Əxlaq və din qardaşlığı

İlk öncə qeyd edək ki,bu əxlaq deyilən anlayışın mahiyyətində nələr gizlənir.Onun mahiyyətini qurdalasaq bizi hansı sehirli qüvvələr qarşılayacaq.Əslində heç bir sehirli qüvvə ilə qarşılaşmayacağıq deyənlərə qabaqcadaq demək istərdim ki,dostum,məncə sən yanılırsan.Niyə deyə sual versən mən sənə əxlaqın əslində necə böyük qüvvəyə sahib olduğunu açıqlamaq istərdim.Çünki onun mahiyyətində sadəcə insanların bir-biriləri ilə davranışlarını və bir-birilərinə bəslədikləri münasibətləri deyil,həmdə bəlkə də çoxunuza hələ də bəlli olmayan  məqamların olduğunu  qeyd etmək gərəyini özümdə hiss edirəm.Bunun üçün,gərək  əxlaq dənizinin  genologiyasına baş vurmağı bacarasan.Məsələn,bunun üçün aşağıdakıları qeyd etmək məncə daha doğrusu olardı.

Elm camiyasında əxlaqı örgənən elm sahəsi kimi,etika anlayışından istifadə olunur.Bu anlayışı ilk dəfə elm səviyyəsinə özünün “Böyük etika”,Nikomax etikası” və.s bu kimi etikaya dair yazdığı əsərləri ilə,antik yunan fəlsəfəsinin əsas “babalarından”sayılan Aristoteles qaldırıb.Özüdə onu iki elm sahəsinin,insanın iki fəaliyyət sahəsi olan siyasət və psixologiyanın(Aristotelesə görə ruh elmi) tam mərkəzinə yerləşdirmişdir.Bildiyimiz kimi,bu fəaliyyət sahələri heyvanlara deyildə(bəlkə də heyvanlarında insanlarınkına bənzər fəaliyyət sahələri vardır,amma hələki elm bunu sübut edə bilməyib və ya edib mən bu xəbərdən bixəbərəm),məhz insanların daim diqqət mərkəzində olan fəaliyyət sahələri olmuş,olur və düşünürəm ki, əgər yer kürəmiz dağılmasa olacaqda.Bir çoxları üçün əxlaqla bağlı elm sahəsinin antik filosofu tərəfindən bu səpkidə yerləşdirilməsi heç də qeyri-adi gəlməyə bilər.Amma əslində biz bu yerləşdirilməyə daha dəqiq və açıqgözlülüklə baxsaq görərik ki,əslində filosof nəyə istiqamət edir və nəyi demək istəyir.Mən,şəxsən bu yerləşdirmədən bir nəticəni hasil edə bilmişəm.Hesab edirəm ki,onun etika elmini bu yöndə yerləşdirməsinin,yalnız bir səbəbi ola bilər:Odakı əxlaqı,siyasi heyvanın,yəni insanın fikirlərinin toplusu və fikirlər toplusunun nəticəsi olaraq da fərdlərin,qrupların,kütlələrin,xalqların və millətlərin psixologiyalarının formalaşmasına səbəb olduğunu deyə bilərik.Bu fikirlər toplusunu,başqa sözlə dəyərlər,qaydalar,normalar kimi adlandırmaq da olar. Aristotelesin  siyasi heyvanının əxlaqının nəticəsi,sonradan özünü italyan siyasi xadimi Makiavelli fəlsəfəsində taparaq “siyasi əxlaqsızlıq”kimi adlandırılmışdır.Və söz yoxki,bu gün bir çox dövlətlər öz hakimiyyətlərini əldə bərk-bərk saxlamaq üçün,məhz Makiavellinin siyasi əxlaqsızlıq nəzəriyyəsinə əsaslanırlar.Makiavelli hələ ki,ən gözəl tabudur.

