Bantın hazırlanması


Bu dəfə də sizə ev şəraitində bantın hazırlanma qaydasını göstərəcəm. Hazırlayacağınız bantı hədiyyə qutularının üzərinə yapışdıra bilərsiniz. Əgər bir az böyük ölçüdə hazırlamaq istəyirsinizsə, barmaqlarınıza da dolayıb hazırlaya bilərsiniz.
Bunun üçün bizə lazım olacaq:
1 ədəd çəngəl
1 ədəd qayçı
2 ədəd müxtəlif rəngli lent

Çəngəlin dişlərinin arasına lenti bir-birinin əksi olan tərəflərinə keçiririk.


Sonra əks istiqamətdə yenə eyni hərəkəti təkrarlayırıq.


Lenti dörd dəfə dolayırıq.



Sonra o biri lenti şəkildə gördüyümüz kimi keçiririk.



Və lentin uclarını düyünləyirik.


Sonra qayçı ilə lentin artıq hissələrini kəsirik.


Bantı çəngəlin dişlərindən çıxarırıq.


Budur, bantımız hazırdır.
 

0 şərh