Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

"Azərbaycan" adının etimologiyası

Bir neçə ay əvvəl, «Gülüstan» sarayında ABUC-un «Qızıl qılınc» mükafatının təqdimat mərasimi keçirilirdi. Təqdimatdan sonra görkəmli alim, professor Firidun Ağası oğlu Cəlilovla maraqlı söhbətimiz alındı. Müxtəlif mövzuların üzərindən hərlənib Azərbaycan sözünün üzərində qaldıq. Mən sevgili ölkəmizin adı ilə bağlı irəli sürülən iddialara kəskin etirazımı bildirdim. Azərbaycan adının guya ki, Makedoniyalı İskəndərin bu ərazilər üzrə satrapı olmuş Atropatena adından qaynaqlanmasını heç cür qəbul etmədiyimi bildirdikdə bəy mənimlə razılaşdı və bəzi tarixçilərin bu iddiasını tamamilə əsassız hesab etdi. Sovet tarixçilərinin fərziyyələrinə görə eramızdan əvvəl IV əsrdə Makedoniyalı İskəndər işğal etdiyi əraziləri satraplıqlara bölmüş, idarə olunması üçün öz adamlarını qoymuşdu.
Ardı →

Milli süfrə mədəniyyətimiz...

Ulu babalarımızın və nənələrimizin əsrlər, qərinələr boyu öz gündəlik həyat və yaşam tərzində zaman-zaman, qətrə-qətrə yığıb topladıqları təcrübə və vərdişlər maddi- mədəniyyətimizin yaranması və formalaşmasında mühüm rol oynayıb. Danılmaz bir həqiqətdir ki, Azərbaycan xalqının çoxşaxəli və zəngin mədəniyyəti içərisində süfrə mədəniyyətinin öz yeri, öz gözəllikləri var. Süfrə mədəniyyəti tarixən xalqımızın həyat tərzini, məişətini, davranışını, zövqünü, estetikasını, dünyagörüşünü formalaşdıran əsas amil olmuşdur. Təsadüfi deyil ki, tarixi eramızdan çox-çox əvvələrə gedib çıxan antik mənbələrdə, o cümlədən qədim ədəbi abidələrimizdən olan “Qabusnamə”də, “Kitabi-Dədə Qorqud”da, nağıl və dastanlarımızda, əcnəbi səyyahların səyahətnamələrində, habelə digər saysız-hesabsız tarixi mənbələrdə və qaynaqlarda xalqımızın süfrə mədəniyyəti, yemək qaydaları, qonaq qarşılaması və sair barədə olduqca qiymətli məlumatlar var.
Davamı →

Azərbaycan haqqında bunu hamı bilməlidir

Azərbaycan –öz sahəsi və əhalisinə görə Zaqafqaziyanın həm quru, həm də dəniz sərhədlərinə malik olan ən iri dövlətidir. Onu şimaldakı qonşusu olan Rusiyadan Böyük Qafqaz sıra dağları ayırır, şimal-qərbdə o, Gürcüstanla həmsərhəddir, Kiçik Qafqaz sıra dağları onu qərbdə Ermənistandan, cənubda isə İrandan ayırır, cənub-qərbdə onu İrandan həmçinin, Talış dağları ayırır. Dəniz sərhədi Azərbaycanı Qazaxıstan və Türkmənistandan ayırır.


Ölkənin ən sıx əhalisi olan rayonları Abşeron yarımadası, Lənkəran ovalığı və Şirvan düzənliyidir. Burada əsasən pambıqçılıq rayonları yerləşən yarımsəhra Kür-Araz ovalığından fərqli olaraq bir çox növ meyvələr yetişir.


