Boyunbağını özün hazırla


Lazımlı əşyalar:

3 ədəd zəncir
3 ədəd rəngli ip (istənilən rəngdə)
1 ədəd qaşlı zəncir

Hazırlanması:
İlk öncə ipi zəncirin başına bağlayıb, o biri zəncirdən keçiririk.


Bu qayda ilə zəncirlər bir-birinə keçirilərək hörülür.


3-cü zəncir bir az qısa olmaq şərtilə eyni qayda ilə o biri zəncirin qırağına iplə hörülür.


Sonra qaşlı zəncir də eyni qayda ilə qısa zəncirlə bir-birinə hörülür.


Sonda isə boyunbağını boyundan asmaq üçün kənarlarından rəngli iplərlə bağlayırıq. Boyunbağımız hazırdır.


Bu boyunbağını hazırlamaq üçün istədiyiniz rəngdə iplərdən və qaşlardan istifadə edə bilərsiniz. Bu, öz zövqünüzə bağlıdır. Əgər zəncirlərin bir müddətdən sonra qaralmasını istəmirsinizsə, şəffaf dirnaq boyasını boyunbağının üstünə nazık qatla çəkə bilərsiniz. Belə olduqda boyunbağı illərlə öz rəngini itirməyəcək.
 
loading...

0 şərh