Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

Maştağa

Bakının ən böyük kəndlərindən biri olan Maştağa qədim tarixə malikdir.
Maştağa adının mənası ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Bəzi mənbələrdə bu adın “Məşədi ağa” sözündən götürüldüyü qeyd olunur. Çünki bu kənddən İranın Məşhəd şəhərinə ziyarətə gedənlər həddən artıq çox olduğuna görə “məşədi ağa” sonralar Maştağa sözünün şəklini alıb. Lakin görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Maştağa toponiminin “massaget” (qədim türk tayfası) sözündən yaranması fikrini irəli sürüb.


Ardı →

Bakının tarixi

Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış 5-7-ci əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğunu göstərir. 5-6-cı əsr mənbələrində Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (10-cu əsr) «Bakuyə», «Bakuh», «Baku», rus mənbələrində (15-ci əsr) «Baka», Səfəvilər dövrü farsdilli mənbələrdə «Badkubə» kimi qeyd edilir. 9-cu əsrin 2-ci yarasında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı 10-cu əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi.Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq,, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu.


Davamı →

Azərbaycan florası

Azərbaycan Respublikasının bitki ehtiyatları növ etibarı ilə çox müxtəlif olub, Qafqazın başqa regionlarından üstündür və bütün Qafqazın növ tərkibinin 69%-ni təşkil edir. Burada bitən bitkilər 920 cins olub, 125 fəsiləni özündə birləşdirir. Çox da böyük olmayan bir ərazidə bütün dünyada mövcud olan iri bitki növlərinin demək olar ki, əksəriyyətinə ölkəmizdə rast gəlinir. Qafqaz və digər regionlarda geniş yayılmış bitki növləri ilə bərabər Azərbaycan florasında olduqca çox, bəzən də yalnız Azərbaycana və onun kiçik bölgələrinə xas olan qədim bitki növləri (270 növdən çox) məlumdur.


Ardı →

Azərbaycan almanları

Cənubi Qafqazda ilk alman koloniyası bu günkü Gürcüstan ərazisində salınıb. 1818-ci ilin sentyabrında rus çarı I Aleksandrın himayəsilə Gürcüstana köçən alman kəndlilər Tiflis yaxınlığında Marienbaum adında şəhərcik salıblar. Bir il sonra Avropadan köçüb gələn almanların Gürcüstanda daha 5 koloniyası yaranıb.
Almanların Azərbaycana ilk kütləvi köçü 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Səmkir) yaxınlığında Helenendorf (indiki Xanlar rayonu) və Annenfeld adlı iki koloniya saldılar. Yaşayış məntəqəsi plan üzrə salınırdı. Həmin kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evləri tikilirdi.


Ardı →

Azərbaycan haqqında bunu hamı bilməlidir

Azərbaycan –öz sahəsi və əhalisinə görə Zaqafqaziyanın həm quru, həm də dəniz sərhədlərinə malik olan ən iri dövlətidir. Onu şimaldakı qonşusu olan Rusiyadan Böyük Qafqaz sıra dağları ayırır, şimal-qərbdə o, Gürcüstanla həmsərhəddir, Kiçik Qafqaz sıra dağları onu qərbdə Ermənistandan, cənubda isə İrandan ayırır, cənub-qərbdə onu İrandan həmçinin, Talış dağları ayırır. Dəniz sərhədi Azərbaycanı Qazaxıstan və Türkmənistandan ayırır.


Ölkənin ən sıx əhalisi olan rayonları Abşeron yarımadası, Lənkəran ovalığı və Şirvan düzənliyidir. Burada əsasən pambıqçılıq rayonları yerləşən yarımsəhra Kür-Araz ovalığından fərqli olaraq bir çox növ meyvələr yetişir.


Ardı →

Vətən

Vətən – doğma diyar, ana yurd…
Vətən – babaların, dədələrin əmanəti...
Vətən – tariximiz, ənənəmiz, azadlığımızdır...
Vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.
Davamı →

Justice for Khojaly ( Xocalıya ədalət)

25 Fevral 2011-ci il Böyük Britaniyada olan Azərbaycanlılar və Azərbaycanın dostları birləşərək Londonda keçirilən «Justice for Khojaly, Freedom for Karabakh» — Xocalıya Ədalət kompaniyasının ənənəvi sülh xarakterli etiraz aksiyasında aktiv şəkildə iştirak etdilər. Aksiya sessiz marş və static demonstrasiya şəklində Trafalqar Meydanında 11:00-13:00 saatlarında iki saat olmaqla başladı. London aksiyası York Azərbaycan Cəmiyyətinin sədri Ramin Həkimov, London Metropolitan Azırbaycan cəmiyyətinin sədri Cavid Qədimov və London Azərbaycan Evinin sədri Sənan Əliyev tərəfindən təşkil olunmuşdur. Aksiyanın təşkil olunmasında Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Xaricdə Təhsil alan və məzun olmuş gənclərin İctimati Birliyi Forumu-nun böyük dəstəkləri olmuşdur.Justice for Khojaly
Ardı →

