Məqalə

Əslinə qalsa düşüncə məfhumuna yalnız bir anlayış kimi yanaşsaq nə onun mahiyyətini,nə də onda olan sirriliyə vara bilərik.Yalnız bir anlayış kimi düşüncəyə yanşsaq yəqin ki,əldə etdiyimiz nəticə heç də bizim istədiyimiz olan məfhum olmayacaq.Axı bizə yalnız hadisə deyil,həm də mahiyyət  də lazımdır.Düşüncə məfhumuna yalnız canlı varlıq olan insanın bioloji ünsürü kimi baxmaq olmaz.O, nəinki insanın bioloji ünsürü,həmçinin onun yaşamaq üçün zəmanət kartıdır.Axı insanları düşüncəsinə görə bir-birilərindən fərqləndirirlər.Düzdür,mən də qəbul edirəm ki,müasir dünyamız insanları təkcə düşüncəsinə görə fərqləndirmir, həmçinin cəmiyyətdəki sosial statusuna görə fərqləndirir.Axı belə bir hökm yoxdur ki,hər bir kəs sırf öz düşüncəsinə görə status qazanmalıdır.Qazanılmış status  müxtəlif şəkildə özünü göstərə bilər ki,buna misal kimi də biz iqtisadi,siyasi,hüquqi,incəsənət və s. bu kimi bir çoxlarını sadalaya bilərik.

Mənim əsas istədiyim insanları statuslarına görə fərqləndirilməsi deyil.Bu,başqa bir mövzunun obyektidir.Mənim əsas istəyim R.Dekartın dediyi kimi” Mən düşünürəm- deməli mövcudam”, J.P.Sartrın dediyi kimi “ mən düşünürəm,deməli mən mövcudam” tezislərindəki düşüncənin mahiyyətinə varmaqdır.Mən heç də təsadufi olaraq bu iki şəxsiyyətin düşüncə ilə bağlı tezislərinə nəzərləri yönəltmək istəmirəm.Məsələ burasındadır ki,onların yaşam tarixləri arasında yalnız tarix fərqləri olsa da, düşüncə ilə bağlı demək olar ki, eyni mahiyyətli fikirləri söyləmişlər.Onlar hər ikisi düşüncə məfhumunun insana,yalnız doğulub,yaşayıb və ölmək üçün gələn insan deyil,yardıcı insana,düşdüyü mühitdə özünü tapıb, digərlərinə nümunə olan insana aid edirdilər.Məni bağışlayın, amma deyəsən  mən burada Dekartın və Sartrın fikirlərini keçmişlərdirdim.Yəqin buna görə məni qınamazlar.Çox kiçik zaman çərçivəsində beynimə əziyyət verib düşündüm.Məgər müasir dünyamızda fərqli düşüncəsi ilə özünü tapıb digərlərinə nümunə olan insanlar azdırmı? Əlbəttə az deyil.Lakin həmin insanların adını çəkib sizin gözlərinizə əziyyət vermək istəmirəm.Adsız da keçinə bilərik.

Yuxarıda yazdıqlarım mənim düşüncə məfhumu ilə bağlı anladıqlarımın cüzi bir hissəsidir.Bilmədiklərim isə deyəsən çox şey var.Bu qədər uzunçuluq məncə həm mənə,həm də sizə artıq olardı.Keçim əsas aydınlaşdırmaq istədiyim məsələyə.

Əvvəlcədən qeyd edim ki,bəlkə də indi yazdıqlarıma görə məni tənqiddə,təhqir də edə bilərlər.Amma bunlar mənim üçün ikinci planda duranlardır.Mənim üçün  əsas olan,önəmli olan fikirlərimin gücünün çatdığı qədərdə həqiqət bildiyimin həqiqiliyinə işıq salmaqdır.

İlk növbədə qeyd edim ki,“ Mən Nə Düşünürəm”deyərkən əsas düşündüklərim iki hissəyə parçalanır.Bunlar sərhdəli düşüncələrim və sərhədsiz düşüncələrimdir.Hesab edirəm ki,bütün insanların sərhədli düşündükləri bir-birinə eynilik baxımndan yaxınlıq təşkil edə bilir.Amma yəqinliklə əminəm ki,sərhədsiz düşündüklərimiz bütün insanlarda fərqlidir.Axı iki damılanın özü də eynilik təşkil etmir.Onlar da fərqlənir.Sərhədli düşündüklərim niyə sərhədlidir? Ona görə ki, bütün insanlar kimi mənim də( hamı bunu müxtəlif yollarla inkar etsə də)qorxu hissim var. Məhz bu qorxu hissi insanın düşündüklərinə sərhəd qoyur.Bəs sərhədsiz düşündüklərim hansıdır? Bunlar daim təfəkkürümüzdə planlaşdırdığımız arzularımız,xəyallarımız,röyalarımızdır.Bu sadalananlar həmişə yerinə yetməsə də,amma keçənlər də olur.Onların da olması romantizm deyil,həyat keçməyən realizmdir.Əslində bunlar,yəni insanın sərhədsiz düşüncələri xülya anlayışı ilə daha çox bağlıdır.Axı psixologiyadan da bildiyimiz kimi ,xülya həyata keçməyən arzular,xəyallar,istəklər və düşündüklərinizdir.

