Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

İzahat | Anar

Mən, Ağakərim Ağasəlim oğlu Səlimov 1946-cı ildə Bakıda anadan olmuşam. Təqaüdə çıxana qədər 40 il orta mərtəbdə kimya müəllimi işləmişəm.
Bu il məktəbimizin 70 illiyiylə bağlı başqa veteran müəllimlər kimi məni də

Abşeron istirahət evlərindən birinə on günlük putyovka ilə təltif etdilər. Oktyabrın 5-də istirahət evinə gəldim. Otaqda qonşum başqa bir orta məktəbdə dərs deyən Bəhram adlı müəllim idi. Artıq səkkiz gün idi ki, burdaydı.
 
Elə birinci gün istirahət evində təzəcə yerləşmişdim, səhər yeməyinə çatmadım, nahara getdim. Masamızın arxasında Bəhram müəllimlə məndən başqa iki nəfər də əyləşmişdi. Onlar artıq naharlarını yeyib bitirmişdilər, çay içirdilər. Mənim oturduğum yerdə kimsə məndən əvvəl nahar eləmişdi.

Çox yaraşıqlı gənc xidmətçi qız(o xidmətçidən çox şou ulduzuna bənzəyirdi) masamıza yanaşdı, salam-kalamsız qarşımdakı boşqabdan yemək artıqlarını əlindəki torbaya boşaltdı, yersilən tryapkanı xatırladan çirkli bir əsgiylə həmin boşqabı yüngülvari silib qabağıma qoydu. İri qaşıqla qreçkanı boşqaba çəkmək istəyirdi ki, əlindən yapışdım. –Qızım-dedim. Apar bu boşqabı yaxşı-yaxşı yu, gətir. Ya ayrı, təmiz boşqab gətir.
Ardı →

"Ola adamın meymun kimi qardaşı" | Aslan Quliyev

Uşaqlığını keçirdiyi evə, həyət-bacaya baxanda kövrəldi. Onu ən çox təsirləndirən artırmaya qalxan pilləkənin böyründəki çobanyastığı çiçəkləri oldu. İllər öncə yola düşüb gedəndə son dəfə dönüb geri baxmış, burdaca bitmiş çobanyastığı çiçəklərini görmüşdü. Çiçəklər onu yola salmışdı, indi də qarşılayırdı. Arvadı xəstələnəndə həkim resept yazıb vermişdi, aptekdən aldığı dərmanın qutusunu açıb içindəki sobanyastığı çiçəklərini görəndə heyrətlənmişdi. «Nəyinə bu qədər pul alırsız? Qardaşım kənddə bundan taya qoyur». «Onda burda nə işin var, çıx get öz kəndinə! — sarışın qız istehza ilə demişdi. – Qardaşının tayasından geninə boluna istifadə elərsən, pulunu havayı yerə verməzsən»


Ardı →

İşlənmiş mebel

            Bu gün işə bir az tez gəlmişdi. On iki ilə yaxın idi bu küçədə işləyirdi.Doqquzmərtəbəli binanın yarımzirzəmisinin qapısını küçəyə tərəf açmışdı, birinci mərtəbədə yaşayan, fərasətli çıxıb zərzəmini özəlləşdirən «xozeyin». Bu zirzəmini də icarəyə vermişdi.Usta da bu zirzəmini mebel təmiri sexi eləmişdi.İşi yaxşı olurdu.Küçədə və yaxın məhəllələrdə demək olar ki, hamı onu tanıyırdı.«Ağdamlı Usta» deyirdilər ona.Əlindən gəlməyən iş yox idi. Yumşaq mebeldən tutmuş,şifoner,şkaf, stol,stul və sair ev əşyalarını təmir etməyi bacarırdı.Bu məhlədə 20-yə yaxın doqquzmərtəbəli bina var idi, demək olar ki, hamısında olan mənzillərdə işləmişdi.Kiminin divanını,kreslosunu təmir etmişdi, kiminin təzə mebelini yığmışdı, kimisinin köhnə mebelini söküb atmağa kömək eləmişdi və s.Həmişə də işini vicdanla, həm də münasib qiymətə görməyə çalışmışdı.Amma indi qanı qara idi. Çünki, beşinci mərtəbədə olan Ayxan adlı oğlan gəlmişdi bir az bundan qabaq,ona bir iş təklif etmişdi:


