Naxçıvan xalçaçılıq məktəbi

Qədim zamanlardan Azərbaycanın əsas incəsənət, ticarət və mədəniyyət mərkəzlərindən biri hesab olunan Naxçıvan burada hazırlanan dekorativ-tətbiqi sənət nümunələri ilə tanınmışdır. Xalçaçılıq bu regionun aparıcı istehsal sahələrindən biri idi.

Naxçıvan, Şahbuz, Ordubad və Culfa yun və ipəkdən hazırlanan xovlu və xovsuz xalçaların toxunduğu mərkəz hesab olunurdu. Burada, Qarabağda olduğu kimi, “dəst-xəli-gəbə” adlanan xalçalar və ölçüsü 2 kv. metrdən 20-30 kv. metrədək olan xalılar toxunurdu.



Naxçıvan xalçaçılıq məktəbinə üzərində həndəsi, nəbati və zoomorf naxışlar olan zolaqlı nazik və uzun xalçalar xasdır. Zəngin və müxtəlif kompozisiya həlli ilə seçilən “əjdahalı” silsiləsindən olan və XVII-XVIII əsrlərə aid Naxçıvan xalçaları hazırda İstanbul muzeylərində saxlanılır.

Mənbə: «Azərbaycan xalçaları» kitabı

0 şərh