Budaqlardan çərçivə

Son zamanlar rustik dekorasiya parçaları yenidən dəbdədir. Modern dekorlardan çox istifadə olunsa da, bu il ev dekorasiyalarında təbiətə qayıdış təklif olunur. Siz də evinizə rustik detallar qatmak istəyirsinizsə, budaqlardan çərçivə düzəltmək tam sizə görədir. 

Ləvazimatlar:
Taxta şəkil çərçivəsi
Nazik budaqlar
Qəhvəyi rəngli akrilik boya
Fırça Yapışdırıcı
Süni çiçəklər

Hazırlanması:
Çərçivənin şüşəsini çıxarıb akrilik boyayla qəhvəyi rəngə boyayın. 1 saat qurumasını gözləyin. Bu sırada budaqları çərçivədən bir az uzun olacaq şəkildə kəsin. Boya quruduqdan sonra budaqları çərçivəyə yapışdırmağa başlayın. Budaqların hər yerinə yapışdırıcı sürtdüyünüzə əmin olun. Hər hansı bir boşluq qalmadısa, budaq yapıştırma prosesi bitmiş sayılır. Çərçivəni bir az daha bəzəmək üçüm süni çiçək və yarpaqlardan istifadə edə bilərsiniz. Çiçəkləri və yarpaqları da kənarlara yapışdırdınızsa, deməli, çərçivəniz hazırdır.




 









0 şərh