Homoseksuallıq və təkamül

Homoseksuallıq bir növün bir fərdinin özüylə eyni cinsiyyətdən bir başqa fərdə qarşı duyğusal və ya cinsi bir cazibə hiss etməsi və ya bu iki fərd arasında cinsi qarşılıqlı təsir yaşanmasıdır. Tarixdə homoseksuallara qarşı çox sərt və çox mərhəmətsiz bir çox proseslər icra edilmiş olmasına baxmayaraq elmin və ictimai qəbulun nisbi olaraq inkişaf etmiş olması sayəsində (bu əleyhdarlıqların hələ bir çox coğrafi bölgədə təsiri hiss edilsə də) getdikcә azalmaqdadır. Bu azalmada elmi anlayışımızın inkişafının təkamülü çox daha yaxşı anlamamızın və təbiətlə bağlı həqiqətləri qavramamızın da az sonra görəcəyimiz kimi çox böyük bir rolu olmuşdur.
İndiki vaxtda bir çox növdə homoseksual əlaqələr müəyyən olunmuşdur. Bunların detallarına yazımız içərisində toxunacağıq. Ancaq irəliləmədən əvvəl bəzi terminoloji açıqlmalar vermək və mövzunu dəqiqləşdirmək istəyirik. İngiliscə və Azərbaycancadakı söz və qarşılıq fərqliliklərinə görə bir çox səhv anlaşılma doğulmaqdadır. Bunların təmizlənməsi mövzunun başa düşülməsi baxımından əhəmiyyətlidir.
Cinsiyyət
İlk olaraq bunun texniki terminologiyada dilimizə «cins» olaraq çevrildiyini ifadə edək. Ancaq burada fikirlәri bulandırmamaq və hələ ki Təkamül Biologiyasından bu qədər bəhs edərkən ağlın taksonomiyaya getməməsi üçüna xalq arasında daha məşhur istifadəsi olan «cinsiyyət» sözünü istifadə edəcəyik. Cinsiyyət («cins») bir canlının doğuşdan genetik olaraq qazandığı, cinsi törəməyə aid xüsusiyyətlərin cəmidir. Bu nöqtədə başa düşülməsi lazım olan az sonra bəhs edəcəklərimizdən müstəqil olaraq cinsli törəyən hər növə aid hər fərdin bir cinsiyyəti olduğudur. Cinsiyyət sperma və yumurtanın birləşməsinə görə və birləşdiyi anda ortaya çıxan bir ünsürdür və dolayısı ilə bir bala doğularkən mütləq bir cinsiyyət ilə doğular. Bəzən bu cinsiyyətə digərləriylə qarışdırmamaq üçün bioloji cinsiyyət (bioloji cins) də deyilə bilər. Qısaca, cinsiyyət bir fərdin genlərindən qaynaqlanaraq yaranan törəmə orqanları və xüsusiyyətləri ilə təyin olunan bir faktdır.
Bilindiyi qədəriylə 3 fərqli cinsiyyət xarakterizə olunmaqdadır: erkək, dişi və hermafrodit. X-Y xromozomal sisteminə uyğun olaraq təkamülləşmiş canlılarda erkəklər XY xromozomal kombinasiyası ilə, dişilər isə XX kromosomal kombinasiyası ilə doğularlar. Hermafroditlik isə bu sistemdə bir neçə fərqli şəkildə ortaya çıxa bilər, ancaq bu etapda sadəcə həm XX-in, həm də XY-in bir yerdə olmasından qaynaqlanaraq ortaya çıxdığının bilinməsi kafi olacaq. Bir başqa sıx qarşılaşılan səbəb də Y xromosomu üzərindəki SRY geninin X xromosomu üzərinə keçməsidir. Ümumi bir təbiriylə hermafrodit fərdlərdə iki törəmə sistemi də bir yerdə meydana gələr.