Azərbaycanın görməli yerləri

Qız Qalası
Bakı şəhərində yerləşən bu qədim abidə “İçəri Şəhər”in sahilə yaxın hissəsində yerləşir. Hündürlüyü 30 m., divarlarının qalınlığı 5 m-dir. Qız qalası XII əsrdə Məsud Davud oğlu tərəfindən inşa olunmuşdur.
1960-cı illərdə restavrasiya olunan Qız qalası 1964-cü ildə muzey kimi fəaliyyət göstərməyə başlamışdır. 2000-ci ildə YUNESKO-nun abidələri siyahısına salınmışdır.
Qız qalası
Davamı →

Nobel qardaşları

NOBELLƏR KİM İDİ?

İsveçli idilər. İlk dəfə Rusiyaya gələn Nobel Emanuel Emanueloviç olub (1837-ci il). Vətənində ixtira etdiyi sualtı minalar Rusiya hökumətinin diqqətini çəkdiyindən, onu xüsusi dəvətlə çağırırlar. E.Emanueloviçin işləri Rusiyada yağ kimi gedir. Ta Krım müharibəsi (1853-56) qurtarana qədər rus ordusunu silahla, minayla təmin edir. Müharibədən sonra sifarişlər kəsilir və İsveçə qayıtmalı olur. Emanuel Nobel Peterburqa 4 oğlu ilə gəlmişdi. Uşaqlar böyüyüb bu şəhərə alışmışdılar. Ona görə də, ata Vətənə dönəndə, böyük oğul Lüdviq və Robert Peterburqda qalıb maşınqayırma işləri ilə məşğul olmağa başlayır. Atası kimi bacarıqlı olan Lüdviq hətta Vıborqda zavod alıb işlədir. O zavodu bir neçə ilin içində 1 nömrəli silah zavoduna çevirir. Hazırladığı top lülələri şöhrətlənir (Qılman İlkin). «Nobellər və Bakı nefti» kitabının təqdimatı Berdanka tipli silahlar da həmçinin. Elə bu Berdanka olmasaydı, Nobellər heç Bakı neftindən də xəbər tutmazdılar…
Davamı →

Molokanlar haqda (молокане)

Molokanlar — xristian dini təriqətlərindən birinin daşıyıcılarıdırlar. Molokanların di­ni hərəkatının əsasını XVIII əsrin 80-ci illərində Tambov quberniyasının kəndlisi Semyon Uklein(Семен Уклеин) qoymuşdur. Öncə pravoslav olan Uklein duxobor (pravoslav kilsəsi mərasimlərini rədd edən dini təriqət) təriqətinə daxil olur, sonra onlardan ayrılaraq özünün xüsusi dərnəyini yaradır. O, yeni təlimi açıq şəkildə təbliğ etmək üçün öz ardıcıllarından 70 «apostol» («həvari») seçərək, onlarla birgə «Zəbur»dan surələri ucadan oxuyaraq Tambova daxil olur. Lakin polis onları həbs edir. Yalançı «apostollar» pravoslav dininə qayıdaraq azad olunurlar, Ukleinin özü isə, tənbeh olunması üçün ruhanilərin ixtiyarına verilir. О da özünü pravoslavlığa qayıtmış kimi göstərərək azad olunur. Ancaq bundan sonra da, Uklein öz təlimini, əvvəlkinə nisbətən ehtiyatla, təbliğ etməkdə davam edir. O, Tambov, Voronej, Saratov, Yekaterinoslav, Həştərxan quberniyalarına, Don Ordusu torpaqlarına və Qafqaza səyahət edir. İmperator I Aleksandr taxta çıxdıqdan sonra, təriqətçilərə qarşı müəyyən dözümlülük göstərdiyindən, yeni təlim təbliğatçüarının nailiyyətləri daha da artır.İmperator I Nikolayın hakimiyyətinin əvvəlindən etibarən, duxoborluların aqibəti, molokanların da başına gəldi: hökumət yaşamaq üçün onların Qafqazda yerləşdirilməsi haqqında qərar çıxardı.Son zamanlar molokanlar baptizmə meyl göstərməyə başlamışlar. Molokanlar başqa protestant qrupların təsirinə uymurlar və daha mötədildirlər, yeni təriqətlərin ardıcılları ilə müqayisədə öz təlimlərinin təbliğatına az meyllidirlər
Ardı →