Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

Ramil Səfərova misal olaraq yazılmış məktub

Artıq 17 ildir ki, sənin isti köksünə həsrət qalmışam. Neçə ildir ki, sənin məndən, mənim səndən xəbərim yoxdur. Oralarda hər kəs meni geri qaytarmaqdan, məni nə qədər sevdiklərindən danışırlar, amma heç kim mənim səndən ayrı qaldığım andan nələr çəkdiyimi, mənim sinəmə nə qədər dağ çəkildiyini bilə bilməz. Hətta, qondarma ermənistan respublikasını dəstəkləyən-vəhşiliyin, özbaşınalığın, murdarlığın, cəlladların tərəfdarı olan dövlətlər də. Bir zamanlar at oynadan Koroğlular, Cavanşirlərin yurdu bu gün ermenilər tərəfindən narkotik tranzit zonaya çevrilib.


Ardı →

Fatmayı

Qədim və zəngin tarixi ilə seçilən Bakı kəndlərindən biri də Fatmayıdır. Kənd qəbiristanlığındakı türbə və qəbirdaşı yazıları bu yaşayış məskəninin ən azı 600 illik tarixi olduğunu deməyə əsas verir. Fatmayı kəndi Məhəmmədi, Digah, Pirşağı və Görədil kəndləri ilə qonşudur.


Kəndin yaxınlığında “Aşağı şor” deyilən qurumuş duz gölü və adı əfsanəyə çevrilmiş “Qızıl nohur” gölü yerləşir. Əfsanəyə görə, al-qırmızı paltarlı gəlin bu göldə batdığı üçün bütün göl qırmızı rəngə boyanıb. Elə o vaxtdan gölün adı “Qızıl nohur” adlanır. Əvvəllər kənddə yaşıllıq hədsiz dərəcədə az olub. Əhali əsasən əkinçilik və maldarlıqla məşğul olar, dəmyə taxıl və bostan bitkiləri yetişdirərdilər. İsti yay aylarında isə dənizə yaxın yerdə salınmış üzüm bağları əhalinin dadına çatırdı. Küp və bardaqlar dolusu doşab, kisələrlə qurudulmuş əncir, üzüm qurusu, zəncilfərəc (əncirdən hazırlanmış ədviyyatlı şirni) və başqa azuqələr hazırlanardı.


Ardı →

Azərbaycanın siyasi sistemi

Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir.


Ümumiyyətlə, Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu.


Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.


Ardı →

Azərbaycan kinosu

İlkin dövr

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri («Bibiheybətdə neft fontanı yanğını», «Balaxanıda neft fontanı», "Şəhər bağında xalq gəzintisi", «Qafqaz rəqsi» və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.   1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun «Neft və milyonlar səltənətində» romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi.


Ardı →

Atəşgah

Alovun küləklə “oynadığı” yer
Tarixi mənbələrdə yazıldığına görə, «Atəşgah» XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi, sönməz alovların yerində inşa edilmiş müqədəs ziyarətgahdır. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir. Mərkəzi məbəd-səcdəgah isə 1810-cu ildə hindistanlı tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.
Atəşgah dənizdən azacıq aralı, Abşeron yarımadasındakı Suraxanı kəndinin cənub-şərq qurtaracağında, neft mədənlərinin yaxınlığında yerləşir.
Ardı →

Bakı şəhəri

Bakı haqqında ilk məlumata eramızdan 3500 il əvvələ aid edilən, Misir fironu I Menesanın dövründə yazılmış "Ölülər Kitabı” adlı tarixi mənbədə rast gəlinir. Bakının adı antik dövrün tarixçisi Herodotun “Tarix” kitabında da çəkilir. Şərq alimlərinin, Avropa səyyahlarının və islamşünaslarının Bakı haqqında məlumatları da elmi cəhətdən maraq doğurur. Abşeronun bu günümüzədək gəlib çatmış qədim abidələri isə tədqiqatçıların zaman-zaman istinad etdikləri qiymətli maddi-mədəniyyət nümunələridir.
Bakının keşməkeşlərlə, mübarizələrlə dolu keçmişindən danışarkən eramizdan əvvəl I əsrdə, Roma imperatoru Pompeyin və Lukullun Azərbaycana hərbi yürüşlərini xatırlamamaq mümkün deyildir. Qədim romalıların Bakı ətrafında məskunlaşaraq uzun müddət bu yerləri işğal altında saxlamaları barədə müxtəlif mənbələrdə olduqca maraqlı materiallar mövcuddur.
Davamı →

Corat

Coratın əsl yaşını dəqiq bilən yoxdur. Amma bu kəndin adını öz yol qeydlərində çəkən səyyahlar, tarixçilər, eləcə də çar Rusiyası məmurlarının tərtib etdiyi müxtəlif hesab və məlumat kitablarında Coratın varlı yer olduğuna dair kifayət qədər məlumata rast gəlmək olar. Corat qəsəbəsinin tarixi eramızdan əvvəl III, IV minilliklərə gedib çıxır. Xəzər dənizinin Abşeron sahillərindən Dərbəndə qədər bir ərazini əhatə edən Çora vilayətinin eyniadlı paytaxtı Çora tarixin qədim qatlarında böyük liman və ticarət şəhəri kimi yer tutub. Hətta alban katalikosunun iqamətgahı da bu şəhərdə yerləşirmiş.


Ardı →

Xırdalan

Bakının 14 kilometrliyindəki böyük təpənin yamacında bir kənd yerləşir. Bura Xırdalan kəndidir. Kəndin ətrafında artıq böyük bir şəhər ucalıb. Bu isə Xırdalan şəhəridir. Beləcə, qədim tarixdən bu günə — kənddən şəhərə maraqlı keçid alınır. Biz də bu məkana — şəhər içindəki kəndə, dünənlə sabahın görüşdüyü kənd içindəki şəhərə baş çəkdik.


Ardı →

Balaxanı

Bakı kəndləri arasında Balaxanı tarixən tutduğu iqtisadi mövqeyə və qədim irsinə görə seçilir. Kənd Bakının şimal-qərbində, Abşeron yarımadasının ortasında yerləşir, Sabunçu qəsəbəsi, Ramana kəndi, Digah və Məhəmmədi kəndləri ilə qonşudur. Şimal səmtindəki yüksəklikdə kəndi iki — “Yuxarı” və “Aşağı” — məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi “Rzaqulu kəndi”, cənub hissəsi əhali tərəfindən “Canhüseyn məhəlləsi” adlanır. Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir.


Ardı →

Neft strategiyası

Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdır. Bütün dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda «qara qızılın» sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.


XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər.


Ardı →