Azərbaycanda bayram günləri

1) Azərbaycan Respublikasının bayramları aşağıdakılardır: 
Yeni il bayramı (yanvarın 1 və 2-si) 
Qadınlar günü (martın 8-i) 
Faşizm üzərində qələbə günü (mayın 9-u) 
Respublika günü (mayın 28-i) 
Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i) 
Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı) 
Dövlət müstəqilliyi günü (oktyabr 18-i) 
Azərbaycanın Dövlət bayrağı günü (noyabrın 9-u) 
Konstitusiya günü (noyabrın 12-si) 
Milli Dirçəliş günü (noyabr 17-si) 
Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i) 
Novruz bayramı – beş gün 
Qurban bayramı – iki gün 
Ramazan bayramı – iki gün

2) Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Respublika günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramı günləri iş günü hesab edilmir.
3) İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.
4) Novruz bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.
5) Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
6) Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.
7) Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər. 

8 şərh

kurdamir
9 noyabr Azərbaycanın Dövlət bayrağı günü- qeyri iş günü olduğu üçün və bazar gününə düşməsinə görə Bazar ertəsi (yəni 10 noyabr) qeyri iş günüdür.
pascal
İşçiləri demirəm, hesablasaq, bəlkə də məktəblilərin dərs günlərindən çox bayram və tətil günləri var. Elə bilirəm uşaqlara xeyirdən çox ziyanı var. 
kurdamir
Pascal, 32 həftə məktəb___ Payız tətili 12-17 noyabr (6 gün), qış tətili 30 dekabr — 5 yanvar (7 gün), I sinif şagirdləri üçün əlavə tətil 12-17 fevral (6 gün), yaz tətili 17-24 mart (8 gün), yay tətili 3 ay +  yuxarıda qeyd etdiyim kimi qeyri iş günləri
pascal
Ay kurdamir, o m/topikə ehtiyac yoxdur. Oxumaq istəməyənin gözünə soxsan da topikini, oxumayacaq. Sən sil o m/topiki. Maraqlanan «Nəşrlər» bölməsindən də axtarıb, tapıb, oxuyacaq sənin yazını. Narahat olma. :)
kurdamir
 SİLDİM :)))  
pascal
Gördüm. Yaxşı elədin. :)
kurdamir
Azərbaycanda qeyri-iş günü 28 martda sona çatır.İş günü 29-u Yəni bazar günü başlayır.Sizin Bazar günü işləməyə fikiriniz necədir? 
azadmamedov90
Zənnimcə 6gün işləyənlər çoxdur, hətta 7gün də işləyirlər. Həftədə norma 40saatdırsa əmək məcəlləsindən çıxaraq işçilərin bəzilərini daha çox sıxırlar. İndi isə bayram günlərinin necə sürətlə bitməsini seyr edirəm. Sabah bazar günü olma
ına baxmayaraq İşləyəcəyik…