Biologiya rəqəmlərdə-1

1.    Lupa əşyanı 2-25 dəfə böyüdür.
2.    Lupada 1 böyüdücü şüşə olur.
3.    Levenhukun mikroskopu 270 dəfə böyüdürdü.
4.    Müasir işıq mikroskopu  əşyanı  3600  dəfə böyüdür.
5.    Okulyarda 2 böyüdücü şüşə olur.
6.    Palıd ağacının ömrü 1000 ildir.
7.    Alma bitkisinin kökü 3-4 m dərinliyə, 15 m yanlara yayılır.
8.    Kökün əmici tellərinin uzunluğu 10 mm-dən çox olmur.
9.    Dəvətikanı bitkisinin kökü 15 m dərinliyə gedir.
10.    2 cür kök sitemi var: mil və saçaqlı.

11.    Mənşəyinə görə 3 cür kök var. (əsas, əlavə, yan)
12.    Növbəli düzülüşdə hər buğumdan 1 yarpaq(tumurcuq) çıxır.
13.    Qarşı — qarşıya düzülüşdə hər buğumdan 2 yarpaq (tumurcuq) çıxır.
14.    Topalı düzülüşdə hər buğumdan 3 və ya daha çox yarpaq (tumurcuq) çıxır.
15.    Yarpağın hər bir ağızcığını 2 qapayıcı hüceyrə əhatə edir.
16.     Darı toxumunun cücərməsi üçün onun çəkisindən 4 dəfə az su tələb olunur.
17.    Seyşel palmasının toxumunun çəkisi 10 kq, uzun-luğu 50 sm-dir.
18.    Çovdar bitkisinin toxumu 1°C, noxudun toxumu isə 2°C-də cücərir
19.    Soğanın, turpun toxumlarını 1-2 sm, noxudun, lobyanın toxumlarını isə 4-5 sm dərinliyə basdırmaq lazımdır.
20.    Xaççiçəkliler fəsiləsindən olan bilkilərin çiçəklərində 4 kasa yarpağı, 4 ləçək, 6 erkəkçik və 1 dişicik olur.

21.    Xaççiçəklilər fəsiləsinin bitkilərinin çiçəklərində erkəkciklərdən 2-si qısa, 4-ü isə uzundur.
22.    Bir yay ərzində quşəppəyi 3- 4 nəsil verir.
23.    Kələm bitkisi sutkada 1 vedrə su buxarlandınr.
24.    Gülçiçəklilər fəsiləsindən olan bitkilərin çiçəklərində 5 kasa yarpağı, 5 ləçək, çoxlu erkekcik, 1 və ya çoxlu dişicik olur.
25.    Paxlalılar fəsiləsindən olan bitkilərin çiçəklərində 5 kasa yarpağı, 5 ləçək, 10 erkəkcik və 1 dişicik olur.
26.    Noxud bitkisinin çiçəklərində erkəkciklərin 9-u bitişik, 1-i isə sərbəstdir.
27.    Paxlalılar fəsiləsinin bitkilərinin çiçəklərinde kasayarpaqlannın 5-i də bitişikdir.
28.    Paxlalılar fəsiləsinin bitkilərinin çiçəklərinde ləçəklərin 3-ü sərbəst, 2-si isə bitişikdir.
29.    Badımcançiçəklilər fəsiləsinin bitkilərinin çiçəklərində 5 kasa yarpağı, 5 ləçək, 5 erkəkcik və 1 dişicik olur.
30.    Əkmək üçün 60-80 q çəkisində kartof yumruları götürülür.

31.    Mürəkkəbçiçəklilər fəsiləsinin nümayəndələrinin səbət çiçək qrupunda 3 cür çiçək ola bilər. (boruşəkilli, qıfşəkilli, dilcikşəkilli)
32.    Mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərin çiçəkiarində 5 ləçək, 5 erkəkçik və 1 dişicik oluı
33.    Günəbaxanın səbətində 1000-ə qədər çiçək olur.
34.    Taxıllar fəsiləsindən olan bitkilərin ikicinsli çiçyj lərində 2 çiçək pulcuğu, 2 pərdəcik, 3 erkokcık və 1 dişicik olur.
35.    Çovdann hər sünbülcüyündə 2 inkişaf etmiş, 1 inkişaf etməmiş çiçək ohr
36.    Arpanın hər sünbülcüyündə I çiçək olur.
37.    Vələmirin hər sünbülcüyündə 2-3 çiçək olur.
38.    Buğdanın hər sünbülcüyündə 2-7 çiçək olur.
39.    Hər bir sünbülcüyün özünün 2 sünbülcük pulcuğu olur.
40    Zanbaq fəsiləsindən olan bitkilərin çiçəklərində 6 ləçək, 6 erkəkcik və 1 dişicik olur.

