Dehlia çələngi

Bu yaradıcılıq nümunəsi əsasən qışı sevməyənlər üçündür. Daim evinizdə yaz abu-havası yaratmaq istəyirsinizsə, bu əsl sizin üçündür. Əminik ki, bu sadə və gözəl nümunə hamı üçün asan olacaq. Gülün hazırlanma forması və təbii ki, istifadə edəcəyiniz rəngli kağızların rəngləri sizin istəyiniz və fantaziyanızdan asılıdır.

Belə bir yaz dekorasiyasını düzəltmək üçün sizə lazımdır:

Karton
Rəngli kağız
Sürətli yapışdırıcı
Qayçı

İlk növbədə kartondan dayaq düzəltmək lazımdır. Bura hazırlayacağımız gülün ləçəkləri yapışdırılacaq.Daha sonra rəngli kağızları dairələmək üsulu ilə kartona bərkidin. Nəzərə alın ki, kənar ləçəklərdən ortaya doğru gəldikcə kağızların ölçüləri get-gedə kiçilməlidir.
Hazırladıqdan sonra onun hara yerləşdirilməsi artıq sizin kreativliyinizin bəhrəsi olacaqdır. Uğurlar sizə.


1 şərh

beautiful
Çox gözəl görünür. Təşəkkürlər…