Yeni tikiləcək ən hündür bina harada olacaq?


Afrikanın ən ən hündür göydələni Mərakeşin ən iri şəhəri olan Kasablankada inşa olunacaq. Layihənin ilkin adı «Al-Noor Tower»dir. Ərəb dilindən tərcümədə  «Nur Qülləsi» anlamına gələn göydələnin sonradan adının dəyişdirilərək ona Mərakeşin hazırkı hakiminin şərəfinə Kral VI Məhəmmədin adı veriləcək.
ATVxəbər.az bildirir ki, layihəni Səudiyyə Ərəbistanından olan iş adamı şeyx Tarek ben Ladenəməxsus şirkət reallaşdıracaq. Göydələnin təxmini dəyəri bir milyard dollardır. Вinada yeddi ulduzlu mehmanxana, iş və ticarət mərkəzləri yerləşəcək. Tikinti işlərinə gələn ilin iyununda başlanacaq və üç il sonra, 2018-ci ilin iyununda başa çatacaq. Layihənin rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, göydələndəki 114 mərtəbə Qurandakı surələrin sayı ilə eynidir, hündürlüyü isə Afrika qitəsində yerləşən 54 ölkəni xatrıladır.
Qeyd edək ki, hazırda dünyanın ən hündür binası Dubayda yerləşir. «Burc Əl Xəlifə»nin hündürlüyü830 metrdir. 







Mənbə:http://atvxeber.az

Oxşar məqalələr

 

3 şərh

kurdamir
beatiful «səhifə böləndən» istifadə edin
beautiful
ondan istifadə qaydası necədir?
kurdamir
Yazdım Şəxsiyə