Şərf asılqanları

Siz nə vaxtsa məhz sizə lazım olan şərfi böyük siyirtmənizdə tapa bilmədiyiniz bir şəraitlə qarşılaşmısınızmı? Və yaxud sizin dolabınız şərflərinizi asan tapa biləcəyiniz şəkildə yerləşdirməyiniz üçün çox balaca və ya çox qaranlıqdırmı? Bu 7 özün düzəldə biləcəyin formaya riayət edərək siz özünüz üçün şərflərə forma verməyə sərf etdiyiniz vaxta qənaət etmiş olacaqsınız.

Parça ilə örtülmüş duş pərdəsinin halqalarını eyni şəkildə hazırlanmış adi asılqana bərkidərək onu divardan asın. Əgər bunun əziyyət tələb edən bir iş olduğunu düşünürsünüzsə, onda sadəcə geniş bir asılqan götürün və onun üzərində dəliklər açın. 8 ədəd şərfi asanlıqla yerləşdirə bilərsiniz. İstifadə etmədiyiniz köhnə taxta nərdivanınız var? Və yaxud həyətdəki kiçik hasar da ola bilər. Sadəcə onu təmir edin və divarda yerləşdirin. Bu yolla siz qalın şərflər üçün əlavə yerə sahib olacaqsınız.


Burada özünüz tətbiq edə biləcəyiniz çoxlu üsullar vardır. Daha mürəkkəb ideyaları həyata keçirin və ya dəmir asılqana şərfləri camaşır asılqanı ilə birləşdirmək kimi bəzi asan üsullardan istifadə edin. Təxəyyülünüzü məhdudlaşdırmayın. Bu ideyaları həyata keçirin.


Tərtib etdi: Tamara Mustafayeva

2 şərh

Someone
Lazımlı əşyadır, həm də çox maraqlı formalır var.
Diamonds
1-ci şəkildəki asılqan çox xoşuma gəldi.Çox sağ olun.