlləri titrəyir, uçunan ayaqları yorğanı tərpədirdi. Ana qızını qucaqlayıb soruşdu:
— Qızım, nə olub, yuxu görürdün?
Günay körpə uşaq kimi başını anasının sinəsinə sıxdı:
— Yuxu yox, ana, dəhşət görürdüm… — deyə hıçqırdı, — hər yan qatı zülmət idi. Uzaqdan Xəyalın bağırtısı gəlirdi, elə bil dara düşmüşdü, deyəsən ağır yaralanmışdı. Zarıya-zarıya köməyə çağırırdı. Səsi qorxunc əks-səda verirdi, qaranlıqda hansı səmtə gedəcəyimi kəsdirə bilmirdim. Xəyal, Xəyal, haradasan? — çığıra-çığıra dəli kimi onu axtarırdım…


Ardı →

Qurbağa | İlqar Fəhmi

— Qurbağa istəyirəm.
Qız onun sözünü yaxşı başa düşmədi.
— Deməli, qara kostyum istəmirsən?
— Yox, qara kostyum da istəyirəm, amma indi qurbağa istəyirəm.
Qız deyəsən qurbağa sözünü eşitdi.
— Nə istəyirsən?
— Qurbağa.
Qız əvvəl çaşdı, sonra birdən nəsə anlamış kimi sözünü davam elədi.
— Hə, onda gedib şənbə günü sənə kostyum alarıq. Həm də yadıma sal, divan üçün örtük də alaq, evdəkilər almayıb.
Davamı →

Dekret yeri | Firuz Mustafa

Heç bil­mi­rəm, söh­bə­tə ha­ra­dan baş­la­yım? Yax­şı­sı bu­dur, qoy elə əv­vəl­dən de­yim. Mə­sə­lə be­lə ol­muş­dur: təh­si­li­mi ba­şa vu­ran ili mə­ni tə­yi­nat­la uc­qar ra­yon­la­rın bi­rin­də­ki uc­qar bir kənd mək­təbi­nə gön­də­rdi­lər. Öl­kə­miz­də­ki bü­tün mək­təb­lər ki­mi, hə­min təh­sil oca­ğı da çox qa­baq­cıl bir müəs­si­sə­dir. Am­ma ora­da ix­ti­sa­sım üz­rə mə­nə iş ta­pıl­ma­dı ki, ta­pıl­ma­dı. Di­rek­tor üzü­mə ba­xıb de­di:
— Ə, ba­la, ədə­biy­yat dər­si qal­ma­yıb, bəl­kə sə­nə ta­rix ve­rək...
Mən ra­zı­laş­ma­lı ol­dum. Ça­rəm nə idi ki?
Di­rek­tor de­di:
— E-e-e… Ə, ba­la, bu­ra bax, əs­lin­də, mən­də heç ta­rix dər­si də yox­dur. Sa­də­cə ola­raq, ta­rix müəl­li­məm dek­re­tə çı­xıb, hə­lə­lik onun dərs­lə­ri­ni mü­vəq­qə­ti ve­ri­rəm sə­nə. Bir də ki, elə ta­rix də ədə­biy­yat ki­mi bir şey­dir də…
Ardı →

Toy əhvəlatı (Çingiz Abdullayev)

Keçən əsrin ortalarında heç Bakıda olmusunuz? Demək, siz bu cənub şəhərində daimi karnaval mühitinin hökm sürdüyünü hiss edə bilməmisiniz. Şəhərin ən gözəl xanımları ad ilə tanınardı, onların şəhərdə hər gəzintisi yerli əhalinin diqqətini cəlb edər, böyük heyrətə və vəcdə səbəb olardı.
Bakı evlərində baş tutan hər hansı məclisdə Bakı ləhcəsi və Azərbaycan sözləri qarışdırılmış rus diliylə danışan müxtəlif xalqların nümayəndələri ilə tez-tez qarşılaşmaq mümkün idi.
Belə ki, azərbaycanlılar, gürcülər, ruslar, yəhudilər, ləzgilər, tatarlar, ermənilər eyni dilə və eyni tələffüz tərzinə malik idilər, buna görə də çox vaxt onları bir-birindən ayırmaq  xeyli çətin idi.
Ardı →

Vampir/Şiringül Musayeva

Balaca, qara, tör-tökünük ,yöndəmsiz… çox   qəribə   görkəmi   var   idi. Onu  görəndə  nədənsə “ Heyvanlar   aləmi”ndə   seyr   etdiyim  kaftarları   xatırlayırdım.Bu   bənzətməmdən   utanırdım,  amma  bu  məndən   asılı   deyildi. İnsanın  hər  hansı  bir  heyvana  bənzəməsi, doğrudan  da,  mümkündür.Qəribə  xışıltılı səsi ,sanki  kirdən  boğulmuş   rəngi,doymaq  bilməyən   ac   ğözləri  adamı  xırpalayırdı.Onunla  haradan   tanış  olduğumu   söyləməyəcəyəm:  bəzən  həyatda  yöndəmsiz  insanlarla  müəyyən  əlaqələrimiz   olur.
Davamı →

Yanıtmaclar

  • Acdım sac asdım, yadımdan çıxdı küllənməmiş asdım.
  • Adəm mədənə getmiş. Adəm mədəndə badam yemiş.

Madam ki Adəm mədəndə badam yemiş, niyə bizə gətirməmiş.

  • Acmışam sac asmışam, bilməmişəm, küllənməmiş yaş asmışam.
  • Axşam bozbaş asmışam, çaşıb qazanı boş asmışam.
  • Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq.
  • Ağ inək o tayda ayağın yalayır, nənəm də bu tayda ağın yamayır.
  • Alişlə Memiş məhkəməyə getmiş, məhkəmədə məhkəmələşmişlərmi məhkəmələşməmişlərmi?
  • Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min...
  • Aşpaz Abbas aş asmış, asmışsa da az asmış.
  • Aşpaz Abbas bozbaş asar o başda, bu başda.
  • Aşbaz Abbas bir tas daşma aş asmış, asmışsa da, amma bir az az asmış.
  • Ay axır çərşənbə axşamı, gəlmişəm səninlə çərşənbələşəm, çərşənbələşsən də çərşənbələşəcəyəm,çərşənbələşməsən də çərşənbələşəcəyəm.
  • Ay axsaq aşpaz Həsən şah, aşpazlar aş bişirir, sən də gəl aş bişir, ay axsaq aşpaz Həsən şah!
  • Ay ağ qılquyruq qırqovul, qara qılquyruq qırqovulu gördünmü?
  • Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul.

Ardı →