Biologiya rəqəmlərdə-3

1.    İnsan orqanizmində 3 cür daxili mühit mayesi (toxuma mayesi, qan, limfa) olur.
2.    İnsan orqanizmində 4 qrup toxuma vardır. (Epitel, birləşdirici, əzələ, sinir)
3.    Vəzilər 3 cür olur: daxilı sekresiya, xarici sekresiya və qarışıq.
4.    İnsan əziyyət çəkmədən 120°C temperatur fərqində (+50°C-dən 70 C — yə qədər) yaşaya bilir.
5.    1 sinir hüceyrəsinə (neyrona) təxminən 10 peyk hüceyrəsi düşur. Yəni sinir toxumasının 11 hüceyrəsindən biri neyrondur.
6.    Hər bir neyronda 2 cür (akson, dendrit) çıxıntı ola bilər.
7.    Hər bir neyronun ancaq 1 aksonu ola bilor.
8.    Aksonun uzunluğu 1 m-ə çata bilər.
9.    3 cür neyron var (duyğu, hərəki, ara)
10.    3 cür sinir var (duyğu, hərəkı, qarışıq)     
11.     Refleks qövsü 5 hissədən ibarətdir.            
12.    Onurğa beyni 4 şöbəyə bölünür: boyun, dös bel və oma.    
13.    Onurğa beynindən 31 cüt (62 ədəd) qarışıq onurğa beyni siniri çıxır. (8 cüt boyun, 12 cüt döş, 5 cüt bel, 6 cüt oma)    
14.    Hər sinirin 2 kökü olur. Deməli, onurğa beynindən 124 sinir kökü başlanğıc götürür.
15.    Baş beyin kötüyündən 12 cüt (24 ədəd) kello-beyin siniri çıxır.
16.    İnsanın mərkəzi sinir sistemindən cəmi 43 cüt (86 ədəd) sinir çıxır..
17.    Böyük yanmkürələr qabığının ümumi səthi (şırım və qınşlarla birlikdə) 3000-3750 sm'-dır.
18.    Böyük yanmkürələr qabığının ümumi səthinin 2/3 hissəsi (2000-2500 sm2) şının və qırışlarda gizlənmişdir.
19.    Böyük yanmkürələr qabığının şırım və qırışlarda gizlənməmiş hissəsinin sahəsi 1000 — 1250 sm2-dır.
20.    Böyük yaıımkürələr qabığında 14 milyarda qədor neyron vardır. (1 yarımkürədə 7 milyard).

21.    Bədəndəki bütün qanın 1/5 hissəsi (20%) bcynə lazımdır.
22.    Sümük toxumasının 2/3 hissəsi hüceyrəarası maddədən, 1/3 hissəsi isə sümük hüceyrələrindən ibarətdir.
23.    Skeletin formalaşması 22-25 yaşlannda başa çatır.
24.    Böyük adamın skeleti təqribən 220 sümükdən ibarətdir.
25.    Sümüklər bir-birləri ilə 3 cür birləşə bilirlər (hərəkətsiz, yanmhərəkətli, hərəkətli)
26.    İnsanın kəllesinin beyin şö'bəsində 6, üz şöbəsində isə 15 sümük var.
27.    Kəllə skeletində cəmi 1 hərəkətli birləşmə var: alt çənə — gicgah.
28.    Onurğa sütunu 33-34 fəqərədən təşkil olunub. (7 boyun, 12 döş, 5 bel, 5 oma vo 4-5 büzdüm)
29.    Onurğa sütunundakı fəqərələrdən 9-10-u (oma ve büzdüm) bir-birləri ilə hərəkətsiz, qalanları isə yarımhərəkətli və ya hərəkətli birləşmişiər.
30.    İnsan skeletində 12 cüt (24 ədəd) qabırğa olur.