Ardı →

Qobustan

Abşeron yarımadasının qərbində və cənubi-qərbində, Bakının 60 km-də yerləşən, Böyük Qafqazın (qıraq) cənubi-şərq qollarının alçaq dağlıq və dağətəyi rayonudur. Qobustanın adı “Qobu” sözündən götürülmüşdür. Ona görə də Qobustan qobular və yarğanlar diyarı sayılır. Ən böyük hündürlük burada 1047 m-dir. Palçıqlı, dərə-təpəli, palçıqlı-gilli relyefə malikdir. Cənubunda palçıqlı yanardağlar mövcuddur. Burada əsasən yarımsəhra landşaftları hökm sürür. Qış otlaqları da var. Qobustanın dağlarında Azərbaycan xalqının əcdadlarının maddi və mənəvi mədəniyyətini əks etdirən 6 mindən çox qədim rəsmlər tapılmışdır. Bundan başqa qədim yaşayış məntəqələri – 20 mağaralar və dayanacaqlar, 40 kurqan qazıntıları və 100 mindən çox maddi mədəniyyət əşyaları aşkar olunmuşdur. Ən qədim rəsmlər mezozoy erasına aid olduğu sayılır, ancaq burada bu eradan əvvəl də yaşayışın olması istisna edilmir. Elə buna görə də Qobustan mədəniyyətin beşiklərindən biri sayılır.
Davamı →

Muğam

Muğam — Azərbaycan xalqının bədii yaradıcılığının zəngin bir hissəsi, əsrlərdən bəri şifahi şəkildə inkişaf edərək dövrümüzə gəlib çatmış unikal sənət nümunəsi, Şərq xalqlarının şifahi ənənəli professional musiqisi (ənənəvi musiqi) sistemində özünəməxsus janrdır.
Dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyov Yaxın və Orta Şərq xalqlarının 14-cü əsrdə inkişafın zirvə nöqtəsinə çatmış musiqi mədəniyyətini 12 sütunlu və 6 bürclü (qülləli) bir binaya bənzədir. 14-cü əsrin sonuna yaxın baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq bu binanın divarları çatlayaraq, uçub dağılmış və Üzeyir bəyin təbirincə desək, Şərq xalqlarından hər biri bu musiqi binasının qiymətli parçalarından istifadə edərək, özünün yeni musiqi barigahını tikmişdir. Üzeyir Hacıbəyovun qeyd etdiyi 12 klassik muğam Şərq xalqlarının ümumi yaradıcılığının bəhrəsi olmuşdur. Azərbaycan muğamları məhz orta əsrin bu 12 muğamı əsasında təşəkkül tapıb inkişaf etmişdir.
Davamı →

Azərbaycan Demokratik Cümhuriyyəti dövründə məhkəmələr

1918-ci ilin 28 mayında Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsi ilə müstəqil Azərbaycan Demokratik Respublikasının yarandığını elan etdi. Elə həmin gün F.X.Xoyskinin rəhbərliyi ilə Nazirlər Soveti yaradıldı və 9 nəfərdən ibarət Azərbaycan Milli Hükuməti təşkil olundu. Hökumətin tərkibində digər nazirliklərlə yanaşı, Azərbaycan Demokratik Cümhuriyyətinin Ədliyyə Nazirliyi də yaradıldı və Xəlilbəy Hacıbaba oğlu Xasməmmədov ilk ədliyyə naziri oldu.
Ardı →

Bakı məscidləri

Qədim Bakının müxtəlif dövrlərə aid çoxsaylı tarixi-memarlıq abidələrindən ən önəmlisi İçərişəhərdir. 22 ha. ərazisi olan bu kiçik və «müstəqil» şəhər içində şəhər keçmişimizlə bu günümüz arasında mənəvi körpü, qala divarları ilə əhatə olunmuş qədim və möhtəşəm abidədir.
Bakını başqa tarixi şəhərlərimizdən fərqləndirən onun ilk çağlarda dini mərkəz, müqəddəs şəhər kimi yaranmasıdır. Bakı toponiminin mənası haqqında müxtəlif mülahizələr söylənsə də, onlar arasında görkəmli tarixçi S.Aşurbəylinin “Allah şəhəri”, “Allah yeri” anlamı bu mənada inandırıcıdır. Özündə və ətrafında çıxan təbii qaz qaynaqları üzərində tikilən çoxlu od məbədləri Bakını yalnız Qafqazın deyil, İran, Orta Asiya və Hindistan atəşpərəstlərinin də nüfuzlu dini mərkəzinə çevirmış, bu şəhərin “Müqəddəs odlar diyarı” kimi tanınmasına səbəb olmuşdur.
Ardı →

