Meyvələrin quruluşu

Meyvə -tozlanma və mayalanma nəticəsində çiçəyin yumurtalığından əmələ gəlir.Yumurtalığın divarının böyüməsindən meyvən yanlığı əmələ gəlir.Meyvənin əsas funksiyası toxumu mühafizə etmək və onu yaymaqdır.Bəzi bitkilərdə meyvənin əmələ gəlməsində çiçək yatağı da iştirak edir,belə meyvələr yalançı meyvələr adlanır.
Toxumların miqdarına görə meyvələr 2 qrupa bölünür.
1.Birtoxumlu
2.Çox toxumlu meyvənin əmələ gəlməsi
Toxum yumurtacıqdan əmələ gəldiyi üçün,toxumların sayı yumurtacıqların sayında asılı olaraq dəyişir.
Meyvə yanlığının qurluşundan asılı olaraq da meyvələr 2 qrupa bölünür.
1.Şirəli(üzüm,narıngi,qulançar)
   Növləri
  • Giləmeyvə-Üzəri nazik qabıqla örtülmüş içərisində çoxlu toxumlar meyvələrdir.(pamidor, üzüm,feyxoa)
  • Almameyvələr-alma armud heyva
  • Narınc-subtropik meyvələr
  • Qabaqmeyvə-boranı, qarpız ,yemiş,potisson
2.Quru(buğda,turp,günəbaxan) toxumun sayına görə 2 qrupa bölünürlər.
     1.Birtoxumludur
        Növləri
  • Dənmeyvə-meyvə yanlığı toxumla birləşir,bir-birindən ayrılmır,(buğda arpa,qarğıdalı)
  • Fındıqmeyvə-meyvəyanlığı odunlaşıb.(fındıq,qoz,püstə,badam,şabalıd)
  • Toxumca-Dəricik toxumla birləşmir.(günəbaxan,zəncirotu,qanqal)
     2.Çoxtoxumludur
          Növləri
  • Paxlameyvə-toxumlar qın şəkilli iki taycıqda yerləşir.(lobya,noxud,akasiya)
  • Buynuzmeyvə-toxumlar tayların arasındakı pərdə şəkilli arakəsmədə yerləşir.(kələm,turp)
  • Qutucuq-toxumlar qutucuqda yerləşir və qutucuq açılanda toxumlar tökülür.(xaş-xaş,tütün)
Meyvə və toxumlar küləklə.heyvanlar,quşlar,su və insan vasitəsi ilə uzaq məsafələrə yayılır. Meyvə bitkiləri əsasən vegetativ yolla və calaqla çoxaldılır.

Mənbə: sirrler.blogspot.com
 

0 şərh