Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

Novruz Bayramı - milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir

Azərbaycanda Novruz bayramı həm də Bahar bayramı kimi qeyd olunur. Novruzla yanaşı, baharın da adı qoşa çəkilir, qoşa vurğulanır. Hələ dilimizə fars sözləri girmədən öncə Novruza «il bayramı», «yaz bayramı» və «bahar bayramı» deyiblər. Odur ki, bu bayramın əsas simvollarından, qəhrəmanlarından biri də «Bahar qızı» adlandırılardı. Artıq neçə illərdir ki, Novruz «Bahar qız»sız təsəvvür edilmir. «Bahar qız» yazın ilk günündə bütün eli-obanı dolaşar, yazın gəlişinin müjdəçisi olar. Paytaxt Bakıda da Bahar qızı güllü-çiçəkli bahar rəngli, bahar donu ilə İçərişəhərdə, Qız qalasının önündə dayanaraq insanları xoşbəxtcəsinə seyr edər. Nə gözəldir, deyilmi?! Dünyanın ən xoş niyyətli qızı «Bahar qızı»…

Davamı →

Novruz - Birlik, qardaşlıq bayramı

Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir. Qədim İran şəmsi təqvimi ilə fərvərdin ayının birinci gününə, Qriqori təqvimi ilə mart ayının 21-22-nə və ya nadir hallarda 23-nə düşür. Ölkəmizdə Novruz bayramı bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdüştlük və ya müsəlman mədəniyyəti ilə əlaqələrini araşdırmış, əski mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif faktlar aşkar etmişlər. Lakin ümumi belədir ki, Novruzu konkret bir dinlə, etiqadla bağlamaq düzgün deyil. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.
Davamı →

Azərbaycan filosofları

Əfəndiyev Asif Qasım oğlu (Asif Ata)
Filosof, ədəbiyyatşünas, tənqidçi olmuşdur. Asif Ata Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid şöbəsini bitirmişdir. O, ali məktəblərdə ( M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda) Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, dialektik və tarixi materializm fənlərindən mühazirə oxumuşdur. Asif Ata 1976-cı ildə «Etik və estetik mənəvi tərbiyə klubu» yaratmış, üç ildən sonra qadağan olunsa, repressiyaya uğrasa da, sonra respublika «Bilik» cəmiyyətində «Ocaq» adı ilə fəaliyyət göstərmişdir.

Asif Ata 1981-ci ildən (ruhani ocaq atası) ləqəbini qəbul etmişdir. Sovet dövləti tərəfındən verilən bütün diplomlardan imtina etmişdir (1990-cı ildən). «Dairələr», "İnsan yolu", «Tarixə çatmaq» adlı fəlsəfi-bədii tənqidində insan və müasir həyat problemi qoyulmuşdur. Yetmişədək dərc edilməmiş fəlsəfi kitabın (kəlam, məqam, izhar, həqiqətlər) müəllifidir. Burada mütləqə inam, ruhaniyyat, mənalar, təzadlar və s. fəlsəfəsi şərhini tapır. “Müdriklik səlahiyyəti”, “İnam və şübhə”, “Mütləqə inam”, “Yol. Ata sözü”, “Siyasətdən üstün”, “Mütləqilik” və s. əsərlərin müəllifidir.

Davamı →

Azərbaycanda ilk fəlsəfi təlimlər

Zərvanilik
Azərbaycanda yayılmış qədim fəlsəfi-mifoloji təlimlərdən biri zərvanilik olmuşdur. Bu təlimin əsas prinsipləri haqqında Avesta, qədim pəhləvi mətnləri, Quran, Orta əsr Şərq yazılı abidələri və çoxsaylı tədqiqatlar məlumat verir. Zərvanilikdə zaman, bəzi hallarda zaman ilə məkan varlığın yaradıcısı kimi təqdim edilir. Allahı, ruhun ölməzliyini, cənnət və cəhənnəmi inkar və yalnız maddəni real hesab etdiyinə görə zərvanilik öz dövründə tənqid olunmuşdur.

Maniçilik
Zərdüştlüyün, xristianlığın və buddizmin ayrı-ayrı ünsürlərini özündə toplayan maniçilik təlimi III əsrdə Azərbaycanda, İranda və Orta Asiya ölkələrində yayılmışdır. Onun banisi Mani (216-276) xalis dualizm mövqeyindən çıxış edərək göstərirdi ki, aləmin başçısı iki varlıqdır: birincisi işıq, ikincisi qaranlıq. Maninin fikrincə xeyir, mürvət, fayda, sevinc, nizam birlik-işığın, şər, əksiklik, zərər, kədər isə qaranlığın işidir. Maniçilik feodal istismarına qarşı kəndlilərin və şəhər əhalisinin etirazını, mübarizəsini ifadə edən bidətçi təlim olduğu üçün Mani öldürülmüşdür. Lakin maniçiliyin təlimi uzun müddət yaşamış və V əsrin sonunda məzdəkilərin ideya mənbəyi olmuşdur.
Davamı →

Bakı qoçuları

Deyirlər ki, qoçu sözü Bakıya məxsusdur. Əslində də belədir. Qoçuluq Bakıda meydana çıxmış və Bakıda  da yayılmışdır. Doğrudur bu  sözün etimologiyası indiyədək araşdırılıb, müəyyən edilməyib. Ancaq arada bir rəvayət gəzir ki, guya nə vaxtsa Bakıya kənardan qolu güclü Qoçu adlı bir gənc gəlir və şəhərdə hamını incitməyə başlayır. Necə deyərlər yetənə yetir, yetməyənə də daş atır. Heç kəs də onun qabağına çıxa bilmir. O vaxtdan da guya şəhərdə təsadüf olunan belə qolu zorlu adamlara Qoçu deyərlərmiş. Bu bəlkə də belədir. Lakin bir həqiqət vardır ki, qoçuluq ictimai bir hadisə kimi keçən əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. Mətbuat səhifələrində də qoçu sözünə biz həmin vaxtdan təsadüf edirik.
Davamı →

