Vağzalı

gəlin havasıVağzalı  — Azərbaycanda xalq arasında əsasən «gəlin havası» kimi qəbul olunan rəqs.
Hələ XVl əsrdə Azərbaycanda məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olmuş və «Qarabağın ağırı» adlandırılmışdır. Əsrlər keçdikcə bu rəqs şaxələnərək mövcudluğunu iki «Asta garabağı» və XlX əsrin sonu XX əsrin əvvələrindən «Vağzalı» adları altında saxlmaqdadır.

Keçmişdə iri şəhər və qəsəbələr arasında yeganə müasir nəqliyyat vasitəsi qatarlar olduğundan gəlini digər şəhərə vağzaldan həmin bu həsrət və sevinc dolu «Garabağın ağırı» sədaları altında yola salarmışlar ki, sonralar bu rəqs xalq arasında «vağzalı» adı altında məşhurlaşmışdır.

Rəqsə qulaq asarkən bu musiqinin sevinc və həsrət ruhundan yoğrulduğunu zənn etmək olar. Elə bil bir ailə övladını yola salır, digəri isə bir övladını qarşılayır.

Rəqsin musiqisi incə və lirikdir. Rəqsin özü insanda qeyri iradi kövrək, zərif hisslər oyadan süzücü və alıcı rəqs elementlərindən ibarətdir.

Kecmişdə bu rəqs məşəl və atəş səsləri altında toy evinə və gəlin gərdəyinə qədər müşayət olunardı. İndinin özündə də bu rəqsin melodiyası Azərbaycan toylarının rəmzi olaraq qalmaqdadır.

 

0 şərh