Bioloji cinsiyyətlərin xüsusiyyətləri bu cinsiyyətləri doğuran genlərin təsiriylə meydana gələr. Məsələn, əgər bu genlərdə və ya hormonal sistemdə bir çətinlik yoxsa erkəklərin hamısında penis və testis, dişilərin hamısında vajina və törəmə kanalı meydana gələcək. Buna ilk cins xarakterləri adı verilər. Bənzər şəkildə, yenə bu məqaləmizdə bəhs edəcəyimiz digər mövzulardan müstəqil olaraq sperma və yumurtanın gözlənildiyi bir şəkildə birləşib müxtəlif mutasiyaların meydana gəlmədiyi vəziyyətdə bütün dişilərdə yetkinliklə birlikdə sinələr müxtəlif miqdarlarda böyüyəcək, erkəklərdə sinədə və üzdə müxtəlif miqdarlarda tüklər meydana gələcək. Bunlara ikinci cins xarakterləri adı verilir. Bütün bunlar dediyimiz kimi sperma və yumurta birləşdiyi anda X və Y xromosomlarının kombinasiyalarına görə təyin olunar və fərdin və ya cəmiyyətin cinsiliyindən və ya yaxınlaşmalarından aslı deyil.
Homoseksuallıq və təkamül
Erkək və dişi cinsiyyətlərinin xromosomlarla əlaqəsi
Ancaq bu orqanlar və bu orqanlara bağlı olaraq ifraz olunan hormonlar bu kəslərin «necə hiss edəcəklərinə» tək başına təsir etmir. Az sonra toxunacağımız kimi hələ tam olaraq bilinməyən səbəblərlə (ancaq ehtimalla genetik, hormonlar, epigenetik və psixologiyanın birləşmiş bir təsiriylə) bəzi fərdlər cinslərinin ümumi xüsusiyyətlərindən (ki bu ümumi xüsusiyyətlər cəmiyyətdə «normalar» hesab edilir) fərqli şəkildə hiss etməsinə səbəb olar. Buna görə bir insanın doğuşdan gələn bir xüsusiyyəti olan «erkəklik» və «dişilik» onun cinsi fəaliyyətlərinin necə və hansı cinsiyyətə istiqamətli olacağını təyin etməyə yetməməkdədir. Homoseksuallıq ilə bağlı səhv anlaşılmanın mənşəyi bu nöqtədəki fərziyyədən qaynaqlanmaqdadır. Başa düşülməsi lazım olan bir fərdin erkək genetik quruluşuyla doğulmasının onun dişilərlə cütləşməyə yönələcəyini zəmanət etməməsidir.
Bəzən isə sperma və yumurtanın birləşməsi nəticəsində cinsi orqanlar tam olaraq inkişaf etməz və ya hansı cinsiyyətə aid orqanların inkişaf etdiyi tam olaraq təyin oluna bilməz. Bu vəziyyətdə olan insanlara interseks adı verilər. İndiki vaxtda köhnə zamanların əksinə bu insanlar da eynilə az sonra bəhs edəcəyimiz geniş cinsi yönüm yelpiyi (LGBT populyasiyası) kimi sadə bir variasiya olaraq görülərlər. Belə ki, əvvəldən bu vəziyyətə “atipik (tipik olmayan) genital bölgə” adı verilərkən, indiki vaxtda daha çox “naməlum genital bölgə” adı verilməkdədir. Bənzər şəkildə bu vəziyyət qədimdən «doğum səhvi» olaraq təsnif edilərkən indiki vaxtda «doğum variasiyası» olaraq qiymətləndirilməkdədir. Hər nə qədər bizim verdiyimiz adlar təbiətin hər cür genetik variasiyasından müstəqil olsa da bu yeni təriflər daha az mühakimə edici və daha çox təyin edicidir.
İctimai cinsiyyət
Ən ümumi tərifiylə ictimai cinsiyyət cinsiyyətlərə cəmiyyət tərəfindən yüklənən fiziki, bioloji, zehni və davranışsal xarakterlərin cəmidir. Cinsiyyət bioloji və ümumiyyətlə bütün cinsli törəyən canlılarda görülən bir anlayışkən “təkamül cığırı”na görə insan populyasiyalarında bir də «təyin olunmuş cinsiyyət» və ya «ictimai cinsiyyət» anlayışı var. Bu anlayışın bəzi digər iri beyinli primatlarda da müşahidə edildiyi düşünülməkdədir.
