Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

Azərbaycanda bayram günləri

1) Azərbaycan Respublikasının bayramları aşağıdakılardır: 
Yeni il bayramı (yanvarın 1 və 2-si) 
Qadınlar günü (martın 8-i) 
Faşizm üzərində qələbə günü (mayın 9-u) 
Respublika günü (mayın 28-i) 
Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i) 
Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı) 
Dövlət müstəqilliyi günü (oktyabr 18-i) 
Davamı →

Azərbaycan Respublikasının Dövlət Himni

28  may  1918-ci  il  tarixdə  Azərbaycan  istiqlaliyyəti elan olunduqdan sonra ADR-in Dövlət bayrağı və Dövlət gerbi ilə bərabər Dövlət himninin də yaradılması və qəbul edilməsi məsələsi qarşıya çıxdı.
«Himn» yunanca   «təntənəli  nəğmə»  deməkdir.   O,  siyasi təbliğatda   mühüm  vasitə   olmaqla  müəyyən  mütəşəkkillik  və səfərbərlik rolu da oynayır. Himnin ifası əsasən bayram  şən­likləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarda nəzərdə tutulur.
Dövlət  himninin  mətni və  melodiyası  xalqın  bütün sosial təbəqələrinə asan anlaşılmalıdır.


Ardı →

Sualtı şəhərin sirri

Tarix kitablarından oxuyuruq ki, 1192-ci ildə baş verən zəlzələ nəticəsində Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı dağılır. Şirvanşahlar Bakını özləri üçün yeni paytaxt seçirlər və 1420-ci ildən başlayaraq orada yeni iqamətgah — indiki Şirvanşahlar sarayını inşa edirlər. Bu zaman ortaya belə bir sual çıxır: bəs arada qalan 200 illik bir zamanda Şirvanşahların iqamətgahı hara olub?
Bu sualın cavabı Bakı buxtasında Xəzər dənizinin suları altındadır. Əhali arasında dolaşan əfsanə və rəvayətlərdə vaxtilə Bakıya lap yaxın olan, sonradan isə Xəzərin suları altında qalan şəhərdən danışılır. 
Tarixi mənbələrdə də Bakı yaxınlığında dənizdə qala, şəhər barədə söhbət açılır. Məsələn, Arif Ərdəbili 1369-cu ildə yazdığı «Fərhadnamə» dastanında Bakıda gördüklərini belə qələmə alır:


Ardı →

Yaralı yerimiz - Şuşa

Şuşa bir şəhər kimi yox, sənət əsəri kimi yaradılır. 1750-ci ildə Qarabağ hakimi Pənahəli xan Qarabağın ən uca zirvəsində qala salmaq qərarını verir. Illər keçir və həmin zirvədə şəhərdən daha çox öz havası, təbiəti, suyu ilə, öz sənəti və musiqisiylə seçilən böyük bir qala yaranır.

Hər bir daş, hər bir ağac, hər bir abidə bir-biriylə görünməz dillərlə bağlanır. Əvvəllər Pənahabad adlanan Şuşada 17 məhəllə salındı, hər məhəllənin öz məscidi və məhəllə bulaqları oldu. Amma Şuşanın bundan sonra yaşayacağı tarix onun gözəlliyinin tam əksi olur. Pənahəli xanın vəfatından sonra Qarabağ xanlığına onun oğlu İbrahimxəlil xan rəhbərlik edir. Onun dövründə Şuşanın şəhər kimi formalaşdırılması prosesi başa çatır. Mədrəsələr tikilir və Molla Pənah Vaqif bu xanlığın xarici işlər məsələləriylə məşğul olur. Qarabağ xanlığı Gürcüstanla müttəfiqlik müqaviləsi bağlayır, lakin 1783-cü ildə Gürcüstan Rusiya tabeliyini qəbul edir. İbrahimxəlil xan və rus diplomatları Qarabağın Rusiya tabeliyinə keçməsi barədə danışıqlara başlayır. İran hökmdarı Ağa Məhəmməd Şah Qacar bundan xəbər tutan kimi Şimali Azərbaycan xanlıqlarının rəhbərlərini, o cümlədən, Qarabağ xanlığını ona tabe olmağa çağırır.
Ardı →

