Dağ yəhudiləri haqqında

Azərbaycanda üç yəhudi icması — dağ yəhudiləri (Горские евреи), Avropa yəhudiləri-aşkenazi yəhudiləri(Ашкеназские евреи) və gürcü yəhudiləri icmaları vardır. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır.
Dağ yəhudiləri 5 yerli qrupa bölünür:
  1. qaytağlılar (qаytoği) – Dağıstanın Qaytağı rayonu
  2. dərbəndlilər (dərbəndi) — Dağıstanın Dərbənd rayonu
  3. qubalılar (quboi) — Azərbaycanın Quba rayonu, əsasən Qırmızı qəsəbə
  4. şirvanlılar (şirvoni) — Azərbaycanın şimal-şərqi, Şamaxı rayonunun keçmiş Müci kəndi, habelə Bakı
  5. oğuzlular — Oğuz şəhəri, Gəncə, İsmayıllı, Şamaxı (təxminən 2000 nəfər).
Bəzən Nalçik və Qroznı yəhudiləri qrupunu da ayırırlar.

Tanınmış dağ yəhudiləri

  • Yekutiel («Kuti») Adam (Адам Иекутиэль)– döyüşdə həlak olmuş ən yüksək rütbəli İsrail əsgəri — İsrail silahlı qüvvələrinin general mayoru.
  • Aluf Ehud «Udi» Adam – İsrail silahlı qüvvələrinin generalı.
  • Mirzə Xəzər – görkəmli radiojurnalist, publisist, tərcüməçi, «Azadlıq» radiosunun əfsanəvi səsi.
  • Albert Aqarunov(Агарунов Альберт) – Azərbaycanın Milli Qəhrəmanı — milli ordunun əsgəri, Qarabağ cəbhəsində həlak olmuşdur.
  • Jasmin (Жасмин) – Rusiyanın məşhur müğənnisi. əsl adı Sara Lvovna Semendueva (Сара Львовна Семендуева)
  • Yevda Abramov (Абрамов, Евда)– Azərbaycan Milli Məclisinin deputatı.
  • Sarit Hadad – məşhur İsrail müğənnisi, «Sara Hodedtov.»
  • Ayan Babakişiyeva— Azərbaycan müğənnisi.
  • Xəyyam Nisanov — Azərbaycan müğənnisi.
  • Yakob Avşalomov – bəstəkar.
  • Sarit Hadad – məşhur İsrail müğənnisi, «Sara Hodedtov.»
  • Telman İsmayılov – Rusiyanın ən varlı iş adamlarından biri, «AST» şirkətlər qrupunun sahibi.
  • Qavril Yuşvayev – Rusiya milyonçusu.
  • İqor Babayev – Rusiya milyonçusu, "Çekizovo qrupu«nun sahibi.
  • Yan Abramov – Rusiya milyonçusu, məşhur müğənni Alsunun əri
  • Qod Nisanov (Год Семенович Нисанов)– Rusiya milyonçusu, „Biskvit“ şirkətinin baş direktoru.
  • Zarah İliyev (Илиев Зарах )– Rusiya milyonçusu
  • Qavriil İlizarov(Илизаров Гавриил Абрамович)-bəzən Yelizarov da deyirlər.Məşhur xirurq-travmotoloq.
Neçə-neçə biologiya, tarix,riyaziyyat elmləri doktorları,vəkillər, hüquqşünaslar, mədəniyyət xadimləri

0 şərh