Yaşayan qeyri-adi ilan növləri

Dünyanın ən sürətli ilanı:Qara Mamba – quruda yaşayan ən sürətli sürünən olan mambaların sürəti saatda 20 kilometrə çata bilir. Bu ilan növü Afrika materiki üçün endemikdir. Yetkin qara mambanın uzunluğu 2.5-4.5 metr arasında dəyişir. Güclü zəhərə və yüksək sürətə malik olduqları üçün bu ilanları Afrikanın ən qorxulu sürünəni hesab etmək olar.

Dünyanın ən uzun ilanı: Torlu piton — dünyanın ən uzun sürünənidir. Cənub-Şərqi Asiya yaşayan bu canlıların yetkin fərdləri 6.95 metr uzunluğa qədər inkişaf edə bilir. İnsanları öldürmək üçün kifayyət qədər gücə malik olsalar da nadir hallarda insanlara hücum edirlər.

Dünyanın ən ağır ilanı: Yaşıl Anakonda — dünyanın ən ağır ilan olan bu sürünənlərin orta ağırlıqları 30-70 kq olar bilir. Yaşıl anakonda həmçinin dünyanın ən uzun ilanlarından biridir.

Dünyanın ən zəhərli ilanı: Daxili bölgə Taypanı – Avstraliya materikinin şərq hissəsində müşahidə edilən bu sürünənlər dünyada yaşayan ilanlar arasında ən güclü zəhərə malik olanıdır. Fəsillərdən asılı olaraq dərilərinin rəngini tünd qəhvəyi rəngdən açıq yaşıla qədər dəyişdirə bilirlər. Əsasən gəmiricilər, kiçik məməlilər və quşlarla qidalanırlar.

Dünyanın ən gözəl müdafiə duruşuna malik ilanı: Kobra — kobraların 20-dən çox növü vardır. Düzdür kobralar dünyanın ən böyük, sürətli və ya ən zəhərli ilanları deyillər, lakin bədənini qaldırması və gözlərini ovuna zilləməsi onu tarixin ən təhlükəli sürünəni etmişdir. Kobralar əsasən Asiya, Avstraliya və Afrika çöllərində və tropik bölgələrdə yaşayırlar. Uzunluqları 1.2 metrlə 5.8 metr arasında dəyişir.

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 

0 şərh