31.    Axırıncı 2 cüt qabırğa döş sümüyünə birləşmir.
32.    İnsanın onurğa sütununda normada 4 əyrilik olur: boyun və bel qabağa, döş və oma dala.
33.    İnsan orqanizmində 3 cür əzələ olur (skelet əzələsi, ürək əzələsi, saya əzələ)
34.        İnsan orqanizmində 2 qrup skelet əzələsi var: açıcı və bükücü.
35.        Əzələlərin formalaşması 18 yaşına qədər davam edir.
36.        Orta çəkili adamm orqanizmində 5 litr qan olur.
37.        Qan plazmasının 90%-i sudur.
38.        Qan laxtası 3-8 dəqiqəyə əmələ gəlir.
39.        lmm3 qanda 5 milyona qədər eritrosit olur.
40.        Eritrositlərin ömrü 4 aya qədərdir.

41.        Dalaqda 300 ml-ə qədər qan tutulub saxlanıla bilər.
42.        İnsanlarda 4 qrup qan olur (O, A, B, AB)
43.        lmm3 qanda 6-8 min leykosit olur.
44.        İnsanda 3 cür immunitet ola bilər (anadangəlmə, qazanılmış, sün'i)
45.        Ürəyin kütləsi 250-300 q-dır.
46.        İnsan orqanizmində təqribən 150 milyard kapilyar vardır.
47.        Qanın böyük qan dövranı ilə bir dəfə dövr etməsi 20-23 saniyə çəkir.
48.        Qanın kiçik qan dövranı ilə bir dəfə dövr ctməsi 4-5 saniyə çəkin
49.        Ürək sutkada 100000 dəfə yığılır və bu zaman ondan 10 tona qədər qap gəlib kcçir.
50.        Nisbi sakitlik hahnda ürək 1 dəqiqədə 70-75 dəfə yığıhr.

51.    Ürəyin 1 dəfə yığılması 0.8 saniyə çəkir. Bu vaxl ərzində qulaqcıqlar 0,1 san işlak halında, 0,7 san isə dinclik halında, mədəciklər isə 0,3 san işlək halında, 0,5 san dinclik halında olurlar.
52.    Ürəyin ümumi boşalma fazasına 0,4 san düşür.
53.    Cavan, sağlam adamda qan təzyiqi ürəyin yığılma anında 120 mm civə sütununa, ürəyin boşalma anında isə 70 mm civə sütununa bərabərdir.
54.    Kiçik və böyük qan dövranlarından birlikdə qan 27 saniyəyə kcçir.
55.    Qanın ən böyük sürəti aortada (saniyədə 0,5 m), on kiçik sürəti isə kapilyarlardadır. (saniyədə 0,5-1,2 mm). Venalarda isə qanın sür'əti saniyədə 0,2 m-dir.
56.    Arteriya və vena damarlarının divarı 4 qatdan, kapilyarların divarı isə 1 qatdan təşkil olunmuşdur.
57.    İnsan tərpənmədən uzanarsa, 70-ci gün onun ürəyinin ölçüləri 13-18% kiçilir.
58.    Qanaxma zamanı insan 2-2,5 litr qan itirdikdə ölür.
59.    Səs telləri 1 saniyədə 80-dən 10.000 dəfəyə qədər titrəyə bilir.
60.    Sol ağciyər 2 paydan, sağ ağciyər ısə 3 paydan təşkil olunmuşdur.

61.    Ağciyərin hər birində 300-350 milyon agciyər qovuqcuğu vardır. (cəmi 600-700 milyon)
62.    Ağciyər qovuqcuqlannın ümumi sahəsi 100 m-dir.
63.    Yaşlı adam nisbi sakitlik halında 1 dəqiqədə 16 tənəffüs hərəkəti edir.
64.    Bir tənəffüs hərəkətinə 3,75 san vaxt sərf ohınıır.
65    Havasız otaqda insan 1 dəqiqədə ən azı 32 tənəffüs hərəkəti edir.
66    Yaşlı adam sakit nəfəs aldıqda onun ağciyərlərinə 500 sm3 hava daxil olur və nəfəs verdikdə bir o qədər hava çıxır.
67.    Udulan və buraxılan havanın tərkibində 79% (395 sm3) azot olur.
68.    Udulan havada 21% (105 sm3), buraxılan havada isə 16% (80 sm3) oksigen olur:
69.    Ağcıyərlərə daxil olmuş havanın 5%-i (25 sm3) qana keçir.
70. Udulan havada 0,03% (0,15 sm3), buraxılan havada isə 4% (20 sm3) karbon qazı olur.

