Ölümün rəqsi var dostlar I Hekayə

Hər axşamın bir səhəri olduğu kimi bu axşamında səhəri mütləq gələcəkdi.Amma bu axşam və səhər əvvəlki axşam və səhərdən özünün möhtəşəmliyi ilə fərqlənəcəkdi.

O,hər gecə,hər gün adətkar olduğu işini görməsəydi özündə boşluq hiss edirdi.Onun adətkar olduğu gecə işi isə,gecələr yuxusuz qalmağın bütün özəlliklərindən lazımınca istifadə etmək idi.Bu axşam onun üçün digər axşamlardan çox,amma çox fərqli olacaqdı.Amma təbiiki o,bunu nə biləcək,nə də hiss edəcəkdi.Bu onun həyatında vaxtsız gəlmiş qonaq kimi olacaqdı.

O,həmişəki kimi yuxusuz gecələri dodaqda siqarət,sərxoş olanacan içilən içki və beyində öz gözəlliyi ilə fırlanan fikirlər,planlar,gələcəyə uzanan ümidlər,arzular və xəyallarla dolu şəklində başa vururdu.Baxmayaraq ki,o,ağlı başdan çıxaracaq dərəcədə sərxoş idi,amma bununla belə onun arzuları,xəyalları,ümidləri sərxoş olmayan insanın şüurlu şəkildə düşündüyü arzularından,xəyallarından,ümidlərindən daha maraqlı və qeyri-adi dərəcədə qəribə idi.Nə bilmək olar,bəlkə də insan sərxoş olanda belə qəribə fikirlərə qapılır.Amma onun ümid dolu gözlərinə baxan olsaydı bir daha əminliklə təsdiq edərdi ki,bəli,o,bu fikirlərə,arzulara,xəyallara,ümidlərə sahib olacaq səviyyədə ürəyə malikdir.Diyəsən,mövzudan kənara çıxmaq təhlükəsindəyəm.Amma inanınki bu qeyd olunanlar məhz onun həyatının əsas vərdiş etdiyi tərəflərdən idi.

Həmin o mudhiş gecəyə keçməzdən əvvəl,gecənin gəlməsinədək mövcüd olan gündüzü də,o gündüzü ki,o,həmdə bu son gündüzü yaşamaq məcburiyyətində idi.Adəti olaraq o,özünün daimi olmayan işi hesab edilən(axı bu iş yerinin heç bir yerdə qeydiyyatı yoxdur)qul bazarında bu son gündüzünü sərsəm halda keçirirdi.Yenə həmişəki kimi,özünün şəxsi bağ evində olan ağacları bellətmək üçün qul bazarına şəxsi maşını ilə yekə qarın bir kişi istiqamət almışdı.Bu səfərki muzdlu işçi qismində bizim “məşhur” o seçildi.Axı adətən sahibkar işçisini özü seçir.Görüləcək iş o qədər də böyük deyildi.Sadəcə bizim qarınlı sahibkarın bağ evində barmaqla sayılacaq qədər yeni əkilmiş ağacların diblərini boşaltmaq və onların dibinə su verməkdən ibarət idi.O,öz işini müvəffəqiyyətlə yerinə yetirdi.Adətən o,öz işini uğurla yerinə yetirərdi.Edilmiş uğurlu işin qarşılığında isə,aldığı pul bütün muzdlu işçiləri olduğu kimi,onu da qane etmirdi.Bu gün də verilən pul onun ürəyincə olmasa da,nə edəsən dalaşasan ki,niyə belə az?Bəlkə də,o,verilən pula sevinməli idi.Axı sahibkarın pulu verməmək şansı da var idi.Axı bizim bu sahibkar daha güclü nüfuz sahiblərindən idi.Bütün bu halları nəzərə alan o,həmişəki kimi,hər şeyi əl boyda olan ürəyinə saldı.Həmişə də belə edirdi.İnsan öz vərdişlərindən çox tezliklə əl çəkə bilmir.Bəlkə də,onun ürəyini çıxardıb baxsaydın açıq-aydın görmək olardı ki,bu ürək hər kəsin çəkə bilməyəcəyi çox əzablara və dərdlərə dözmüşdür.Bu ürək dözmüş,amma heç bir zaman şikayətlənməmişdi.Bəlkə də,bu ürək şikayətlənib sahibinə daha bir dərd vermək istəmədiyindən belə edirdi.