Ardı →

"46 Bənövşə" ( II hissə ) | Salam Qədirzadə

11

Otağımın gündoğara açılan pəncərəsindən xoşüzlü bir səhər gülümsəyir. Yuxudan xeyli vaxtdır oyanmışam. Ancaq qalxmaq istəmirəm, yer dəmi alıram. Gözlərimi yummuşam—dünənki əhvalatları xatırlayıram. Daha doğrusu, görürəm. Dərya ilə şirin söhbətlərimizi, dalğaların şırıltısına qarışan qəhqəhələrimizi eşidirəm. Bu təsəvvür sanki dünəni geri qaytarıb ikinci kərə təkrar edir mənimçün.
Biz Bakıdan çıxınca yaxın kəndlərin darısqal, yöndəmsiz yollarından keçirik. “Qayaaltı” deyilən sarı qumlu, nəhayətsiz bir sahilə gəlirik. Ətrafın genişliyi, havanın saflığı ürəyimi fərəhləndirir. Yayda dənizə çimməyə axışan adamlarla dolu olan bu səs-küylü yerlər indi tamam sakit və kimsəsizdir. Təkcə qağayılardır sahilin də Xəzərin də sakinləri. Dərya suyun qırağında maşını bir dövrə sürətlə fırladıb, saxlayır, təkərlər, ləpələrlə ütülənmiş yaş qumun üstündə naxışlı çevrələr cızır. Xəbər alıram:
—Sən elə niyə elədin?
Mən də Dəryaya “Sən” deyirəm. “Siz” onu məndən, məni ondan uzaqlaşdırır.
Maışından enirik. Dərya yerdəki, ikiqat haşiyəli çevrəyə baxıb, sualıma cavab verir:
—Bunun içərisində bir gözəl qızın şəklini salacağam.


Ardı →

"Gözəl" | Əlabbas

Bibimin kəndə qayıtmağı camaat arasında bərk səs-küyə səbəb oldu. Az qala bütün kənd ondan danışırdı.
Yazıq qadın küçəyə çıxmağa peşman idi, dərhal xısınlaşma başlayır, bibim gözdən itənə qədər arxasınca tamaşa eləyirdilər.
Qonşumuz Şayəstə xalanın birinin də üstünə beşini qoyub danışanda elədiyi kimi, onların dəridən-qabıqdan çıxmalarından hiss eləyirdim ki, bibim bu adamların nəzərində çox qorxunc və idbar bir varlıqdır.
Amma əslində belə deyildi. Bunu aləmdən-aləmə hamı bilirdi ki, bibimin gözəlliyi bütün ətraf kəndlərdə də adla deyilir.
Hələ qız vaxtı tay-tuşunun, lap elə ondan böyüklərin də bibimə necə bəxtəvərçilik verdikləri indi də yadımdadır.
Küçə-baca bir yana, o heç evdə də bir gün görmürdü. Atamla anam sanki gün-gündən bu adama qarşı daha qəddar olurdular.
Ardı →

Fəhm | Azad Qaradərili

Müdir müavini zəng etdi ki, bu gün iməcilikdir, dava paltarını (yəni fəhlə paltarını) geyin, birbaş sahəyə gəl. İstədim müdirə zəng vurub nəsə uydurum, xəstə olduğumu, ya da arvadın ayağını iməcilikdə əzdiyini (o, tibb bacısıdır, hər şənbə onları da iməciliyə aparırlar) deyib icazə alım. Amma yadıma düşdü ki, ötən həftə arvadın ayağını “sındırmışdım”. Özümün “xəstəliyim” isə keçməmişdi – müdir burnunda danışa-danışa demişdi ki, özüm səndən betərəm, amma görürsən ki, elə tın-tın Xudayara dönmüşəm, amma iməciliyə gedirəm… (Tın-tın Xudayar bizim maarif şöbəsinin təsərrüfat müdiridir, anadangəlmə burnunda danışdığından tın-tın Xudayar deyirlər).
Arvada bəd xəbəri çatdırmağa hazırlaşırdım ki, gördüm o məndən qabaq dava paltarını geyinib, əlində də süpürgəsi qapıdan çıxır.
Ardı →

