Azərbaycan şərabları

Azərbaycanda şərabçılığın tarixi uzaq keçmişə gedib çıxır. Qədimzamanlardan Xəzərin sahilləri üzümçülüyün geniş inkişaf etdiyiərazilər kimi tanınmışdır. Azərbaycan ərazisində aparılan arxeolojiqazıntılar nəticəsində o da aşkar edilmişdir ki, şərabçılıq lap qədimdövrlərdən yerli əhalinin əsas məşğuliyyət növlərindən biri olmuşdur.

Azərbaycan tarixinin islama qədərki dövrünə aid mənbələr sübutedir ki, bu diyarda üzüm hələ qədim zamanlardan həm təzə halda, həmdə emal sənayesində istifadə olunmaq məqsədilə becərilmişdir.

Qədim Romanın tanınmış alimlərindən biri, Pliniy (eramızdanəvvəl 79-23-cü illər) indiki Azərbaycan ərazisindəki ölçüyəgəlməzsərvətlərdən, yerli əhalinin əkinçilik mədəniyyətindən vəcdə gələrəkbelə yazmışdır: «...mən heç vaxt, heç yerdə belə dadlı üzümyeməmişəm.Bu xalq torpağı usta misirlilərdən daha yaxşı əkib-becərməyi bacarır».

Lakin üzümçülük və şərabçılığın sənaye əsasları ilə inkişafınıntəməli XIX əsrin ortalarında qoyulmuşdur. Bu işdə Almaniyadanköçürülən koloniyaların və rus iş adamlarının müəyyən rolu olmuşdur.Ötən əsrin əvvəllərində isə Azərbaycan şərabı artıq əcnəbi qonaqlarınvə tacirlərin maraq dairəsinə düşmüş nadir məhsullardan sayılırdı.



Azərbaycanın zəngin təbiəti və iqlim şəraiti ölkədə yüksəkkeyfiyyətli şərab məhsullarının istehsalı üçün nadir imkan yaradır.Bunları nəzərə alaraq biz Azərbaycanda şərabçılıq ənənələrini bərpaedilr və müasirləşdirilir. Azərbaycanın “Bayan Şira” və “Mədrəsə” kimimilli üzüm sortlarından və həmçinin məşhur “Chardonnay”, “Merlot”,“Şiraz”, “Muscat” və “Cabernet Sauvignon” üzüm sortlarındanhazırlanmış qırmızı və ağ şərablar artıq dünyada çox məhşurdur.

0 şərh