Рейтинг
+26.60

Bacarıqlı əllər

15 üzv, 28 topik

Taxta qələmqabı


Hazırlanması asan və ucuz başa gələn növbəti əl işini sizlərə təqdim edirik. Evdə olan lazımsız taxta əşyalardan qələm qabının hazırlanması olduqca asandır. Bunun üçün sizə dekorativ kağız, yapışqan, taxta parçası və drel lazım olacaq.

Taxta parçasını götürüb (düz bucaq formasında olsa daha gözəl olar) yapışqanın köməkliyi ilə dekorativ kağızı üzərinə yapışdırın. Sonra isə taxta parçasının üzərində dəliklər açın, lakin dreli sona qədər aparmayın. Sonda isə qələmləri drel ilə açdığınız dəliklərə yerləşdirib yazı masanızın üzərinə qoyun. Olduqca gözəl və asan hazırlanan əl işi.
Davamı →

Plastik qablardan faydalı əşyalar

Plastik qablardan necə yararlana bilərik? Aktyor və aparıcı Denise Meneghello dekorasiyalar, bəzəklər və əl işləri üzrə ixtisaslaşmışdır.

Əgər sizin makyaj dəsti və ya digər əşyalarınızı saxlamaq üçün qaba ehtiyacınız varsa, niyə də öz yaradıcılıq qabiliyyətinizdən istifadə edərək belə bir qab düzəltməyəsiniz ?!

Sizə lazım olan əşyalar kiçik bir plastik şüşə, bıçaq, qayçı və isti ütüdür. Bıçağın köməyi ilə şüşənin yuxarı hissəsi kəsilir, qayçı ilə həmin hissələr korrektə edilir və kəsilmiş hissə isti ütü ilə kontakt edilərək qabın yuxarı hissəsinin səliqəyə salınır. Ttək bir şey qalır- öz əl işinizdən həzz almaq.
Davamı →

Düymələrlə bəzəyin

Düymələr- dərzilik peşəsinin əvəzolunmaz tərkib hissəsi. Siz nə vaxtsa onları başqa formada istifadə etməyi düşünmüsünüzmü? Bu məqalədə, siz düymələrdən istifadə etməyin yeni üsullarını görəcəksiniz. Onları çərçivəyə, pərdəyə və hətta lampaya yapışdırın… canlandırmaq istədiyiniz istənilən bir yerə! Sadəcə ürəkli olun və yaradıcılığınızı işə salın.

Ardı →

Şərf asılqanları

Siz nə vaxtsa məhz sizə lazım olan şərfi böyük siyirtmənizdə tapa bilmədiyiniz bir şəraitlə qarşılaşmısınızmı? Və yaxud sizin dolabınız şərflərinizi asan tapa biləcəyiniz şəkildə yerləşdirməyiniz üçün çox balaca və ya çox qaranlıqdırmı? Bu 7 özün düzəldə biləcəyin formaya riayət edərək siz özünüz üçün şərflərə forma verməyə sərf etdiyiniz vaxta qənaət etmiş olacaqsınız.

Ardı →

Banka içərisində xatirələr

Şəkillərinizə şüşə bankalar içərisinə antik görünüş verin. Sizdən yalnızca ağ-qara fotoşəkil, bankanı zeytun yağı ilə (zeytun yağına daha çox üstünlük verilir) doldurmaq və içərisinə qurudulmuş güllər və ya budaqlar yerləşdirmək tələb olunur. Bu, gözəl görünür!

Ardı →

Zövqlü və qeyri-adi dibçəklər

Qışın gəlməsi ilə bir çox insan bitkiləri öz evlərində və ya istixanalarında yetişdirməyə davam edir. Bu il siz öz evinizi gözəl görünüşlü dibçəklərlə bəzəmək istəyə bilərsiniz. Bunun üçün də sıxıcı dibçəklərinizi götürün və təxəyyülünüzü işə salın! Şəkil, parça, lent və ya boyadan istifadə edərək öz modelinizi yaradın! Kreativ olun!

Ardı →

Səbətşəkilli çörək

Səbət şəklində çörək hazırlamaq üçün ilk öncə xəmir hazırlamaq lazımdır. Qarışdırma qabına un, maya, şəkər və duz əlavə edilir. 1 dəqiqə ərzində qarışdırılır. Sonra su və yumurta da qatılır, qarışdırılır. Yağ əlavə edilir. Təxminən 10 dəqiqə ərzində yumşaq bir xəmir əldə edənəcən yoğrulur.
Ardı →