Bu anlayış insan növünün bioloji təkamülü nəticəsində ortaya çıxan mədəni təkamülünün bir məhsuludur. Təkamüllü müddətdə əldə etdiyimiz rolların indiki vaxtda da etibarlı olduğu fikirinə əsaslandığı deyilə bilər.
Asan başa düşülməsi baxımından daha sadə bir tərifi erkəyə xaslıq (maskulin) və qadına xaslıq (feminen) olaraq verilə bilər. Bəzi fiziki xüsusiyyətlər, hərəkətlər, davranışlar cəmiyyət tərəfindən «erkəyə xas» qarşılanarkən, bəzi digərləri eyni cəmiyyət tərəfindən «qadına xas» olaraq qarşılanar. Bu yanaşmaların doğrudan bioloji bir arxaplanı yoxdur. Üstəlik, bu ayrı-seçkilik mədəniyyətdən mədəniyyətə dəyişə bildiyi kimi eyni mədəniyyət içərisində fərqli zaman dilimlərində fərqli təriflər qazana bilər.
Ən tipik nümunələri erkəklərə kiçikkən «mavi» rəngin yaraşdırılması, "çəhrayı" rəngin isə qızlar üçün istifadə edilməsidir. Buna görə də bir erkək "çəhrayı" geyinərsə «qadına xas» olaraq xarakterizə ediləcək. Bənzər bir şəkildə, kiçik bir erkək körpəsinin Barbi ilə oynaması ictimai cinsiyyət anlayışı daxilində «anormal» olaraq görüləcək. Halbuki bu «normalar» ilə «anormal» şərtlərin tərəfsiz və müstəqil olaraq təyin olunması qeyri-mümkündür. Ancaq bir cəmiyyət olaraq yaşayan insanlarda bu anlayışlar fərdlərin həyatlarına müdaxilə edilməsini qanuni edəcək hala soxulmaqda və heç bir elmi təməli olmayan bir müstəvidə şəxsi təriflər və kafi sanksiyalar tətbiq oluna bilməkdədir.
Cinsi yönüm
Cinsi yönüm ən geniş tərifiylə bir fərdin -əgər duyursa- hansı cinsiyyətə duyğular bəslədiyi və ya cinsi maraq duyduğudur. Eyni zamanda cinsi yönüm heç bir cinsiyyətə maraq duymama vəziyyətini (aseksuallıq) də ehtiva edər. Bu baxımdan cinsi yönüm dörd kateqoriyada araşdırıla bilər: eyni cinsiyyətə maraq duyma (homoseksuallıq), fərqli cinsiyyətə maraq duyma (heteroseksuallıq), iki cinsiyyətə də maraq duyma (biseksuallıq), heç bir cinsiyyətə maraq duymama (aseksuallıq).
Daha sonradan edilən araşdırmalar daha çox sayda tərifi də özü ilə gətirmişdir. Məsələn, var olan bütün cinsiyyət və cinsi yönümlərə maraq duyma (panseksuallıq) və ya birdən çox olmaq qeydiylə bunlardan spesifik olaraq bəzilərinə maraq duyma (poliseksuallıq) də bu kateqoriyalar içərisində qiymətləndirilə bilinməkdədir.
Hər nə qədər insanlar bioloji bir cinsiyyət və o cinsiyyətə «yapışıq» olaraq doğan bəzi ictimai cinsiyyət tərifləri ilə bir cəmiyyətin içinə doğulsa da fərdlərin hər vaxt bu təriflərə uyğun gələn cinsi yönümlər inkişaf etdirmədiyi müşahidə edilər. «Homoseksuallıq» anlayışının başladığı nöqtə bura olaraq təyin edilə bilər. Yəni hər nə qədər bir fərd erkək olaraq (XY xromosomları ilə) doğulsa və bu doğumu səbəbiylə bioloji və ictimai olaraq dişilərə yönəlməsi gözlənilsə də saysız növdə bu vəziyyət bu şəkildə inkişaf etmək məcburiyyətində deyil. Daha düzgün bir təriflə hər erkək doğan fərd dişilərə hər dişi doğan fərd erkəklərə yönəlmək məcburiyyətində deyil.
