Şam/ Mikayıl Müşfiq

O,alışır hər axşam

Düşünür tək,yanır tək.

Həsrətləmi yanır şam,

Göz yaşları tökərək.

Deyin neçin o laldır,

Bu dilsizlik nədəndir?

Deyin bu nə sualdır?

Hansı bir sinədəndir?

Ah!Bu şamın ürəyi

Alışdıqca hər gecə,

İnsan oğlu şam təki

Bəzən yanır gizlicə.

O gizlicə yanır ki,

Yerdən ucalsın bir az,

İnsanın dərdi var ki,

Onu açıb - ağartmaz.

 

8 şərh

emişka
Çox gözəl şeirdi.
Silen_ce
Müşfiq, səni sevirəm!!!
bahar
Mən dəəəəəəəəəəə
Silen_ce
:) o bütün sevənlərin şairidir… incə ruhlu Müşfiqim…
rdgr
Mikayıl Müşfiq menim en çox sevdiyim şairdir
mektebde oxuyarken 3-4 şerini əzbərləyib səhəri gün 9 qiyməti almışdım))))

ən çox sevdiyim şerləri «Yenə o bağ olaydı»,«Yağış yağarkən»,«Tar»
bahar
«Yenə o bağ olaydı»-mən bu şeiri emosiyalarsız oxuya bilmirəm