71. Adam ən dərin nəfər aldıqdan sonra nəfəs verdikdə xaric etdiyi havanın həcmi 3500 sm3 -dən çox olmur. Bu ağciyərlərin həyat tutumudur.
72. Süni «tənəffüs» zamanı zərərçəkmiş adamın döş sümüyünü 1 dəqiqədə 70-90 dəfə basmaqla 16 dəfə ağzına üfürmək lazımdır.
73.        Həzm kanalından kənarda 3 cüt (6 ədəd) ağız suyu vəzisi var.
74.        Radiohəbin diamctri 8 mm. uzunluğu isə 15 rnrn-dır.
75.        Yaşlı adamın ağzında 32 dış olur. (8 kəsici, 4 köpək, 8 kiçik azı və 12 iri azı dışləri)
76.        6aylıq uşaqda süd dişlərı çıxır.
77.        İri azı dişlərindən 4-ü ağıl dişləri adlanır və 20-22 yaşlarında çıxır. (20-22 yaşa qədər ağızda 28 diş olur)
78.        Bütün ömür boyu insanın ağzında 52 diş çıxır. (İri azı dişləri əvəz olunmurlar).
79.        Ağız suyu vəziləri bir sutkada 0,5 litrdən 2 litrə qədər ağız suyu hazırlayır.
80.        Yaşlı adamda mədənin həcmi 1,5 litrdir.

81.        Mədənin divarında saya əzələ 3 qatdan ibarətdir.
82.        Mədə şirəsi 38-39°C-də daha yaxşı təsir göstərir.
83.        Mədənin qida ilə dolduğunu bildirən doyma siqnalları baş beynə təqribən 20 dəqiqə gec çatır.
84.        Gündə 4 dəfə ycmək daha yaxşıdır.
85.        Gündəlik qida normasının 25%-ni səhər, 50%-ni naharda, 15%-ni günorta və 10%-ni axşam yemək lazımdır.
86.        Qida mə'dədə 4-8 saat qalır.
87.        Nazik bağırsağın uzunluğu 6,5-7 m-dir.
88.        Nazik bağırsağın lsm2-də 2500 xov olur.
89.        Zəhərli maddənin 95%-ə qədəri qaraciyərdə zərərsizləşdirilir.
90.    Qida qalıqlan yoğun bağırsaqdan 12 saata kcçir.

91.    Normada qlükozanın qanda miqdan 0,10-0,12% olur.
92.    İnsan bədəninin 2/3 hissəsinə qədərini su təşkil edir.
93.    İnsan sutkada 2-3 mq 50-78 mq C və 1 mq A vitamini qəbul etməlidir.
94.    Bişmiş yerkökündə A vitamininin miqdan çiy yerkökünə nisbətən 50% az olur (1/2 hissəsi itir)
95.    Ət bişəndə B qrupundan olan vitaminlərin 15-60%-i itir.
96.    Bitki mənşəli yeyinti məhsullan bişəndə B qrupu vitaminlərinin 1/5 hissəsi (20%-i) itir.
97.    Sutka ərzində, oturaq həyat tərzi keçirən və heç bir əmək növü ilə məşğul olmayan insana 10500 kC (2500 kkal) enerji lazımdır.
98.    Sutkada insan cəmi 565 — 569 q üzvi maddə qəbul etməlidir.
99.    Sutkada hər adama 85 q zülal (bunun 48 qramı heyvani, 37 qramı isə bitki zülalı olmalıdır), 100-104 q yağ (bunun 70-74q heyvani, 30 q isə bitki yağı olmahdır) və 380 q karbohidrat lazımdır.
100.    Dərinin ümumi sahəsi 2 m2-dir.

