Biologiya rəqəmlərdə-4

1.    Darvinə görə təkamülün 3 əsas hərəkətverici qüvvəsi var (Təbii seçmə, yaşamaq uğrunda mübarizə, irsi dəyişkənlik)
2.    Qızıl səbt (mürəkkəbçiçəklilər) bitkisinin çiçək qrupunda kənar dilcikşəkilli çiçəklərin sayı 5-dən 8-ə qədər dəyişir.
3.    Meşə əsməsi (qaymaqçiçəklilor) bitkisinin çiçək qrupunda  ləçəklərin sayı 6-dan 8-ə qədər doyişir.
4    Dişi askarid sutkada 200 min yumurta qoyur
5    Boz siçovul ildə 5 nəsil, hər nəsildə orta hesabla 8 bala verir.
6.    Yaşamaq uğrunda mübarizənin 3 forması var (növdaxili, növlərarası, qeyri-əlverişli mühit şəraiti ilə)
7.    Darvindən sonra təkamülün 2 yeni amili kəşf edilmişdir. (həyat dalğalan, izolyasiyalar və ya təcridolunma)
8.    Tikanlı balıq yuvaya 120-150 kürü qoyur.
9.    Treska 4 milyona qədər kürü qoyur.
10.    Mikrotəkamül (növəmələgəlmə) 2 yolla gedə bilər (coğrafı, ekoloji)
11.    Arıquşu cinsınin 5 növü var: iri arıquşu, abıca, kəkilli arıquşu, qaiçka, qara arıquşu.
12.    Böyük arıquşu növü hal-hazırda 3 yarımnövə ayrılır-Avroasiya,Cənubi Asiya və Şərqi Asiya
13.    Darvin    Qalapaqos    adalarında    birəbitdən quşlarının 3 cinsini və 10 növünü qeyd etmişdir.
14.    Üzvi aləmin təkamülünün 2 istiqaməti var: bıoloji tərəqqi və bioloji tənəzzül.
15.    Tərəqqinin 3 yolu var: aramorfoz, idiodaptasiya və ümumi degenerasiya.
16.    Həyat 3,5 milyard il bundan əvvəl okeanda yaranmışdır.
17.    Canlılar təqribən 430 milyon il bundan əvvol quruya çıxmışlar
18.    İnsanda 90-dan artıq rudiment vardır.
19.    1 aylıq insan rüşeyminin beyni balıq beyninə oxşayır.
20.    İnsanabənzər meymunlarda 12-13 cüt qabırğa, 5-6 oma fəqərəsi olur.

21.    Şimpanze, qorilla və oranqutanda insanda olduğu kimi 4 qan qrupu var.
22.    İnsanın beyninin həcmi 1400-1600 sm3 -dir.
23.    İnsanabənzər meymunun beyninin həcmi 600 sm3-dir.
24.    Oranqutanda 12 cüt qabırğa olur.
25.    Antropogenezin (insan təkamülünün) 4 sosial amili var (əmək, ictimai həyat, şüur, nitq)
26.    Avstralopiteklər (insanabenzər meymunlar) 5 milyon il bundan əvvəl yaşamışlar.
27.    İnsanın formalaşmasmın 3 mərhələsi mövcuddur (ən qədim insanlar, qədim insanlar, ilk müasirninsanlar)
28.Pitekantropun boyu 170 sm,beyninin həcmi 900-1100 sm3 — dir.
29. Sinantropun (ən qədim insan) beyninin həcmi 850-1220 sm3 -dir.
30.Neandertalın (qədim insanın) boyu 155-158 sm, beyninin həcmi 1400 sm3 — dir.

