Gedirsən...Susuram

Hər vaxt imtina etmək üçün sevmişdim səni. Çünki bir gün bir yerlərdə bitəcəyini, bitməsə belə bitiriləcəyini bilirdim; amma heç bir zaman unutmaq üçün sevmemişdim səni.... Başdan qəbul etmişdim gedəcəyini, ürəyimin alovlarla yanacağını.Hər şeyə baxmayaraq başlamışdım bu sevdaya, gözə almışdım meni gözləyən alovları, ürəyimə batmağı gözləyən iti oxları.... Bütün əskiklərinlə qebul etmişdim.Bütün saf duyğularımla sevmişdim səni... Dəlilik idimi?

Bilmirəm.... Və indi gedişini səssiz nəfəssiz izləyirəm. Deyəcək tək bir sözüm yox.Çünki bunu bilirdim.Gedəcəyini, ardından yaşlı gözlərlə baxa qalacağaımı!! Canım çox yanır amma susuram, sənində canın yansın istəmirəm. Danışsam ,gözlərimdən boşalacaq çağlayanı texmin edə bildiyim üçün susuram.İçimde qışqıran üreyimi susdurmaq üçün dərin bir nəfəs alıram.... Get demək gəlmir içimdən amma getməyin gərək bilirəm. "Ağlama esla.Ardımdan, sonumuz yox idi bizim, erkən olması gərəkən oldu. Bir az canımız ağrıyacaq amma alışacağıq" deyirsən. "Bir azmı??" deyirəm içimden BİRAZ!!! Və əlavə edirsən "Ağlama, ağladığını görməyə dayana bilmərəm, kədərlənərəm.... Üzümdə zorakı bir təbəssüm susuram. ...İçimdən bir qışqırıq qopur: "XOŞBEXT ol iki gözüm ağlamıram". .... Hərşeyə baxmayaraq sevdim səni sevirəm de..... Amma bir şey söyleməmək, ağlamamaq üçün sıxdığım dodaqlarım mane olur, sözlərin çölə çıxmasına susuram.... Son bir güclə artıq sıxmaqdan qanayan dodaqlarımdan o çox sevdiyim Cəzmi Ersözün sözləri tökülür: "Get özünü daha da çox sevdirmədən....." GEDİRSƏN....... SUSURAM.....

gedirsən,susuram gecənin səssizliyində
 

1 şərh