Elməddin Əlibəyzadə «Bilqamıs», «Avesta», «Orxon -Yenisey» kitabələri haqqında geniş araşdırmalar aparıb.
Gülxani Pənah,araşdırmaçı: «Mən Şumer köklü, İskit soylu, Sak ləyaqətli, Hun əzəmətli, Oğuz nəsilli, Türk əsilli türkəm. Bununla da fəxr edirəm:
Millətim türk, dilim türk dili, Vətənim Azərbaycandır». Bu fikirlər Elməddin Əlibəyzadəyə məxsusdur. Onun elmi fəaliyyətinin əvəzsiz incisi «Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi» üzrə apardığı tədqiqat işləridir. Bütün elmi fəaliyyətini kənara qoyub, alimin bu yönümdə apardığı işləri tədqiq etsək, zəngin, ensiklopedik bir biliyə malik Azərbaycan alimi, mütəffəkiri gözlərimiz önündə canlanar. «Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi» əsərində islamaqədərki tariximiz, türk xalqlarının, eləcə də Azərbaycan xalqının soykökcə Şumerlərlə bağlılığı məsələlərini üzə çıxarmaq, milli-mənəvi dəyərlərimizi aşkarlamaq, atəşpərəstliyin türk-Azərbaycan təfəkkürünün məhsulu olduğunu elm aləminə sübut etmək, dil, din, yazı, elm, astronomiya və başqa «sivilizasiyaların məhz türk -Azərbaycan xalqının dünyaya bəxş etdiyi problemləri» araşdırmaq mümkündür. Alim Azərbaycan mənəvi aləminin zəngin bünövrə, «kök» üzərində yaranıb, inkişaf edib, öz «milli-psixoloji» axarına düşüb kamilləşməkdə olduğunu bildirir.
Ardı →