Bəli,o,aldığı məvacibi və işdə geyindiyi  artıq illəri adlamış cırıq-cındır formada olan paltarlarını da torbasına yığıb öz daxmasına doğru istiqamət aldı.Bəli,buna ev yox məhz daxma demək daha doğru olardı.Axı bir mənzilin ki,tavanı beş-altı yerdən yırtıq ola və qışın bütün ağırlığını özündə və onun sakinin üzündə hiss etdirə,yəqinki onda buna ev yox daxma demək daha insaflı olardı.Aha harda qalmışdıq.Hə demək o,işləyib əvəzində qəpik-quruş alaraq daxmasına doğru istiqamət aldı.Hər dəfə olduğu kimi,bu gündə o,aldığı pulla ona düşəcək dərəcədə qarnını doyuzduracaq maddi nemətlər alacaqdı.Və bəli,o,belə də etdi.Qazandığı pulla daxmasının yanlarında yerləşən bir maqazinə daxil oldu.İlk öncə maqazindəki ağız sulandıran şirniyyat məmulatlarına və digər ərzaq məhsullarına baxaraq dərindən bir ah çəkdi.Təbiiki ürəyindən almaqda keçdi.Amma harda idi,onda o qədər pul ki,ürəyinin bütün istəklərini yerinə yetirə bilsin.Həmişəki kimi,yarısını nəğd pulla,yarısını da borc dəftərinə yazmaq şərtilə heç olmasa qarnını doyuzduracaq qida tələbatlarını aldı.Aldıqları sadəcə bir çörək,onun yanında kolbasa və ən əsas da hər axşam bardağa süzülən içki butulkası idi.Daxmaya gedən yol boyu  sadəcə fikirləşirdi.Fikirləşirdi ki,görəsən mən də,nə zamansa bu gün bağında işlədiyim sahibkar kimi,əl-ayağım təmiz şəkildə pul qazana biləcəyəmmi?Məndə hər axşam bədən rahatladan duş ala biləcəyəmmi?Məndə öz təmiz alt paltarlarımı geyinib öz yumşaq divanıma uzana və rahat yuxu yata biləcəyəmmi?Lakin hər dəfə olduğu kimi,bu dəfə də,bu suallara cavab tapmadan birdə görürdü ki,aha budur artıq öz daxmasına çatıb.Bu gün digər günlərdən fərqlənmədi və o,daxmasının qapısını açıb içəri keçdi.Üstü tozlu və hər tərəfdən cırıq olan ayaqqablarını,sanki ayaqlarında ağır yük daşıyırmış kimi ayağından çıxartdı və mətbəxə üz tutdu.Əlindəki alınan ərzaqları stolun üstünə qoyub,tək otaqlı daxmanın tək divanına sarı istiqamət aldı.Hər axşam bu divanda uzananda divandan çıxan cır-cır səsi onun qulaqlarını bezdirirdi.Elə bil divanda,hər gün eyni insanı öz üzərində görməkdən bezmişdi və fəryadını cır-cır səsi çxartmaqla bildirirdi.O,da meyit kimi divana sərilən kimi(adətən o,belə uzanırdı)həmişə olduğu kimi,yenə də pis qoxulu,ucuz siqaret qutusundan bir dənəsini çıxardıb dodaqlara yerləşdirdi.İlk qulamlarını sinəyə elə dərindən çəkdi ki,el bil bütün dünyanın dərdini sinəyə çəkirdi.Adətən bir ədəd siqarəti normal insan 4-5 dəqiqəyə çəkirsə,bu hal onun timsalında daha az,bir-iki dəqiqə çəkirdi.Həddindən çox tez-tez çəkirdi.Siqareti çəkdikdən sonra bir daha mətbəxə baş çəkməyi qət etdi.Yəqin aclıq öz işini görurdü.Ya da aldığı qidanın xarab olmasındansa qarnının xarab olması məsəlini əsas götürərək qarnını doyuzdurmaq istəyirdi.Mətbəxə çatdı və aldığı kolbasanı bir boşqaba doğradı.Təbiiki aldığı çörək və içkini də yaddan çıxartmaq olmazdı.İçki butulkasının ağzını açdı və balaca içki bakalına süzdü.Həmişə içilən içkinin üstündən onun təsirini öldürmək üçün,xiyar turşusu da olurdu.Bu axşam da ənənəyə uyğun olaraq yeyilmiş kolbasa və çörəyin üstündən zəhər kimi acı olan içkidən bir bakal vurdu,turşusunu da unutmadı.Onun bədəni sağlam olduğundan  içki ona bir o qədər də təsir etmirdi.Bir butulka içkini içib rahatca öz müqəddəs divanının yerini tapar və uzanardı.Bu axşam da az hiss edilən sərxoşluğu ilə divanına doğru səmt aldı və çatan məqamda onun üzərinə elə sərildi ki,sanki göydən yerə qalın dəmir parçası düşdü.Sanki bu ağırlığı divanda hiss etdi və bu səfərki cırhacır səsi əvvəlkilərdən daha qüvvətli  eşidildi.

