Рейтинг
+120.86

Azərbaycan

84 üzv, 213 topik

Üç sadə cümlənin Azərbaycan ehtişamı

Qafqazda ilkin sivilizasiya ocağı yandıran Azıx mağarasının vətəni, Azərbaycanın ən qədim yurd yerlərindən biri — Qarabağ...
Bir tərəfdən Kür, Araz, bir yandan Əlincəçay, Göyçə gölü arasına sığınan, lakin qüruru, qüdrəti, sənət eşqiylə dünyaya sığmayan tarix yaşlı, tarix yaddaşlı Qarabağ! Ulu keçmişini xəbər alsan, sinəsində əcdadlarımızın əliylə yazılan Azıx, Tağlar, Borsunlu, Xocalı, Çalağantəpə, Xındırıstan, Qalaqtəpə avtoqraflarını göstərər. Dağlarına üz tutub adını soruşsan, Murovdağ, Qızılboğaz, Qızqala, Ərikli, Qırxqız — deyər. Çaylarını tanımaq istəsən, dilimizin şah damarından törəyən doğma adlar eşidərsən: Quruçay, Köndələnçay, Həkəri, Tərtər, Qozluçay, Qarqar, İncəçay, Daşaltı… Qalalarını soraqlasan: Bayat, Koroğlu, Şahbulaq, Əskəran, Şuşa… Kəndlərini soruşsan: Boyat, Abdal-Gülablı, Kosalı, Çəmənli, Xankəndi, Sığnaq, Quzanlı, Göytəpə, Bəhmənli, Malıbəyli, Kəhrizli, Kəngərli, Üçoğlan, Qaradağlı, Qaradolaq… Ömrünü-gününü xəbər alsan XVII yüzilin böyük filosofları Yusif Məmmədcanoğlunun, İzzəddin Qarabağinin hikmətləriylə, Molla Pənah Vaqifin, Xan qızı Natəvanın, Seyid Nigarinin şeirləriylə cavab verər sənə. Bütün tarixi, maddi-mənəvi abidələri, toponimləriylə «Mən Azərbaycanınam» deyir Qarabağ.

Davamı →

Sabir Rüstəmxanlı | Həmrəylik -Milli ideyanın özülüdür

«El bir olsa...». Məşhur ozanımızın dilindən yayılan bu ifadənin bəlli bir yaşı olsa da, xalqın ürəyindəki birlik istəyinin yaşını təyin etmək mümkün deyil; bu istək elə xalqın özü ilə birgə, bütün müşküllərin həlli, bütün hədəflərə çatmaq yolu kimi doğulub.
Bütün faciələr, məğlubiyyətlər bölünmələrdən, qardaşı qardaşa yad edən xəyanətlərdən, mənasız iddialardan, mənəm-mənəmliklərdən başlanıb. El birliyi, əl birliyi, fikir, söz və əməl birliyinin həsrətini də daha çox parçalanmış xalqlar çəkiblər. Azərbaycan folklorunun və ədəbiyyatının dərd və ağrı qatı da bu bir ola bilməmək faciəsi ilə, dünyada yaşayan azərbaycanlıların milli həmrəylik, özünüdərk, dövlət müstəqilliyi arzuları və bu ideallara qovuşmaq yolunda aparılan mübarizələrin uzun tarixi ilə bağlıdır.

Davamı →

Pənah xanın ruhu

Şuşanın da, Qarabağın da tarixi ulu əcdad sayılan Pənah xanın adı ilə başlayır.
Şuşanın tarixi, əslində, Pənah xanın ruhunun tarixidir. Pənah xan XVIII-XIX yüzillər Qarabağ insanının düşüncəsində «ilk əcdad», onun yaşadığı dövr «ilk zaman», «mifik zaman», Şuşa isə sakral və «ilk məkan» idi. Ona görə də tarixçilər, salnaməçilər haqlı olaraq onun adını əcdad kultu sistemində yerləşdirirlər, Qarabağ dövlət kultunun əsasında məhz Pənah xan kultu durur.

Davamı →

Stalinin öpüşü və ya staxanovçu Fatimə

Azərbaycanın bolşeviklər tərəfindən işğalının ilk illərindən mühacirətdə ömrünün sonunadək sovet rejimi və kommunist ideologiyasına qarşı mücadilə aparan, eyni zamanda milli-mədəni irsimizin xarici ölkələrdə layiqincə təbliğinə, tanıdılmasına çalışan Ceyhun Hacıbəyli yaradıcılıq imkanlarından, istedadından gen-bol bəhrələnmiş, istifadə etmişdir: Azərbaycan, fransız, rus dillərində publisistik və bədii əsərlər yazmış, tərcüməçiliklə məşğul olmuş, qəzet, jurnal redaktoru kimi antisovet təbliğatında mühüm rol oynamışdır.

Davamı →