Azərbaycan şərbətləri

Azərbaycanda ən geniş yayılmış spirtsiz içki şərbət hesab edilir. Şərbət qida qəbulundan sonra, eləcə də şadyanalıq rəmzi olaraq toyvə ziyafət məclislərində, qonaq qəbul edildikdə içilir. Məhz nahardansonra müxtəlif meyvə və giləmeyvələrlə yanaşı limon, reyhan, nanə, zəfəran və ətirli-ədviyyəli bitkilərdən hazırlanmış şərbətlər verilir.

Hələ qədimlərdən Azərbaycanda nahar və şam yeməyi şərbət və yaşirniyyatla başa çatdırılır. Şərbəti plov yanında da verilir. Şərbətlərin hazırlanmasında şəkər, bal, ətirli-ədviyyəli bitkilər, meyvə-giləmeyvə və buzdan istifadə edilir. Bəzi şərbətlərə boymadərən, bədmüşk və qızılgüldən çəkilmiş gülab əlavə edilir.

Azərbaycanın müxtəlif rayonlarında qəndab, səhləb, iskəncəbi,ovşala (oşara), xoşab, kimi sərinləşdirici içkilərdən də istifadə edilir. Əgər şərbət süfrəyə ağzı enli su qrafinlərdə və bardaqlarda verilirsə,onda şərbətə buz tikələri salmaq olarvə ağzı dar qrafinlərdə verildikdə isə şərbəti əvvəlcədən soyuducuda saxlayıb soyudurlar. Şərbətlərindadını yaxşılaşdırmaq üçün ona limon turşusu və ya limon şirəsi əlavəedilir.

Şərbətlərdən albalı şərbəti, qızılgül şərbəti, ərik şərbəti, innabşərbəti, yubiley şərbəti, gül-nar şərbəti, limon şərbəti, meyvə şərbəti, nar şərbəti, nanəli şərbət, heyva şərbəti, reyhan şərbəti, sumaq şərbəti, turşəng şərbəti, çuğundur şərbəti, şəkər şərbətini göstərmək olar. 


Mənbə: «Azərbaycan-Macarıstan mətbəxi» kitabı. 
Kitab 2014-cü ildə Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr edilib.

0 şərh