Qazax xalçaçılıq məktəbi

Qazax xalçaçılıq məktəbi Azərbaycanın qərbində yerləşən Qazax rayonunu, Gürcüstan ərazisində azərbaycanlılar yaşayan Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan və Ermənistan ərazisində Göyçə, Bəmbak, Ləmbəli, İcevan, Qaraqoyunlu və Göyçə gölü ətrafındakı məntəqələri əhatə edir.



“Borçalı”, “Şıxlı”, “Qarayazı”, “Qaçağan”,“Salahlı”, “Qaymaqlı” və s. Qazax xalçaçılıq məktəbinin ən məşhurxalça kompozisiyalarıdır. Bu məktəbin xalçalarında az rənglərlə olduqca ahəngdar kolorit yaradılır. Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının diqqətini cəlb etmişdir.

XV əsr italyan rəssamı Karlo Krivellinin “Müjdə” əsərində bu xalçaçılıq məktəbinin nümunəsinin təsviri verilmişdir. XIV-XIX əsrlərə aid Qazax xalçaçılıq məktəbinin nadir nümunələri Londondakı “Viktoriya və Albert”, Nyu Yorkdakı “Metropoliten”, İstanbuldakı “Türk və islam əsərləri” və dünyanın digər muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

Mənbə: «Azərbaycan xalçaları» kitabı

0 şərh