Əgər yenə də aydınlaşmadısa onda yenidən başlayaq.Yəni bu o deməkdir ki,bir çoxlarının özünə həqiqət hesab etdiyi kimi,əslində insanlararası münasibətləri,davranışları,etiket qaydalarını DİN nizamlamır.Tam əksinə.Bütün dinlər ideologiya olmaq etibarilə insanlararasında mövcüd münsibətlər sistemi kimi,ortaya çıxan əxlaqın əsasında qurulur.Yeri gəlsə birbalaca da irəli gedib deyə bilərik ki,hətta hüquq sistemi də əxlaqın qanun çərçivəsinə salınmış formasıdır.Axı cəmiyyət deyilən insanların toplumunda kimisə cəzalandırmaq üçün əxlaq yetərli olmurdu,daha doğrusu əxlaq vasitəsilə kimisə cəzalandırmaq düzgün hesab olunmur.Axı sən heç kimi,yalan danışdığına görə və bu yalan danışma heç kimə fiziki zərər yetirmirsə(psixoloji,mənəvi zərərə görə adətən heç kimi həbs etmirlər)həbsə ata bilmərsən.Bunu etmək üçün qanunlar var.Və bu qanunlar məhz insanların özlərinin münasibətlərindən doğan əxlaqından irəli gəlir.Və yeri gəlmişkən burda onu da qeyd edək ki,çox yaxşı bilirik ki,hər cəmiyyətin öz əxlaqı olduğu kimi,bu əxlaqa əsaslanan öz hüquq sistemləri də olur.Hansı cəmiyyətin əxlaq sistemi ciddi nizam-intizamla şərtlənirsə onların qanunları da bir o qədər öz sərtliyi ilə seçilir.Alman sərtliyi kimi,alman hüquq sistemi də sərtliyi ilə seçilir.İngilis əxlaq sistemi sərbəstliyə üstünlük verdiyinə görə də hüquq sistemində yer almış qanunları da,sivil qanunlara və insanların daha azad fəaliyyətinə səbəb olur.Mən ingilislərə daha böyük hörmət edirəm.Baxmayaraq ki,onlar daim öz mühafizəkarlıqları ilə seçilir və buna sanki and içmişlər kimi,belə görsənir ki,sadiqliklərindən əl çəkəsi də deyillər. Azərbaycan əxlaqından danışası olsaq,gərək ki,biz onda ilk öncə bu torpaqların daimi işğalçılarının əxlaqı ilə dərindən maraqlanaq.Bu torpağın insanlarının dəyişkən əxlaqı olduğunu demək olar,məncə.Qanunları isə,özlərinin özünüdərki əsasında deyil,digər millətlərin sivil qanunları əsasında formalaşdığına görə,bu toplumun insanları da,bu özünəxas olmayan dəyərləri,qanunları sanki bir ədabazlıqla,yüngülcə kənarlaşdırmaqla məşğuldurlar.Bir çox problemlərin də səbəbi məhz bundadır.

Qayıdaq yenidən insan psixologiyasına və onun nəticəsində formalaşan müxtəlif əxlaq formalarına.Göründüyü kimi,mən insanlararası münasibətləri tənzimləyən əxlaq normalarını,qaydalarını hər hansısa bir dini normalardan irəli gəldiyini yazmadım.Mən,sadəcə hesab edirəm ki,bütün əxlaq sistemləri,insan psixasında müəyyən zaman kəsiyi çərçivəsində(məsəslən bunun üçün bir neçə nəsillər torpağın altına girmişdir desəm,düşünürəm ki,özümü aldatmış hesab olunmaram)dəyərlər,qaydalar,normalar formasına düşmüşdür.Elə buradanda mən deyə bilərəm və eləcədə qətiyyətlə demək istərdim ki,istər ilk ibtidai din formaları olan,fetişizm,totemizm,animizm olsun,istərsə də səmavi dinlər kimi insanlar tərəfindən qəbul edilən yəhudilik,xristianlıq və islam olsun,onların hər biri öz yarandıqları arialın,məkanın  mövcüd əxlaq normaları çərçivəsində formalaşmışdır.Burada bir şeyi də qeyd edim ki,məncə  ibtidai din formaları olan,fetişizm,totemizm,animizm və birdə mənim bilmədiyim daha nələr-nələr  dini izmlər öz dini şəkillərini,yəni formalarını dəyişərək indi bizim qəbul etdiyimiz və ya bəzilərimizin qəbul etmədiyimiz səmavi din formalarına çevrilmişdir.Axı fəlsəfədə belə bir dəyər vardır:Forma dəyişə bilər,amma mahiyyət dəyişmir.Məsələn,animizm ruhlara inam deməkdir.Yəni animizmin Allahı-ruhdur!vər şeyin başlanğıcıdır.İndi bir sual bəs səmavi dinlərə görə Allah hansı formadadır?Bu sual ətrafında düşünmək istəmirsinizsə mən deyim:Ruh.Gördünüzmü forma dəyişdi,amma mahiyyət dəyişmədi.Bunun sübutunu istəyənlərə elə həmin dinlərin  kitablarını oxumağı və eləcədə həmin dinlərin yarandıqları məkanın psixologiyasına dair faktları araşdırmağı məsləhət bilmək məncə yetərli sayıla  və daha məqsədəuyğun ola bilər.Əxlaq və din haqda daha ətraflı məlumat üçün isə, Albert Eynşteynin “Əxlaq və din”məqaləsini sevə-sevə oxuya bilərsiz.Şəxsən mən elə etmişdim.Yox əgər bununla da kifayətlənmək istəmirsinizsə onda Fridrix Nitçşenin “Əxlaqın genologiyası”,Xeyir və Şərin o tayında”kimi əsərlərini,Sigmund Froydun əxlaqa və dinə dair yazdığı “Totem və tabu”əsərini də də vərəqləyə bilərsiz.Sual oluna bilərki,bəs axı biz İslam dininə baxsaq görərik ki,o bədəvi ərəbinin əxlaqından daha sivil formadadır.Gərək ki,mən onda bu cavabı verim:Məgər bir dini yaratmaq və onu bütün dünya insanlarına qəbul elətdirmək üçün,bu dinə müəyyən sivil qaydaları,dəyərləri,qanunları əlavə etmək çoxmu mürəkkəb bir proses?!Təbii ki,məncə yox.Ona bəzi fiziki və mənəvi azadlıqları şərtləndirən dəyərləri əlavə etmək,məncə əsas şərt.