O,öz yerinə içki altında uzanmasına baxmayaraq,gecənin gec saatlarınadək özü ilə,ürəyinin dərinliyində öz “məni”ilə,çəkilməz həyatı ilə elə hey danışdı,danışdı,amma bundan heç bezmirdi ki,bezmirdi.Sanki o,bununla həyata və özünə qalib gəlirdi.Sanki demək istəyirdi ki,bax,ey həyat,bax,ey Tanrı,siz məni əzablara düçar etsənizdə,mən dik durmağı bacarıram.Mən hər gün,hər gecə sənə qalib gəlməyi bacarıram. O,hər gün bu hadisəni təkrarlayırdı.Elə hey fikirləşirdi.Gecənin gec saatlarında onun tənhalığına şahid isə,göydəki parlaq ulduzlar,yarımaypara,hər yerə öz şöləsi,qaranlığı öz gur işığı ilə nur kimi aydınladan Ay və daxmaya gələndən gecənin gec saatlarınadək çəkilmiş siqarətlər idi.O,bu gecə bütün gecələr kimi çox şeylər barəsində danışdı.Daha doğrusu,bu danışıqlar daim monoloq xarakterli danışıqlar formasında baş verir və bir çox həyatı,daha çox öz həyatı ilə bağlı məsələləri götür qoy etdi.Amma o,bu məsələlər işində yeganə olaraq ölüm haqqında düşünməyi vacib bilmədi.Düzdür,ölüm haqqında o,bu gecədən əvvəlki gecələrdə uzun-uzadı danışardı.Amma nədənsə bu gecə ölüm haqda danışmağı özünə məsləhət bilmədi.Bəlkədə ürəyinə danmışdı.Bəlkədə onun ürəyinə danmışdı ki,bu gecə onun son gecəsidir.Bəlkədə,yalnız bu gecə ölüm haqda danışmağın mənasız olduğunu düşündü.Yəqin düşündü ki,bu gecə mənim son gecəmdir və son gecəmi də bu haqda danışmaqla mənasız olan həyatımı daha da mənasız etməyim.”Ölüm qaşla göz arasındadır”məsəli həqiqətən doğru deyilmiş ifadədir.Bizim bədbəxt və zavallı o da,bu gecə bu məsəlin qurbanına çevrildi.O,hər gecənin bir səhəri var deyiminə bu gecədə son qoydu.Bəli,o,həyatının son gecəsini yaşadı.O,öldü.O da digər insanlar kimi,vəfat etdi.Və indi o,basdırılacaq torpağına həmişə meyit kimi sərildiyi divanına sərildiyi kimi əbədi olaraq sərilə bilər.Bütün insanlar kimi o da,ölümündən qabaq,yaşamış olduğu həyatda bir suala cavab tapa bilmədən ömrünü başa vurdu.Bu sual isə,biz bu dünyaya niyə gəldik?sualı idi.

                                                                                       Behbudov Beyrək

 

 

 

0 şərh