Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

Kəlbəcər rayonu

Kəlbəcər — Azərbaycan Respublikası ərazisində rayon. İnzibati mərkəzi Kəlbəcər şəhəridir.
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Tarixi

«Kəlbəcər» toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car «qala» mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Ardı →

Şuşa rayonu

Şuşa – Azərbaycanda rayon. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Sahəsi 29,0 km², əhalisi 26,7 min nəfərdir (01.01. 2006). İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələrinin işğalı altındadır.
8 may 1992-ci ildə Şuşa Ermənistanın işğalçılıq siyasətinin qurbanı olmuşdur. Şuşa rayonunun əhalisi hazırda qaçqındır və Azərbaycanın müxtəlif reqionlarında yaşayırlar.

Şuşa – Azərbaycanda, keçmiş DQMV ərazisində şəhər. Qədim dövrlərdən mövcud olmuş şəhər XIII əsrdə monqollar tərəfindən dağıdılmışdır.


Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən, Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınmışdır. İlk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun hakimiyyəti illərində, 1757-ci ilə qədər burada çoxlu abidələr tikilib. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olmuş və inkişaf etmişdir. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri idi və onun tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz bir hissəsidir.

Ardı →

Şəki rayonu

Bu dəfə qərara gədim ki, özünəməxsus təbiəti, yeməkləri ilə məhşur olan Şəkihaqqında yazım. Şəki daha çox özünün halvası, pitisi, maraqlı lətifələri və Xan sarayı ilə tanınır. Amma Şəkinin zənginliyi bununla bitmir istərdir ki, bu rayonun bizə məlum olanmayan tərəflərindən də yazım. Odur ki, ardını oxuyun.Şəki rayonu 1968-ci ilədək Nuxa 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək ərazisi Oğuz (keçmiş Vartaşen) rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Şəki şimal-şərqdə Dağıstanla həmsərhəddir. Yevlax-Balakən dəmiryol və avtomobil yolları Şəkinin ərazisindən keçir.Şəki şimal-şərqdə Dağıstanla həmsərhəddir. Yevlax-Balakən dəmiryol və avtomobil yolları Şəkinin ərazisindən keçir. Şəhərin əsas çayları Kiş və Qurcana çaylarıdır. Kiş Əyriçayın çağ qolu olub uzunluğu 33 km, hövzəsinin sahəsi 265 kvadrat kilometrdir. Baş Qafqaz silsiləsinin cənub yamacından 2900 metr yüksəklikdən başlayır. Zaqafqaziyanın ən selli çaylarından biridir. Yuxarı axında Damarçın adlanır. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 63 kənd vardır.
Ardı →

Novxanı

Bura 500 il əvvəl Siyan kəndi adlanırdı. Bu ifadənin hərfi mənası “yanmaq” kimi tərcümə olunur. Siyan adı “sis”, “his”, “tüstü” sözlərinin deformasiyaya uğramış variantı kimi yozulur. Ona görə kəndə Hisyandıran deyirlərmiş. Binəqədi duz gölünün xəzrisində yerləşən kəndin 17-ci əsrin ortalarında dəniz suyunun artması (güclü zəlzələ də istisna olunmur) nəticəsində batdığı qeyd olunur. Əhali “Aşağıbaş” deyilən ərazidə məskunlaşmaq məcburiyyətində qalır.

Burda yenidən tikilən evlərə farsca “ nov xanı”, yəni “təzə evlər” adı verirlər. Beləliklə, bu dəfə oxuculara Abşeronun qədim və müasir koloritlərini özündə əks etdirən Novxanıdan danışacağıq.


Ardı →

Balaxanı

“Günlərin birində Bakının mərkəzində Nobel qardaşlarına məxsus maşını görən milyonçulardan birini maraq götürür. Milyonçu ilk dəfə atsız araba gördüyündən bərk təəccüblənir. Sonra da bu qəribə arabaya minmək qərarına gəlir. Bunun müqabilində sürücüyə çoxlu pul verəcəyini deyir. Şəhərin mərkəzindən Balaxanı kəndinə onu aparması üçün 10 qızıla sövdələşir. Bir qədər gedəndən sonra sürücü maşının siqnalını basır və siqnal milyonçunun xoşuna gəlir. Sürücüyə hər vurduğu siqnala görə bir qızıl verməyə başlayan milyonçu Balaxanının mərkəzində atsız arabadan düşür.

Kənd əhlinin maraqla baxdığı bu araba gedəndən sonra milyonçudan ona minmək üçün nə qədər pul verməsini xəbər alırlar. Milyonçu da deyir ki, atsız arabada gəzmək elə də baha deyil, amma siqnalın pulu arabaya minməkdən baha başa gəldi".
Bu əhvalatı bizə Balaxanı kənd sakini Emin danışdı. Onun sözlərinə görə, Balaxanıda çoxlu milyonçular yaşayıb. Ümumiyyətlə, Balaxanı kəndinin özünəməxsus koloriti, tarixdə özəl bir yeri var. Bunun da ilk səbəbi kəndin neft buruqları arasında yerləşməsi, zənginliyi ilə əlaqədardır. 