Sərhədsiz düşündüklərimiz bir çox istiqamətdə ola bilər.Amma istiqamətindən asılı olmayaraq,düşündüklərimizi dilimizə gətirmək belə,bəlkə də həmin an ölümümüzə səbəb ola bilər.

Bilirsinizmi sərhədsiz düşündüklərimiz romantizmə yaxın olsa da, amma bizim özümüz üçün həqiqət olan düşündüklərimizdir?!.Axı biz həqiqət olduğunu özümüzdə formalaşdırdıqlarımızı düşünürük.Mənim üçün həqiqət olan digəri üçün həqiqət olmaya bilər.Amma əsas insan olaraq, düşünən və fikirlərini ifadə edən canlı varlıq olaraq bizim özümüzün düşündüklərimiz bizim üçün həqiqətdir.Mən bayaq yuxarıda Jan Pol Sartrın fikrinə aforizm baxımından,sadəcə fikir olaraq yanaşmadım.Əslində o fikirdə çox böyük həqiqət yatır.Mənim üçün həmin fikirdə olan əsas həqiqət bundan ibarətdir: “ İnsan düşünürsə deməli özü üçün həqiqət olanı düşünür.O həqiqət bildiyi fikir də məs onu xoşbəxt  edən fikirdir.Yəni mənim düşündüklərim mənim üçün həqiqətdirsə və bu həqiqət mənim xoşbəxtliyimi ehtiva edirsə onda mən niyə mövcudluğumun  olmayım?”

Gördüyünüz kimi o, yəni Sartr onu xoşbəxt edən həqiqəti özündə, məhz özündə,digərlərinin həqiqət saydığı fikirdə tapmadığı üçün həm azad,həmdə çox xoşbəxt insandır.Bəs biz niyə öz həqiqət bildiklərimizi dilimizə gətirməyək? Qorxuruq? Bəli qorxuruq ki,həqiqət bildiyimiz fikri ifadə etsək, daşlarlar,üzümüzə tüpürərlər,yanımızdan keçəndə bizə kinayəli-kinayəli baxarlar,hələ hünərləri çatsa döyərlər də.Biz qorxduq.Bəs o avropalılar niyə qorxmadılar? Niyə Cordano Bruno,Qaliloe Qaliley,Benedikt Spinoza, Zigmund Freyd,Fridrix Nitsşe və s.digər mütəfəkkirlər həqiqət bildiklərini deməkdə qorxmadılar? Niyə onlar ölümün gözünə dik baxa-baxa bu yolda baş, can, ürək qoydular? Niyə onlar,o ölənlər tək yuxarıda saydıqlarım deyil,digər sahələrin insaları da həqiqət bildiklərinin həqiqiliyinə işıq salmaq istədilər? Elə onlar da digərləri kimi əlini əlinin üstünə qoyub gözləmə mövqeyində dura bilərdilər.

Gözləyərdi ki, mən niyə edirəm qoy başqası etsin, o da cəzasını çəksin.Mənə nə düşüb həqiqət bildiyim fikrə işıq salım.Yox.Onlar çoxları kimi etmədilər.Onları daxildən qızışdıran oldu.Onun həqiqiliyinə stimul verən oldu.Bu stimulu,daxili qızıdırma aparatını cəmiyyətdə kimdənsə gözləməyin.Bu sizin içinizdəki “mən”dir.Bu əsl həqiqətdir.Bunu sübut etmək üçün hər birimizin yaxşı tanıdığı,Xürrəmilər hərəkatının başçısı,bu hərəkatın peyğəmbəri səviyyəsinə qalxmış Babəkin özünə təlqin etdiyi həqiqəti misal çəkmək yerinə düşərdi.Deməli onda həqiqət formalaşdı ki,mən xilafətə qarşı mübarizə aparmalıyam və bu mübarizənin sonu hətta  ölüm olsa belə mən bunu etməliyəm.Onun üçün bir həqiqət var idi.”40il kölə olmaqdansa, bir gün azad olmaq daha yaxşıdır!”.Bu fikri bir alim deyil ,mal otaran  gənc naxırçı Babək dilinə gətirmişdir.

Mən bu yazımı genişləndirə də bilərəm.Amma istəmirəm.Bizlərdə belə bir atalar məsəli var:Arifə bir işarə də bəsdir!Məndə bu fikrə şərik çıxaraq öz yazımı burada dayandırmaq istəyirəm

Sonda sizlərdən və özümdən bir şey istəyirəm.Nəyiki həqiqət bilirik gəlin deyək.Sonra gec ola bilər.Həqiqət bildiyimizi başaqasının ağzında eşitdiyimizdə bunu mən də fikrləşmidimki kimi təəssüf hissi keçirməyək.Bunu demək istəmiriksə həqiqət bildiyimizin qulpundan yapışaq.İmkan verməyək ki, bu qulp başqalarının əlinə keçsin.Birdə  oxuyanlardan birini belə bir sual düşündürə bilər.Bəs mən nə düşünürdüm? Cavab verim ki, bayaqdan oxuduğunuz elə mənim düşündüklərimdir.

Behbudov Beyrək

 

0 şərh