Azərbaycanın inzibati-ərazi vahidləri

Azərbaycan xalqının inkişafında mühüm rol oynamış ölkənin inzibati ərazi quruluşu onun ərazi bölgüsünün coğrafi əsasını təşkil edir. Azərbaycanın yaşayış məntəqələrinin yaranması qədim zamanlardan başlayaraq mürəkkəb tarixi dövr keçmişdir. Hər bir tarixi dövrdə məskunlaşma sisteminin təşəkkülü, yüksəlməsi və tənəzzülü prosesləri baş vermiş və bunun üçün konkret iqtisadi-siyasi zəmin yaranmışdır. Mövcud olan sosialiqtisadi münasibətlərin dəyişməsi ilə birgə dövlətin inzibati ərazi quruluşu da dəyişmişdir. Hakimiyyətə gələn sinif özünə xas olan dövlət quruluşunu və ona uyğun inzibati ərazi bölgüsünü yaratmışdır.
Azərbaycanda ictimai quruluş dövlətlər, əmirliklər, bəylərbəyiklər, xanlıqlar, sultanlıqlar, vilayətlər, əyalətlər, quberniyalar, qəzalar, dairələr, mahallar və rayonlardan ibarət olmaqla bir neçə dəfə köklü surətdə dəyişmişdir.
Ardı →

Azərbaycanın təbii abidələri

Hidrogeoloji abidələr
Mineral mənbələr hidrogeoloji abidələrlə əlaqəli olur. Onlar Azərbaycanın ərazisində geniş yayılıb. Kimyəvi tərkibinə görə burada mineral mənbələrin 10-dan çox növü aşkar olunmuşdur. Hidrokarbonat, hidrokarbonat-xlorid, hidrokarbonat -xlorid-sulfat, hidrokarbonat-sulfat, xlorid-hidrokarbonat, sulfat-xlorid və kuporos. Bunlardan başqa, qeyri müəyyən kimyəvi tərkibə malik bəzi mənbələr var. Mənbələrin boşalması gün ərzində 10-dan 100 min litrə çatır. 30-dan çox mənbənin su hərarəti, 20 dən +700 C dərəcəyə qədər təşkil edir.
Ardı →

Şirvanşahlar sarayı

Şirvanşahlar saray ansamblı — Azərbaycan memarlığının Şirvan-Abşeron qolunun iri abidəsidir.
XV əsrdə Bakının iqtisadi və siyasi əhəmiyyətinin artması nəticəsindəŞirvanşah Xəlilullah iqamətgahı Şamaxıdan Xəzər dənizindəəsas liman şəhəri və möhkəmlənmiş istehkam olan Bakıya köçürdü. Səbayel qəsrinin batması ilə bağlı yeni saray təhlükəsiz yerdə, Bakı təpəsinin hündürlüyündə tikildi. Ansambl vahid memarlıq ideyasına əsasən tikilmirdi, o, relyefəəsasən, üç səviyyədə ucaldılan bir neçə tikili sırasından ibarətdir: sarayın əsas binası (1420-ci illər), Divanxana (1450-ci illər), sərdabə-türbələr (1435), minarəli şah məscidi (1441), Seyid Yəhya Bakuvi məqbərəsi (1450-ci illər) və Keyqubad məscidinin qalıqları. Saray tikililərinə şərq tərəfdən portal — Murad qapıları (1585), ovdan və hamam qalıqları aiddir. Bəzi məlumatlara görə, saray binasından şimal-şərqə doğru əvvəllər şah tövlələri yerləşirmiş, hazırda burada yaşayış evləri mövcuddur. Divanxanadan şimalda yaşayış evlərindən birində qədim divarların özülü görünür, bu hörgü sarayın fasadının hörgüsünə başlayır. Görünür, bu saray ansamblına daxil olan binalarının hörgülərinin qalıqlarıdır.
Davamı →