İndi gələk əxlaqın insanlararasında əsas funksiyasına.Əxlaqın əsas funksiyası,məncə insanları bir sxemin çərçivəsinə salmaqdır.Yəni,məsələn əxlaq insanların qanına o qədər hopur ki,istər-istəməz insan etdiyi bir çox hərəkətlərində hansısa tənzimləmərə əl atmağa başlayır.Amma mən təbii ki,ən yaxşısı kimi,heç bir sxemin pəncərəsi daxilinə düşməməyin tərəfdarıyam.Yuxarıda dediyimdən,yəni əxlaqın insanın qanına hopması fikrindən heç də o fikir hasil olunmalı deyilki, əxlaq anlayışı anadan gəlmə anlayışdır.Mənim fikrimcə əxlaqda və ondan qopan dində insanlara doğulduqdan sonra,ilk öncə kiçik cəmiyyət olan ailə tərəfindən,sonra isə insanların tarixən birgə yaşayışını təmin edən cəmiyyət tərəfindən təlqin və bəzən isə məcbur belə edilir.Heç kim,körpə ikən seçim azadlığına malik olmur.Nəticədə də anadan əmdiyimiz süd kimi,əxlaqda,dində və digər neçə belə dəyərlərdə doğru olub-olmaması heç bir önəm daşımadan əvvəl anadan,atadan,sonra da ətraf mühitimiz tərəfindən tərbiyə və digər təlqin etmə yolları ilə beynimizin ən gizli qatlarına ötürülür.Tərbiyə vacib faktordur.Çox nəzəriyyələr bunun əsasında qurulub.Bunu Froyd,insanda olan “super-mən”,yəni insanın ictimai-əxlaqi görüşləri,dini,mənəvi dəyərləri və.s kimi qeyd edib.

 Onu da qeyd edim ki,nə əxlaqı,nə də ondan törəyən digər məfhumları insan öz azad seçimi ilə,yəni doğulduğu andan seçə bilmirsə,müəyyən yaşa gəldikdən sonra,yəni özünüdərk etdikdən sonra,onlardan ən azı  imtina etmək seçimi də olmalıdır.Özünüdərk etmək və səni sxem,konsturksiya,çərçivə içərisinə daxil edən hər şeyə son.Onlardan imtina,özünü azad hiss edə biləcəyin dəyərlərin yaradılması naminə.Hesab edirəm ki,ən yüksək dəyər özünüdərk etmiş azad İnsandır.

 Əgər əxlaqın və dinin bağlılığına dair nəsə bir nəsnə deyə bildimsə.

 Beyrək Behbudov.

0 şərh