limonun faydasi









limonun faydasını saymaqla bitirmək mümkün deyil. Bu meyvə nəinki çay süfrəsində, hətta yeməklərdə də geniş şəkildə istifadə edilir.
Yumurtanı bişirərkən qabıqlarının çatlamaması üçün ona limon suyu sürtmək lazımdır. Yumurta qaynadılan suya bir qaşıq limon suyu töksəniz, onun qabığı daha asan soyular.

Limon büzüşən göyərtilərə ikinci can verir. Bunun üçün soyuq suyun içərisinə yarım limonu sıxın. Bir müddət soyuducuda saxlayandan sonra onu yaşıllıqların üstünə az-az səpin.

Limon kəsilmiş bir çox meyvəni də qaralmaqdan qoruyur. Bunun üçün dilimlənmiş meyvələrin üstünə limonu sıxmaq kifayətdir. Bu üsuldan alma, alma, şaftalı, ərik və armud kimi meyvələrdə istifadə edilə bilər.

Yeməklərə limon sıxmaq duzdan istifadəni azaldır. Qeyd edək ki, artıq duz infakt və iflic riskini artırır.

Limonun ən başlıca xüsusiyyəti isə onun xərçənglə mübarizəsidir. Limon qabığı ilə qara və ya yaşıl çay içmək bu xəstəliyin bəzi növlərinin yaranmasının qarşısını 70 faizə kimi azaldır. Ən əsas da dəri xərçənginin.

Limon suyu bir çox başqa xəstəliklərə qarşı da xeyirlidir. Əgər boğazınız ağrıyırsa gündə 3 dəfə limonlu su ilə qarqara edə bilərsiniz. Limon böyrək, qaraciyər və qanı təmizləyir. Səhər yuxudan duranda limon suyu içmək həzm sisteminin daha yaxşı işləməsinə kömək edir.

Tədqiqatçıların rəyinə görə, limon ətri insanlarda daha yüksək əhval-ruhiyyə yaradır və onlar ətrafındakılara daha çox səxavət göstərirlər.

 

 

2 şərh

BaRLeLiTa
Limonu həddindən artıq çox yeyirəm,amma çay da heç sevmirəm.Çayda elə belə limonun tamını hiss etməkdənsə ,ayrıca yeməyə böyük üstünlük verirəm..Faydası olduğu kimi bir çox zərərləri də vardır…
babayeva_sabina

razıyam

mən də limonu xoşlayıam