31.Son neandertallar 28 mln. il bundaı qabaq yaşamıslar.
32.    Kromanyonun (ilk müasir insanlar) boyu 180 sm, beyninin həcmi 1600 sm3-dur.
33.    Kromanyonlar 30-40 min il bundan qabaq meydana çıxmışlar.
34.    Müasir dünyada 1 insan növü var.
35.    Bütün insanlar 30-a qədər kiçik irqlərə böiünürlər.
31 Hər bir canlıya 3 cür amil təsir göstərir (abiotik,biotik, antropogen)
37. Günəş şüalan 3 spektrə bölünür (ultrabənövşəyi,görünən, infraqırmızı)
38.    Ultrabənövşəyi şüalann dalğa uzunluğu 0,400 mkm-dən azdır.
39.    Görünən şüalann dalğa uzunluğu 0,400-dən 0,750 mkm-yə qədərdir.
40.    İnfraqırmızı şüalann dalğa uzunluğu 0,750 mkm-dən çoxdur.
41.    Cəld kərtənkələ populyasiyası 0,1 ha-dan bir neçə hektara qədər sahəni tutur.
42.    Su siçovulu populyasiyası 1ha-dan on hektarlara sahəni turur.
43.    Şimal maralı populyasiya 100 km2- dən (10000 ha) çox sahəni rntur
44.    Hər bir biogeosenozu təşkil edən canlılar 3 başlıca qrupa bölünürlər: produsentlər, konsumentlər, redusentlər.
45.    Biogeosenozda baş verən prosesləri xarakterizə etmək üçün 3 göstərici vacibdir (növ müxtəlifliyi, populyasiyalarm sıxlığı, biokütlə)
46.    Bitkinin yaşıl yarpaqları üzərinə düşən günəş enerjisinin ancaq 1%-i istifadə olunur.
47.    Qida enerjisinin yalnız 5-20%-i heyvan bədəninin yeni əmələ gəlmiş maddəsinə keçir.
48.    Qida zənciri 3-5 halqadan artıq olmur.
49.    Qırmızı kitaba 4 kateqoriyadan olan növlərin adı salınır. (Nəsli kəsilməkdə olan, nadir növlər, azalan növlər, qeyri-müəyyən növlər).
50.    1 ha palıdlıqda yaşıl yarpaqların ümumi sahəsi 4-6 ha-a çatır.

51.    Palıdlığın yerüstü hissəsinin illik artımı 1 ha-dan 5-6 t, yeraltı hissəsinin isə 3-4 t-dur (cəmi 8-10 t)
52.    Bitkilərin yerüstü hissələrinin ümumi illik artımının 3-4 tonu təbii surətdə ölür.
53.    Hidrosfer (dünya okeanı) Yer sathinin 70.8%-ni təşkil edir.
54.    Dünya okeanının orta dərinliyi 3,8-km, ən dərin yerləri isə 11,034 km-dir.
55.    Atmosferin hündürlüyü (Yer səthindən başlayaraq) 100 km-dir ki, bunun da aşağı 15 km-i troposfer, 15 km-dən 25 km-ə qədər ozon təbəqəsi, qalan 75 km-i isə stratosfer adlanır.
56. Bir filin həyatı üçün zəruri olan sahə 30km, bal arısı üçün 200 m, ot bitkisi üçün 30 sm, sugülü və xlorella üçvn öz ölçüləri qədərdir.
57.    Biokütlə biosfer kütləsinin 0,01%-ni təşkil edir.
58.    Yer biokütləsinin ümumi çəkisi 2,423.1012 t-dur ki, bunun da 97%-i yaşıl bitkilərin, 3%-i isə heyvan və mikroorqanizmlərin payına düşür.
59.    Gilli torpağın 1 hektarında 1,2 ton soxulcan yaşayır.
60.    Planetdə gedən fotosintez prosesinin 1/3 hissəsi suda gedir.

61.    Güneş enerjisindən istifadə okean səthində 0,04%, quruda isə 0,1 %-dir.
62.    Bütün hüceyrələr 2 qrupa bölünürlər: prokariotlar, eukariotlar.
63.    Hüceyrə qılafı 2 qatdan ibarətdir. (Daxili qat -hüceyrə membranı, xarici qat — hüceyrə divarı və ya qlikokaliks).
64     Membranın 1 qatındalipid molekulları 2 cərgədə yerləşirlər.
65.    Hüceyrənin, endoplazmatik şəbəkənin, holci aparatının, lizosomun membranı 1 qatdan ibarətdir
66.    Mitoxondrinin, xloroplastın, nüvənin membranı 2 qatdan ibarətdir.
67.    Ribosom 2 hissədən ibarətdir. (Böyük və kiçik).
68.    Hüceyrədə 4 cür hərəkət orqanoidi ola bilər. (Daimi — qamçı, kirpikcik, müvəqqəti — yalancı ayaqlar, xüsusiləşmiş — miofıbrillər).
69.    İnfuzor — tərliyin üzərində 15000 kirpikcik olur.
70.    Miofıbrilin uzunluğu 1 sm-dən cox olur.

