Qobustan

Abşeron yarımadasının qərbində və cənubi-qərbində, Bakının 60 km-də yerləşən, Böyük Qafqazın (qıraq) cənubi-şərq qollarının alçaq dağlıq və dağətəyi rayonudur. Qobustanın adı “Qobu” sözündən götürülmüşdür. Ona görə də Qobustan qobular və yarğanlar diyarı sayılır. Ən böyük hündürlük burada 1047 m-dir. Palçıqlı, dərə-təpəli, palçıqlı-gilli relyefə malikdir. Cənubunda palçıqlı yanardağlar mövcuddur. Burada əsasən yarımsəhra landşaftları hökm sürür. Qış otlaqları da var. Qobustanın dağlarında Azərbaycan xalqının əcdadlarının maddi və mənəvi mədəniyyətini əks etdirən 6 mindən çox qədim rəsmlər tapılmışdır. Bundan başqa qədim yaşayış məntəqələri – 20 mağaralar və dayanacaqlar, 40 kurqan qazıntıları və 100 mindən çox maddi mədəniyyət əşyaları aşkar olunmuşdur. Ən qədim rəsmlər mezozoy erasına aid olduğu sayılır, ancaq burada bu eradan əvvəl də yaşayışın olması istisna edilmir. Elə buna görə də Qobustan mədəniyyətin beşiklərindən biri sayılır.


Qobustan tarixi abidələrinin öyrənilməsi 1939-1940-cı illərdən başlayaraq, bu günə qədər də davam edir. Qobustanın abidələr məcmusu nadir rəsmlər kolleksiyası kimi, arxeoloji materiallar və ibtidai insanların yaşayış tərzini əks etdirən bir material kimi dünya miqyasına malikdir. Azərbaycan xalqının teatr incəsənəti və incəsənətin başqa növləri öz başlanğıcını məhz Qobustan abidələr kolleksiyasından götürür. Qalaüstü cizgilərə Qobustandan şimala tərəf Xəzərin sahili boyunca Bakıya və Abşeron yarımadasının uzaqlarına qədər təsadüf olunur. Belə sayılır ki, rəsmlərin bir hissəsi Qobustanda tropik klimat olanda həkk olunmuşdur, flora və fauna ilə zəngin olan düzənlik olmuşdur. Suyun və qidanın bol olması diri təbiətin müxtəlifliyinə səbəb olmuşdur. Qayalar üzərində qazıma üsulu ilə insanlar, müxtəlif heyvanlar təsvir olunmuşdur. Balıqların qaya üzərində həkk olunması bizim eradan əvvəl X-IX əsrlərə aid hesab olunur. Balıq obrazı dini məbədlərə aid olunur. Belə ki, balıq obrazları Abşeronda evlərin fasadında həkk olunarmış və bu da köhnəənənə sayılarmış. Əgər yuxuda balıq görsən, deməli bu varlanmaq rəmzidir. Ümumiyyətlə balığa pərəstiş Abşeronda çox qədimdən olub. Qobustanın qayaüstü təsvirləri müxtəlif dövrlərə aiddir və bizim eradan əvvəl X-VIII əsrlərə aid hesab edilir. Böyük bir tarixi vaxtı əhatə etdiyinə görə Qobustan qayaüstü təsvirləri başqa qayaüstü kolleksiyalardan daha üstündür.

Qobustan üçün kişi və qadın rəsmləri əsasən öz yerini tutur. İnsanlar bəzən öz təbii böyüklüyündə çəkilmişdir. Kişilər ovçu geyimində, silahlı, böyük boylu, inkişaf etmişəzələli təsvir olunmuşdur. Bəzi qadınların bədəni döydürülmüş şəkillərlə bəzədilmişdir. Bu cür təsvirlər tropik ölkələrə və Okeaniyaya xas olan əlamətdir. İnsanların kölgə təsvirlərinin əvəzinə öküzlərin öz təbii böyüklüyündə kontur tətili təsvirləri yaradılır. Bunların bəzilərinin uzunluğu 240 sm, hündürlüyü 140 sm olur. İri və nisbətən xırda vəhşi öküzlərin kontur təsvirləri və silahlı kişilərin təsvirləri bizim eradan əvvəl VIIIV əsrlərə aid olunur. O dövrlərdə ovçuluq insanların həyatında mühüm yer tuturdu. Ceyranların, maralların, vəhşi keçilərin, atların, qabanların, şirlərin çoxsaylı rəsmləri bizim eradan əvvəl, VI-III əsrlərə aiddir.

Qədim rəsmlərdən başqa Qobustanda, Böyük-daş dağının ətəyində latınca yazılmış sözlər aşkar edilmişdir. Bu yazı bizim eradan əvvəl I əsrə (84-96-cı illər) aiddir və Bakının yaxınlığında Roma qoşunlarının olmasından bəhs edir: Qaya üzərində latın dilində yazılmış bu kitabədən məlum olur ki, imperator Domisianın dövründə bizim eradan əvvəl 81-96-cı illərdə 12-ci Roma legionu Azərbaycanda olmuşdur. Bu yazı Azərbaycan tarixinin az öyrənilmiş dövrünü müəyyən qədər işıqlandırır. IV əsrin ikinci yarısının latın avtoru Yevtropi yazır ki, Domisian Azərbaycana dörd dəfə hərbi əməliyyat yürüşü təşkil etmişdir. Bu yürüşlərindən birində həmin legion öz sərkərdəsilə birlikdə məhv edilmişdir. Belə qənaətə gəlmək olar ki, bu latın yazısı Abşeronun yerli əhalisinin məhv etdiyi 12-ci legionundan bəhs edir. I əsrdə Roma qoşunlarının Abşeronda olmasını Abşeron kəndinin birinin Ramana adlanması da təsdiq edir. VIII əsrdə Bar Ebrey tərəfindən də Kiçik Asiyada Ramana şəhərinin mövcud olmasından danışılır. Bütün bunları nəzərə alaraq demək olar ki, Bakı yaxınlığında olan Qobustanda vaxtilə istilaçı Roma qoşunları yerləşdirilibmiş. Bundan başqa Qobustanda XII-XIV əsrlərə aid olan ərəb əlifbası ilə həkk olunmuş yazılara da təsadüf olunur.

Azərbaycanın qədim mədəniyyətini təbliğ etmək məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 9 sentyabr 1966-cı il 503 saylı qərarına əsasən Qobustan qoruğu təşkil edilmişdir. Ərazisi 4400 hektardır. Qoruq Mədəniyyət və Turizm Nazirliyinin nəzdindədir. Qobustan qoruğu dünyada tarixi-bədii bir qoruq kimi məşhurdur. Bu qoruğun əsas fəaliyyətlərindən biri də qayaüstü yazıların, rəsmlərin, kurqanların, yaşayış məntəqələrinin qorunmasını, öyrənilməsini, təbliğ olunmasını təşkil etməkdir.

Oxşar məqalələr

0 şərh