1907-1917-ci illərdə mətbuat

Dövri mətbuat irtica illərinin ictimai hadisələrini bilavasitə olması da, dolayısı ilə əks etdirirdi. Aşağıda adlarını çəkəcəyimiz qəzet və məcmuələrin səhifələrində dövrün ziddiyyətləri ilə yanaşı, din, əxlaq məsələləri işıqlandırılır, dil və mədəniyyət sahəsində gedən mübarizə özünü büruzə verirdi.
Bu dövrdə Azərbaycan mətbuatı əsas etibarilə iki adamın inhisarında idi: Orucov qardaşları ilə Haşım bəy Vəzirov şəhərdə mətbuat və çap işlərini öz əllərində möhkəm saxlayırdılar. Hər ikisinin mətbəə şəraiti imkan verirdi ki, qəzetlərin vaxtlı-vaxtında  çıxmasını və yayılmasını təmin etsinlər.
Davamı →

BAKI MİLYONÇULARI

19-cu əsrdə Bakı şəhəri öz milyonçularının sayı etibarilə Rusiyanın şəhərləri içərisində görkəmli yerlərdən birini tuturdu. Neft bu şəhəri iri sərmayədarlar yurduna çevirmişdi. Lakin Bakı milyonçuları başqa şəhərlərin milyonçularından onunla fərqlənirdilər ki, onlar bu sərmayə və sərvəti irsi olaraq, öz ata və babalarından almamışdılar. Bir qayda olaraq, əksəriyyəti fəhləlikdən, yoxsulluqdan öz zəhmətləri ilə milyonçu dərəcəsinə yüksəlmişdilər. Əvvəllər öz zəhmətləri, kamal və səyləri onları irəli aparmış, sonralar isə güclü neft fantanları onları sərvətin yüksək dərəcəsinə qaldırmışdı. Biz Bakının bu milyonçularından bir neçə nəfəri haqqında danışacağıq.
Davamı →

Köhnə Bakının xeyriyyə və maarif cəmiyyətləri

Hələ keçən əsrin 70-ci illərində Həsən bəy Zərdabi Azərbaycanda ilk dəfə xeyriyyə cəmiyyəti yaratmaq fikrinə düşmüşdü. Güman edirdi ki, yoxsul uşaqlarının təhsil və tərbiyəsində, onların məktəblərə qəbul edilərək, pulsuz oxumalarına  bu  cəmiyyətin  böyük  xeyri  dəyəcəkdir.  Bu  məqsədlə  xeyriyyə cəmiyyətinin proqramını tərtib edib, hökümətə təqdim edir. Böyük çətinlik və süründürmədən sonra onu təsdiq etdirə bilir. Hər şey hazır olandan sonra Zərdabi Bakı varlılarından bir dəstəsini  qazi molla Cavad axundun  evinə   toplayaraq, proqramı onlara oxuyur. Hamı bəyənir. Lakin cəmiyyətin yaranması üçün maddi yardım lazım olduğunu  söyləyərkən,  məclisdəkilər  bir  nəfər  kimi  aradan  çıxırlar.
Davamı →

Bakı mətbəələri

«Bakinskaya izvestiya» mətbəəsi


Bakıda mətbəə yaradılması haqqında ilk məlumat keçən əsrin 70-ci illərinə aiddir. İlk mətbəə V. V. Neruçev adlı bir şəxsin olub. Həmin mətbəədə ilk çap olunan məhsul Batsı neft sənayeçilərinin orqanı olan «Bakinskaya izvestiya» qəzeti olub. Mətbəə 80-ci illərdə Qoşa Qala qapısı ağzındakı Duma meydanında yerləşirdi, Neruçev qəzetin həm naşiri və həm də redaktoru idi. Həftədə iki dəfə, bazar və cümə axşamı günləri rus dilində çıxırdı. 1890-cı illərdən sonra isə Bakıda mətbəələrin sayı artır. Məsələn, 1894-cü ildə Bakıda 10 mətbəə və bir Xromo-litoqrafiya vardı. Xromo-litoqrafiya indiki Səməd Vurğun küçəsindəki 2 nömrəli mətbəənin yerində yerləşirdi. Sahibi Q. İ. Demirov idi.
Davamı →

Köhnə Bakıda tamaşa müəssisələri

Bakının yaşlı əhalisinin yaxşı yadındadır ki, o zaman Bakıda kinoteatr binalarından əlavə müxtəlif tamaşa müəssisələri də fəaliyyət göstərirdi. Doğrudur bu  müəssisələrin  əksəriyyəti  xüsusi  adamların  əlində  idi,  bəziləri  də  hökümət tərəfindən ayrı-ayrı adamlara icarəyə verilmişdi. Elə tamaşa müəssisələri də vardı ki, onlar icarə yolu ilə şəhərə qastrola gəlmiş truppaların sərəncamına verilirdi. Kinoteatrların əksəriyyəti isə daimi fəaliyyət göstərirdi. 1900-cu ildən sonra Bakıda 15-ə qədər kinoteatr mövcud idi. O zaman kinoteatrlar sinemotoqraf adlanırdı.
Davamı →