71.    Prokariot hüceyrədə 1 xromosom olur.
72.    4 element hüceyrenin 98%-ni təşkil edir (oksigen, hidrogen, karbon, azot)
73.    8 element hüceyrənin 1,9%-ni teşkil edir (kükürd, fosfor, xlor, kalium, maqnezium, natrium, kalsium, dəmir)
74.    Üzvi zülalların tərkibi 20 müxtəlif amin turşusundan təşkil olunub.
75.    Zülalın — tərkibində olan hər bir amin turşusu halqasının ölçüsü 0,36-0,37 nın-dir.
76.    Sərbəst amin turşusunun molekul kütləsi 128-dir.
77.    Zülal zəncirinə birləşmiş amin turşusunun kütləsi 110-dur. (zencirin hər 2 uçunda olan amin tursu-larından başqa)
78.    Zülal zəncirinə qoşulmuş 1 amin turşusunun kütləsi 111, axırıncı amin turşusunun kütləsi isə 127-dir.
79.    lq zülalın tam parçalanması zamanı 17,6 kC enerji aynlır.
80.    Qaraciyər və əzələ hüceyrələrində karbohidratlar quru maddə kütləsinin 5%-ni, qalan heyvani hüceyrələrdə isə 1%-ni təşkil edir.
81.    Qurudulmuş yarpaqlarda, toxumlarda, meyvələrdə, kartof yumrulannda karbohidratlar 70% təşkil edir.
82.    lq karbohidratın parçalanması zamanı 17,6 kC enerji aynhr.
83.    Hüceyrələrin quru maddəsinin orta hesabla 5-10%-i yağların payma düşür.
84.    Dərialtı piy qatında, döş vəzilərindo və piyliklərdə quru maddənin 90%-i yağların payına düşür.
85.    1 kq yağın oksidləşməsi zamanı 1,1 kq su aynlır.
86.    Dəvə 10-12 gün su içmədon keçinə bilər.
87.    lq yağ parçalanarkən 35,2 kC enerji ayrilır.
88.    DNT spiralının eni l nm-dir.
89.    Hər bir nukleotid 3 hissədən ibarətdir. (Azot əsası, karbohidrat, fosfor turşusu).
90.    Adeninlə timin arasında 2, sitozinlə quanin arasında 3 hidrogen rabitəsi əmələ gəlir.