101.    Dəri 3 qatdan təşkil olunub (epidermis, derma, dərialtı pıy)
102.    İnsanın normal bədən temperaturu 36,6°C-dir.
103.    İnsanın dərisindo 2 milyondan çox tər vəzisi vardır ki, bunlar da sutkada 12 litrə qədər tər ifraz edə bilərlər.
104.    Pinti adamın dərisinin 1 sm3 səthindo 40 min mikrob ola bilər.
105.    İnsanın gündə 100-ə qədər tükü tökülür və bir o qədər də çıxır.
106.    Başın tükü ildə 15 sm uzanır. (Ayda 1,25 sm, həftədə toqribon 0,3cm)
107.    Dırnaqlar həftədə 0,5 mm uzanır (Ayda 2,2 mm, ildə təqribən 26 mm)
108.    Əlin dırnaqları ayaq dırnaqlarından 2 dəfə tez uzanır.
109.    Bir böyrəyin kütləsi 150 q-dır.
110.    İki böyrəyin birlikdə süzücü səthi 5-6 m^-dir.

111.    Bir dəoqiqədə bədəndəki qanın 1/5 hissəsi (20%-i) böyrəklərdən keçir. (Yə'ni dəqiqədə hər iki böyrəkdən birlikdə llitr, hər bir böyrəkdə isə ayrılıqda 0,5 litr — bütün qanın 1/10 hissəsi keçir)
112.    Sutkada yaşlı adamda 1,5 litr sidik əmələ gəlir.
113.    Sidik kisəsinin həcmi 200-300 sm3 -dir.
114.    Sutkada sidik kisəsi təqribən 5 dəfə dolub-boşalır.
115.    Sidiyin xaric edilməsi 2-3 yaşından sonra insanın iradəsinə tabe olur.
116.    1 sm3 spermada 60 ədəddən 20 milyona qədər spermatozoid olur.
117.    Yeni doğulmuş qızın hər bir yumurtahğında 400000 yetişməmiş cinsıyyət hüceyrəsi olur. (İki yumurtalıqda 800000. Bunlardan ancaq 350-500-ü yetişir).
118.    Aybaşı tsikli 3 fazadan ibarətdir: I aybaşı fazası, II aybaşından sonrakı faza, III sarı cisim fazası.
119.    Aybaşı tsikli normada 28 gün çəkir.
120.    Normal aybaşı tsiklinin 14-cü günü ovulyasiya baş verir.

121.    Aybaşı tsiklinin minimal müddəti 20 gün, maksimal müddəti iso 30 gündür.
122 Yumurtahüceyrə 7 gün uşaqlıq borusu ilə uşaqlığa doğru irəliləyir.
123.    Yumurtahüceyrənin mayalanması baş tutmadıqda sarı cisim ovulyasiyadan 13-14 gün sonra hormon buraxmağı dayandırır.
124.    Yumurtahüceyrə uşaqlıq borusunda mayalandıqdan sonra 6-7 gün sərbəst qahr. (4-5 gün uşaqhq borusunda, 2 gün uşaqhqda).
125.    Bətndaxili inkişafın rüşeym dövrü 2 ay çəkir.
125. Bətndaxili inkişafın 2-ci ayının axırında cift əmələ gəlir.
127.    Bətndaxili inkişafın döl dövrü 7 ay çəkir.
128.    Hamiləliyin 4-cü ayından başlayaraq cift daxili sekresiya vəzisi rolunu oynamağa başlayır.
129.Bətndaxili inkişafin birincı ayının axınnda rüşeymin başı bədənin uzunluğunun 1/3-ni təşkil edir, gözlərin ycri bilinir
130.Bətndaxili inkişafın 2-ci aymda (7-ci həftədə) barmaqları seçmək olur.