Ardı →

Mərdəkan kəndi

MərdəkanBöyük rus şairi Sergey Yesenin İrana gedərkən yolunu Mərdəkandan salır. O, kəndi gəzərkən tez-tez başıbağlı qadınlara rast gəlir. Buraların İran ola biləcəyini düşünən S.Yesenini Mircəfər Bağırov yoldan çıxarır. M.Bağırov böyük rus şairinin Mərdəkanda qalıb dərs deməsini istəyir. Ona görə də onu aldadaraq buranın İran olduğuna inandırmağa çalışır. Beləliklə, S.Yesenin uzun müddət Mərdəkanda qalır.
Bu əhvalatı bizə S.Yeseninin Mərdəkandakı ev-muzeyində olarkən Hacı Miraqil adlı kənd sakini danışdı.
Davamı →

Ramana kəndi

Ramana kəndiBir nardaranlı xozeyni olan ramanalı Qurbandan ölənə yaxın soruşur ki, bu dünyada nədən doymadın? Hacı Qurban dərindən ah çəkərək “bu dünyada Ramananın üzüm bağlarından və Nardarandakı dəniz sahilindən doymadım” deyib. Bu sözləri bizə deyən Ramana sakini Seyid Zöhrab indiki neft buruqlarının yerində əvvəllər ucu-bucağı görünməyən üzüm bağlarının olduğunu söyləyir.

Beləliklə, “Bakı kəndləri bizim gözümüzlə” rubrikasında sizlərə növbəti bir kəndi- Abşeron yarımadasındakı qədim yaşayış məskənlərindən biri olan Ramananı təqdim edirik.
Bu kənd tarixi ədəbiyyatda ən çox məşhur Ramana qalası ilə tanınır. Lakin Ramanada tarixin bütün dövrlərini özündə əks etdirən bir çox abidələr, məscidlər, qəbiristanlıq, hamam və pirlər də var. Balaxanı ilə qonşu olan Ramana kəndinin mərkəzindən gəzintimizə başlayırıq.


Ardı →

Azərbaycan miniatürləri

İslam dini ehkamlarının hökm sürdüyü orta əsrlərdə Azərbaycanda rəssamlığın müxtəlif növlərində (boyakarlıq, «siyah qələm» və s.) insan obrazlarının təsviri sahəsində gözəl ənənələri olmuşdur. Miniatür sənətinin bu dövrdə yüksək inkişafı bunu aydın sübut edir.
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.
Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi dəqiq müəyyən edilməmişdir. Lakin XIII əsrin əvvəllərində Əbdülmömin Məhəmməd əl-Xoyinin «Vərqa və Gülşa» əlyazmasına çəkdiyi miniatürlərin (Topqapı muzeyi, İstanbul) üslubu, bədii sənətkarlıq xüsusiyyətləri bu miniatürlərin ilkin olmadığını, müəyyən bir ənənəyə əsaslandığını və miniatür sənətinin daha qədimdən mövcud olduğunu göstərir. «Vərqa və Gülşa»ya çəkilmiş miniatürlər yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.
Ardı →

Əmircan kəndi

“Zərdüştlər Atəşgaha gəlib burada ibadət edərdilər. Onlar ibadət edib qayıdandan sonra ailə qurarmışlar. Buraya yalnız kişilər gəlirmiş. Ona görə də qadınların burada olmasına aid heç bir nişanə yoxdur. Bu, Azərbaycanda atəşpərəstlik dövrünü bütün mənalarda əks etdirib. Həm də kənddə zərdüştlüyün geniş yayılmasından xəbər verir”. Bu sözləri Atəşgahda bizə bələdçilik edən Ruslan Xəlilov deyir. Onun sözlərinə görə, Atəşgaha Novruz bayramı ərəfəsində daha çox gələnlər olur. Bələdçimiz deyir ki, Atəşgaha gələn əcnəbi turistlər də az deyil. Bu dəfə Azərbaycan tarixinin ən qədim səhifəsini, milli və dini dəyərlərini özündə əks etdirən Əmircan kəndində olduq.
Davamı →

Qala kəndi

QalaQala Abşeron yarımadasının şimal-şərqində yerləşir. Türkan, Şüvəlan və Qala gölü ilə əhatələnib. Sahil yaşayış məntəqələrinə nisbətən yayda havası isti və quru təsir bağışlayır, qəsəbənin ərazisi gilli-qara-sərt torpaqla örtülüb. Ərazinin yaşıllığı və bitki örtüyü çox zəifdir. Bir sıra Abşeron kəndləri kimi Qala da duz gölü ilə məşhur olub. Qala duzu öz ağlığına və tamına görə ən keyfiyyətlilərdən sayılıb. Camaat duzu çuvallara dolduraraq satmaq üçün Azərbaycanın müxtəlif bölgələrinə aparıb. Duz ilə əlaqədar camaat arasında belə bir əfsanə də yayılıb. Guya yerli xan qazanc məqsədilə şoru icarəyə vermək niyyətinə düşür. Lakin bu zaman şorun üstünü qan ləkəsi örtür. Bunu görən xan niyyətindən əl çəkir. Ona görə də əhali əvvəlki kimi heç bir ödəniş vermədən həmin duzdan istifadə edir.


Ardı →