İki alma | Cəlil Məmmədquluzadə

Mirzə CəlilAxşam vaxtları gәzmәyә çıxanda, hәrdәn bir balaca oğlumu da yanımca aparıram. Bu dәfә dә apardım.
Vә haman balaca oğlum ilә gәzmәyә gedәndә, hәrdәn bir ittifaq düşür ki, ona yemәli şey dә alıram ki, mәndәn razı qalsın. Bu dәfә dә balaca oğlum dükanlarda düzülmüş nazü-nemәti görәndә mәndәn yemәli bir şey istәdi. Mәn o әqidәdә deyilәm ki, hәr dәfә uşaqla bazara gedәndә ona bir şey almaq lazımdır vә lakin bunu da deyirәm ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dәfә heç bir zad almaq istәmirdim; o sәbәbә ki, cibimdә pulum yox idi. Vә bir dә istәmәdim ki, uşağım hәr dәfә bazara çıxanda dadamal öyrәnsin.

Bir qәdәr dolandıq, sonra yolumuz dәrya kәnarına düşdü. Amma oğlumu da bidamağ görürdüm. Çün tәrbiyә öz qaydasınca, uşağın öz tәbiәti-bu da öz qaydasınca. Vә onunçun da çox da inad etmәmәk babәtindәn dәrya kәnarında tabağa düzülmüş meyvәlәrdәn iki şahıya iki dәnә yaxşı qırmızı alma aldım vә ikisini dә verdim oğluma. Hәrçәnd oğlum almaları mәndәn aldı. Amma gördüm ki, könülsüz aldı. Mәn ondan bidamağlığının sәbәbini soruşmadım; çünki sәbәbi aşkar idi. Bazarda bir az bundan qabaq o mәndәn iki şey istәdi, heç birini almadım; bir Carco qovunu istәdi-almadım, sonra da nemsә qәnnadı dükanının qabağından keçәndә şüşәnin dalına düzülmüş rәngarәng konfet vә şirniyyatdan istәdi-almadım.

Ardı →

"46 Bənövşə" ( IV hissə ) | Salam Qədirzadə

 34

 Alman alimi Vilhelm Humbolt zövcəsi Karolina fon Daxroydenə qırx dörd il ərzində hər gün yüz xətt şer ithaf etmişdir. Onlar otuz beş il intəhasız bir məhəbbətlə yaşayıblar. Karolinanın vəfatından sonra da Humbaldt onu unutmayıb. Ömrünün axırına kimi, hər səhər yazdığı şeri axşam aparıb sevimli qadının məzarı üstdə oxumağı bir adət şəklinə salıb...
Həyat böyük möcüzədir! Axı neyçün insanlar hamısı bir ürəklə yaşadıqları halda xislətləri müxtəlif olur? Buna səbəb nədir? Mən ki, Dəryanın yolunda məhəbbətimi, qayğımı əsirgəmədim. Atamın, anamın, Eminin, Qönçəbəyimin arzusuna, istəyinə qarşı çıxdım. Neçə qəlbi sındırdım, bircəciyini sevindirmək üçün. Bəs indi, evləndiyimiz vaxtdan hələ üç ay keçməmiş Dərya niyə sevgini, nəvazişi, əyləncəni məndə deyil, başqasında axtarır? Novruz bayramının axşamı atamın dediyi sözləri nə tez unutdu! “… Səndən, oğlum, yeganə xahişim budur: çalış ki, Könülün bu evdən apardığı ən qiymətli cehizi olan xoşbəxtlik itməsin.” Görəsən, taleyimi Eminə bağlasaydım, o da mənimlə beləmi davranacaqdı? Yox! Inanmıram! Əslinə qalsa, heç Dəryanın da bu hərəkətini ağlıma sığışdıra bilmirəm. Ancaq… nə edim, Fəzilənin danışdıqları həqiqətə oxşayırdı.
Saat beşi ötmüşdü. Nahara heçnə hazırlamamışdım. Özüm də ac idim. Səhərdən institutdan gəlib yataq otağında uzanmışdım, elə hey fikirləşirdim.
 Dərya içəri girəndə qalxmadım. O məni bu vəziyyətdə görüb, təşvişlə çarpayıya yaxınlaşdı:


Ardı →