131.    2aydan sonra rüşeymin uzunluğu 3sm olur.
132.Bətndaxili inkişafın 3-cü ayında bütün orqanlar formalaşır vo uşağın cinsiyyətini tə'yin etmək mümkündür.
133.4-5aylıqda dölün ürək döyüntüləri cşidilir. (Dölün ürək döyüntüləri ananınkından 2 dəfə çoxdur).
134.Hamiləlik 270-280 gün (9 ay) çəkir.
135.Doğuşdan 15-20 dəqiqə sonra cift uşaqlıqdan qopur
136.Uşağı 5 aylığına odər ancaq ana südü ilə bəsləmək olar.
137.Rüşeymdən sonrakı inkişafın 5 dövrü vardır (yeni doğulma, südəmər, yasli, məktəbəqədər, məktəb)
138.1-ci ay yeni doğulma dövrü, 2-cü aydan 1 ilə qədər (11 ay) südəmər dövrü, 1 yaşdan 3 yaşa qədər (2 il) yasli dövrü, 3 yaşmdan 6 yaşa qədər (3 il) məktəbəqodər dövr və 6 yaşından 17-18 yaşına qədər məktəb dövrü sayılır
139.Ycni doğulmuş uşaqda başın bədənə nisbəti 1:4 (1/5-i baş, 4/5-ü bədən), yaşlı adamda isə 1:8 (1/9 baş, 8/9 bədən) kimidir.
140.    Cift 6 ay daxili sekresiya vəzisi rolunu oynayır.

141.    İstənilən analizator 3 hissədən ibarətdir.
142.    Gözün torlu qişasında 2 cür (çöplər, kolbacıqlar) reseptor olur.
143.    Havanın 30 milyardda 1 hissəsində iyli maddə olarsa, biz bu iyi duyuruq.
144.    Təbil pərdəsi H atomundan 10 dəfə kiçik ölçüdə yerini dəyişdikdə eşitmə reseptorlan beyinə siqnallar göndərir.
145.    Hər bir orta qulaqda 3 sümük olur.
146.    Hər bir daxili qulaqda 1 ilbiz, 2 torbacıq və 3 yanmdairəvi kanal olur.
147.    Dildə 3 cür dad məməciyi olur (novşəkilli, göbələyəbənzər, taktil)
148.    İnsan qidanın dadını 15-35°C-də daha yaxşı duyur.
149.    Seçenova görə baş beyin reflekslərinin 3 mərhələsi var (I-duyğu orqanları, II — mərkəzi sinir sistemi, III-iş orqanlan)
150.    Yaddaşın 4 növü vardır. (hərəkət yaddaşı, obrazlı yaddaş, emosional yaddaş, söz yaddaşı)

151.    Yaddaş 25 yaşına qədər çox inkişaf edir, 50 yaşına qədər qalır.
152.    Yuxu 4-5 tsikldən ibarətdir.
153.    Hər tsikl 2 fazadan (ləng yuxu, tez yuxu) ibatərdir. Deməli, bir gccə yuxusunda 8-10 faza bir-birini əvəz edir.
154.    Ləng yuxu 1-1,5 saat, tez yuxu isə 10-15dəqiqə davam edir.
155.    Axırıncı tsiklin tez yuxu fazası 25-30 dəqiqə çəkir.
156.    14-15 yaşlı yeniyetmə sutkada 8 saat, yaşlı adam isə 7 saat yatmalıdır.
157.    Mədəyə düşmüş alkoqol 2 dəqiqədən sonra qana sorulur.
158.    İnsanın hər bir əmək fəaliyyətinin 2 komponenti var (mexaniki, psixi)
159.    Ağır fiziki iş zamanı sutkada 19942 kC enerji serf olunur.
160.    Ağır fiziki iş zamanı ürək deqiqədə 130-150 dəfə vurur, oksigen 2-4 dəfə artıq serf olunur, bədəndəki əzələlərin 2/3-si işləyir.
161.    Mexanikləşdirilmiş əməklə məşğul olan zaman sutkada 15086 kC enerji sərf olunur, ürək dəqiqədə 90 dəfə vurur.
162.    Zehni əmək zamanı sutkada 13474 kC enerji sərf olunur.
163.    Hər bir adamda sutka ərzində nəcislə 10 q -a qədər mikrob çıxır.
164.    Təmiz dəri üzərində 20 dəqiqədən sonra bütün xəstəliktörədən mikroblar ölür.
165.    Çirkli dəri üzərində 20 dəqiqədən sonra xəstəlik-törədən mikroblann ancaq 15%-i ölür.

9-cu sinif biologiya dərsliklərindəki məlumatlardan
Mənbə Bioogiya rəqəmlərdə kitabçası
Müəllif Musa Rəhmanov

0 şərh