"Azərbaycan" adının etimologiyası

Bir neçə ay əvvəl, «Gülüstan» sarayında ABUC-un «Qızıl qılınc» mükafatının təqdimat mərasimi keçirilirdi. Təqdimatdan sonra görkəmli alim, professor Firidun Ağası oğlu Cəlilovla maraqlı söhbətimiz alındı. Müxtəlif mövzuların üzərindən hərlənib Azərbaycan sözünün üzərində qaldıq. Mən sevgili ölkəmizin adı ilə bağlı irəli sürülən iddialara kəskin etirazımı bildirdim. Azərbaycan adının guya ki, Makedoniyalı İskəndərin bu ərazilər üzrə satrapı olmuş Atropatena adından qaynaqlanmasını heç cür qəbul etmədiyimi bildirdikdə bəy mənimlə razılaşdı və bəzi tarixçilərin bu iddiasını tamamilə əsassız hesab etdi. Sovet tarixçilərinin fərziyyələrinə görə eramızdan əvvəl IV əsrdə Makedoniyalı İskəndər işğal etdiyi əraziləri satraplıqlara bölmüş, idarə olunması üçün öz adamlarını qoymuşdu.
Ardı →

Ramil Səfərova misal olaraq yazılmış məktub

Artıq 17 ildir ki, sənin isti köksünə həsrət qalmışam. Neçə ildir ki, sənin məndən, mənim səndən xəbərim yoxdur. Oralarda hər kəs meni geri qaytarmaqdan, məni nə qədər sevdiklərindən danışırlar, amma heç kim mənim səndən ayrı qaldığım andan nələr çəkdiyimi, mənim sinəmə nə qədər dağ çəkildiyini bilə bilməz. Hətta, qondarma ermənistan respublikasını dəstəkləyən-vəhşiliyin, özbaşınalığın, murdarlığın, cəlladların tərəfdarı olan dövlətlər də. Bir zamanlar at oynadan Koroğlular, Cavanşirlərin yurdu bu gün ermenilər tərəfindən narkotik tranzit zonaya çevrilib.


Ardı →

Azərbaycanda yaşayan etnik qruplar

Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycan əhalisinin tərkibi də yekcins deyil. Burada da əsas xalqla yanaşı etnik və etnoqrafik qruplar yaşayırlar. Etnoqrafik qruplar öz təsərrüfat mədəni tiplərinə görə əsas əhalidən fərqlənirlər. Etnik qruplar isə öz mənşəyi, dili və bir sıra əlamətlərinə görə əsas xalqdan fərqlənirlər. Etnoqrafik qruplara misal olaraq ayrımları, padarları, şahsevənləri misal göstərmək olar ki, bu hər üç xalqın mənşəyi və dili türkdilli azərbaycanlılarla eyniyyət təşkil edir. Ayrımları bəzi tədqiqatçılar erməniləşdirməyə çalışırdılar. LakinAzərbaycan tədqiqatçıları onların türkdilli xalq olduqlarını sübuta yetirmişdilər. Bu sahədə etnoqraf Q.Qaraqaşlının tədqiqatları təqdirə layiqdir. Sadəcə olaraq onlar əsas xalqdan ayrılaraq, kənarda, dağlıq zonalarda məskunlaşdıqlarına görə onları ayrımlar, yəni ayrılıqda yaşayanlar adlandırmışdılar.


Ardı →

Azərbaycan haqqında bunu hamı bilməlidir

Azərbaycan –öz sahəsi və əhalisinə görə Zaqafqaziyanın həm quru, həm də dəniz sərhədlərinə malik olan ən iri dövlətidir. Onu şimaldakı qonşusu olan Rusiyadan Böyük Qafqaz sıra dağları ayırır, şimal-qərbdə o, Gürcüstanla həmsərhəddir, Kiçik Qafqaz sıra dağları onu qərbdə Ermənistandan, cənubda isə İrandan ayırır, cənub-qərbdə onu İrandan həmçinin, Talış dağları ayırır. Dəniz sərhədi Azərbaycanı Qazaxıstan və Türkmənistandan ayırır.


Ölkənin ən sıx əhalisi olan rayonları Abşeron yarımadası, Lənkəran ovalığı və Şirvan düzənliyidir. Burada əsasən pambıqçılıq rayonları yerləşən yarımsəhra Kür-Araz ovalığından fərqli olaraq bir çox növ meyvələr yetişir.


Ardı →