91. m-RNT-nin ölçüsü n-RNT-nin ölçüsündən 10 dəfə böyükdür.
 92. Hüceyrədə zülal molekulunun yaşama müddəti 2-3 saatdan bir necə günə qədərdir.
93.    1 mol ATF ADF-ə qədər parçalanarkən 40 kC enerji ayrılır.
94.    ATF nukleotidində 3 mol fosfor turşusu qalığı olur.
95.    ATF-də 2, ADF-də 1 makroerqik əlaqə var.
96.    Hüceyrede geden mübadilə prosesləri 2 yerə bölünür: plastik mübadilə və energetik mübadilə.
97.    Əzələdəki ATF ehtiyatı əzələnin 20-30 dəfə yığılıb açılmasına çatar.
98.    Qlikoliz prosesində 1 mol qlükozanın parçalanması zamanı 2 mol süd turşusu, 2 mol ATF və 2 mol su əmələ gəlir. Bu zaman 2 mol ADF və 2 mol fosfor turşusu sərf olunur.
99.    Qlikoliz prosesinin neticəsində cəmi 200 kC/mol enerji əmələ gəlir. Bunun 60%-i (120 kC) istilik hahnda yayılır, 40%-i isə (80 kC) ATF enerjisi şəklində toplanır. (Əmələ gəlmiş 2 mol ATF-in hər birində 40 kC)
100.    1 mol qlükoza oksigenli parçalanmaya məruz qalarkən, membranın ferment kanalından 24 hidrogen atomu keçir.
101.    Oksigenili parçalanma zamanı 2 mol süd turşusu (lmol qlükoza), 36 mol ADF, 36 mol fosfor turşusu və 6 mol oksigen sərf olunur və bu zaman 36 mol ATF, 6 mol karbon qazı və 42 mol su əmələ gəlir.
102.    Oksigenli parçalanma zamanı 2600 kC enerji əmələ gəlir ki, bunun da təqribən 45%-i (1170 kC) istilik halında yayılır, 55%-i isə (1430 kC) ATF enerjisi şəklində toplanır.
103.    Qlükozanın tam parçalanması zamanı (qlikoliz vo oksigenli parçalanma birlikdə) 1 mol qlükoza, 6 mol 02, 38 mol ADF və 38 mol fosfor turşusu istifadə olunur.
104.    Qlükozanın tam parçalanması zamanı cəmi 2800 kC enerji alınır ki, bunun da 1290 kC-u yayılır, 1510 kC-u isə toplanır.
105.    1 amin turşusunu 3 ardıcıl nukleotid (1 triplet) kodlaşdınr.
106.    3 triplet (UAA, UAQ və UQA) heç bir amin turşusunu kodlaşdırmayıb, bir. zülal zəncirinin qurtanb digərinin başlamasını xəbər verir.
107.    Hər bir hüceyrədə minimum 20 müxtəlif cür n-RNT-si olur.
108.    Ribosomun funksional mərkəzində eyni vaxtda nukleotid (3 triplet) ola bilər.
109.    Bir amin turşusunun zülal zəncirinə birləşməsi 1/5-1/6 saniyə (0,2 san) çəkir.
110.    Fotosintez prosesində 6 mol karbon qazı və 6 mol sudan istifado olunur və nəticədə 6 mol oksigen əmələ gəlir. Oksigen sərbəst surətdə ətrafa yayıhr.

111.    Fotosintezin qaranlıq fazasında 6 mol karbon qazı və 24 atom hidrogen sərf olunur vo l mol qlükoza və 6 mol su əmələ gəlir.
112.    Fotosintezin işıq mərhələsində 1 mol O2 -nin əmələ gəlməsi üçün 2 mol H20 parçalanmahdır.
113.    Fotosintez zamanı 1 saat orzində 1 m3 yarpaq sahəsində lq üzvi maddə əməlo gəlir.
114.    Hüceyrənin mitoz bölünməsinin 4 mərhələsi var. (profaza, metafaza, anafaza, telofaza)
115.    Mitoz prosesi 1-2 saat çəkir.
116.    İnsanın xromosomlarının diploid sayı 46, haploid sayı isə 23-dür.
117.    Cinsiyyət hüceyrələrinin inkişafı 3 zonada gedir. (Çoxalma, böyümə, yetişmo).
118.    Erkək cinsiyyət vəzilərində yetişmə zonasında 1 başlanğıc hüceyrədən 4 hüccyrə və ya 4 qamet
əmələ gəlir.
119.    Dişi cinsiyyət vəzilərində yetişmə zonasında 1 başlanğıc hüceyrədən 4 hüceyrə və ya 1 qamet əmələ gəlir.
120.    Meyoz prosesi bir-birini əvəz edən 2 ardıcıl bölünmədən ibarətdir.
121.    Ziqot əvvəlcə 2 dəfə uzununa bölündükdən sonra eninə və uzununa bölünmələr bir-birini əvəz edir.