41    Xlamıdomonadanın 2 qamçısı olur.
42.     Xlamidomonadanın həm qametləri, həm də zoosporlan 2 qamçıhdır.
43.    Xlamidomonadanın cinsi çoxalması zamanı 1 ziqotdan 4 xlamidomonada əmələ gəlir.
44.    Qeyri-cinsi çoxalma zamanı xlamidomonada çox vaxt 4 yerə bölünür.
45.    Ulotriksin zoosporunda 4 qamçı olur.
46.    Ulotriksin qametləri 2 qamcıhdırlar.
47.    Ulotriksin hər bir ziqotu bölünərək 4 qamçısız spor əmələ gətirir.
48.    Ulotriksin subsrrata yapışan hüccyrəsindən başqa qalan bütün hüceyrələri çoxlu qametlər və ya 2 — 4 zoospor əmələ gətirə bilərlər.
49.    Laminariyanın gövdəciyinin uzunluğu 50 sm-dir.
50.    Hər bir dişi quş mamınnın üzərində 1 qutucuq eməl gələ bilər.
51.    Yaşıl quş mamın öz çəkisindən 4 dəfə artıq suyu çəkə bilir. (Ümumi çəkinin 4/5 hissəsi suyun payı-na düşür)

52.    Yaşıl quş mamınnın hündürlüyü maksimum 30 sm ola bilər.
53.    Sfaqnum mamm ildə maksimum 3 sm uzanır.
54.    Sfaqnum mamın çəkisindən 20-25 dəfə artıq suyu çəkə bilir.
55.    Şam ağacının ömrü 400 ildir, hündürlüyü 40 m-dir.
56.    Şam ağacının iynələri 2-3 ildən bir dəyişir.
57.    Şamm yaşılımtıl — san qozalannın hər bir pulcuğunda 2 ədəd tozcuq kisəsi inkişaf edir.
58.    Şamın qırmızımtıl qozalannın hər bir pulcuğunda 2 ədəd yumurtacıq olur.
59.    Şam ağacında ümumi saplaq üzərində 2 iynə yerləşir.
60.    Küknar ağacının iynələri ağacın üzorində maksimum 7 il qalır.

61.    Şamın hər bir tozcuğunun 2 hava qovuqcuğu olur.
62.    Şamın toxumları mayalanmadan 1,5 il sonra yetişir.
63.    Şamın qozaları toxumlar yetişəndən 6 ay sonra açılır. (mayalanma gedəndən 2 il sonra)
64.    Şam ağacı üzərində 4 cür qoza ola bilər (yaşılımtıl — sarı, qırmızımtıl, yaşıl, qonur).
65.    Küknar qozalarının uzunluğu 10-15 sm-dir.
66.    Şamın qozalarının uzunluğu minimum 4 sm-dir.
67.    Papaqlı göbələklər 2 qrupa bölünürlər. (borulu, lövhəcikli).
68.    Bakteriyalar 3 saat bilavasitə günəş şüaları altında qaldıqda məhv olurlar.
69.    Havasi dəyişilmiş otaqda bakteriyaların miqdan 13 dəfə az olur.
70.    Əlverişli şəraitdə bakteriya 20 dəqiqədən bir 2-yə bölünərək çoxalır.
71.     Bakteriyalan və onlann sporlarını məhv etmək üçün onlara 120°C temperaturlu buxarla 20 dəqiqə təsir etmək lazımdır.
72.     Şibyələr 3 formada olurlar (qazmaqşəkilli, lövhəşəkilli, kolşəkilli)

6-7-ci sinif biologiya dərsliklərindəki məlumatlardan
Mənbə Bioogiya rəqəmlərdə kitabçası
Müəllif Musa Rəhmanov

0 şərh