122.    Postembrional inkişafın 2 forması var: düzünə və dolayı.
123. Oparin nəzəriyyəsinə görə Yer üzərində həyatın əmələ gəlməsinin 3 mərhələsi olmuşdur (1-üzvı molekulların abiogen sintezi, 2- qatılaşma, koaservatlann əmələ gəlməsi, 3-özunü törədə bilən molekulların yaranması)
124. Mendelin birinci qanununa görə, ikı heteroziqot fərdin monohibrid çarpazlaşdırılması zamanı fenotipə görə 3:l-e nisbətində parçalanma alınır. Yə'ni bütün alınan nəslin 3/4 hissəsi (75%-i) dominant əlamətli, 1/4 hissəsi (25%-i) ise resesşiv əlamətli olur.
125.    İki heteroziqot fərdin monohibrid çarpazlaşdırılması zamanı alınmış nəslin 1/4 hissəsi dominant homoziqot, 1/4 hissəsi resessiv homoziqot, 2/4 hıssəsi, 50%-i isə heteroziqot olur. (Dominant əlamətli fərdlərin 1/3-i homoziqot, 2/3-si isə heteroziqot olur)
126.    Monohibrid çarpazlaşdırmada heteroziqot hibrid formalar aralıq xarakter daşıdığı zaman 1:2:1 nisbətində parçalanma alınır. (1/4 hissə dominant, 1/4 hissə resessiv, 2/4 hisse aralıq xarakterli heteroziqotlar)
127.    Mendelin ikinci qanununa görə iki diheteroziqot fərdin dihibnd çarpazlaşdırması zamanı fenotipə
nöra 9-3:3:1 nisbətində parçalanma ahnır.
128.    Dihibrid çarpazlaşdırma zamanı sarı noxudların yaşıl noxudlara, hamar noxudların qırışıq noxudlara nisbəti 12:4 (3:1) olur.
129.    Drozofıl milçəyi 25-26°C-də hər 10-15 gündən bir nəsil verir.
130.    Əgər dihibrid çarpaqlaşdırma zamanı əlamət-lərdən biri tam, digər isə natamam dominant olarsa, onda 2 diheteroziqot fərdin çarpazlaşdırılması zamanı 6 müxtəlif feonotip alınar. (6:3:3:2:1:1 nisbətində).
131.  Əgər dihibrid çarpazlaşdırma zamanı hər iki əlamətə görə natamam dominantlıq mövcuddursa, onda 2 diheteroziqot fərdin çarpazlaşdırılmasından 9 müxtəlif fenotip alınar. (4:2:2:2:2:1:1:1:1 nisbətində)
132.    Drozofıl milçəyində xromosomların diploid sayı 8-dir.
133.    İlişikli irsilik hadisəsi zamanı (Morqan qanunu) xromosom çarpazlaşması olmazsa, istənilən sayda əlamətə görə fərqlənən iki heteroziqot fərdin çarpazlaşmasmdan 2 fenotip və 3 genotip alınar.
134.    İnsanın xromosom dəsti 22 cüt autosom vo 1 cüt cinsi xromosomlardan təşkil olunmuşdur.
135.  İnsan irsiyyətinin öyrənilməsinin 4 metodu var
136.    Buğda sünbülündə sünbülcüklərin sayı 14-dən 20-yə qədər dəyişir.
137.    Müasir təsəvvürlərə görə təbii scçmənin 2 forması var. (hərəkətverici, stabilləşdirici)
138.    Daun xəstəliyi zamanı antosom xromosomlannın sayı l ədəd artıq olur.
139.    Vavilov mədəni bitiklərin 7 əsas mərkəzini göstermişdir.
140.    Cənubi Asiya tropik mərkəzi mədəni bitiklərin təqribən 50%-nin vətəni sayılır.

141.    Şerqi Asiya mərkəzi mədəni bitkilərdən 20%-nin veteni sayılır.
142.    Cənubi-Qərbi Asiya mərkəzi  14% mədəni bitkinin vətənidir.
143.    Aralıq dənizi mərkəzi 11% mədəni bitkinin vetənidir.
144.    Mərkəzi Amerika mərkəzi 90 mədəni bitkinin vətənidir.
145.    Həm kələmin, hom də turpun xromosomlannın diploid sayı 18-dir.
146.    Həbəşistan mərkəzi 2 hissədən ibarətdir.
147.    And mərkəzi 3 hissədən ibarətdir.
148.    Bitki seleksiyasında seçmənin 2 metodu: (kütləvi və fərdi) var.
149.    Çovdarn xromosomlarının diploid sayı 14,yumşaq buğdada isə 42-dir.
150.   Heyvan seleksiyasında çarpazlaşdırmanın 2 əsas tipi var: qohum və qohum olmayan
151.  Latın Amerikasında meşələrin  2/3  hissəsi,Afrikada isə 1/2 hissəsi məhv edilmişcir.
157.  3 milyard il bundan əvvəl (Arxey erası) xemosintezedici bakteriyalar mövcud idi.

10-11 sinif biologiya dərsliklərindəki məlumatlardan
Mənbə Bioogiya rəqəmlərdə kitabçası
Müəllif Musa Rəhmanov

0 şərh