Burada başa düşülməsi lazım olan çox əhəmiyyətli bir nöqtəyə toxunmaq istəyirik, çünki bunun aydın olmaması homoseksualların səhv mühakimə olunmalarına səbəb olmaqdadır: fərdlər homoseksual olmağı seçməməkdədirlər. Çünki heç bir fərd cinsi meylini seçə bilməz. Homoseksual olmayan («düz») fərdlər necə ki qarşı cinsiyyətə maraq duymağı istəyərək etmirlərsə, homoseksualler də öz cinsiyyətlərinə maraq duymağı istəyərək etməməkdədirlər.
Bu əhəmiyyətli nöqtəylə bağlı çox sayda araşdırma icra edilməkdədir. Demək olar ki, hamısı bənzər nəticələr əldə edir: cinsi yönüm hələ qəti olaraq bilinməyən səbəblərin təsiri altında çox kiçik yaşda təyin olunmaqdadır və sonrasında (çox nadir vəziyyətlər xaricində) dəyişməməkdədir. Bu vəziyyətdə bu kəslərin olduqları kimi qəbul edilmələri cəmiyyət baxımından ən müasir və ağıllıca olacaq.
Cinsi şəxsiyyət
Bütün bu təriflərdən aydın ola biləcəyi kimi cinsiyyətlər və bunların ictimai qarşılıqları sadə bir XX və XY xromosomu kombinasiyasına sadələşdirilə bilməz.Bu vəziyyət bir adamın özünü hansı cinsiyyətdən təyin etməsi mənasını verən cinsi şəxsiyyət anlayışını doğurmuşdur. Yəni bir fərd genlərindən və ya cəmiyyətdən qaynaqlı təriflərdən müstəqil olaraq, öz mənliyiylə, özünün hansı ictimai cinsiyyət qəlibinə uyğun gəldiyini təyin etməsi və ya öz təriflərini yaratmasıdır. Mürtəce cəmiyyətlərdə bu cür yanaşmalar "şeytani" olaraq xarakterizə edilsə də, günümüz müasir cəmiyyətlərində və aydın düşüncə daxilində bir fərdin cinsi şəxsiyyətinin tamamilə özünə aid olması son dərəcə məntiqli və insan cəmiyyətinin çatdığı mədəniyyət səviyyəsiylə uyğundur.
Əgər bir fərdin cinsi şəxsiyyəti onun bioloji cinsiyyəti ilə eyni deyilsə, bu kəslərə transseksual (transgender) adı verilər. Hər nə qədər cəmiyyət daxilində bu söz "əməliyyat ilə cinsiyyət dəyişdirmə" mənasını versə də psixoloji terminologiya baxımından mütləq əməliyyatla cinsiyyət dəyişməsi lazım olmamaqdadır. Transseksuallıq cinsi yönümdən müstəqil bir faktdır, bu səbəbdən transeksual bir fərd yuxarıda saydığımız hər hansı bir cinsi yönümə sahib ola bilər.
Bura qədər bir çox tərifdən bəhs etdik, ancaq bu mövzuları araşdıran bir elm sahəsi olaraq seksologiyaya az da olsa belə toxuna ola bilmədik. Ancaq bu təriflərin mətn içərisində irəliləyərkən sizə kafi olacağını düşünürük. Lakin bilin ki, cinsiyyətlər psixoloji, sosioloji, təkamüllü, antropolojik və s. bucaqlardan araşdırılarkən, bura sığdıra bilməyəcəyimiz şeylər kitablarla analiz edilməkdədir və yalnız bir neçə sətirdə bunların aydınlaşması mümkün deyil. Üstəlik, bu təriflərin çoxu davamlı olaraq gələn yeni məlumatlara əsasən dəyişməkdə, elm ictimaiyyəti içərisində yeni müzakirələrə səbəb olmaqda və aktuallaşmaqdadır. Buna görə bu verdiyimiz təriflərlə bağlı olaraq da çox sabit bir açıqlama vermək o qədər də mümkün deyil.
Təbiətdə homoseksuallıq
İndiki vaxtda bizonlardan pinqvinlərə, quşlardan insanlara, kərtənkələlərdən böcəklərə qədər qədər yüzlərlə fərqli növdə homoseksual əlaqə tapılmışdır. Bu səbəbdən homoseksuallıq tamamilə təbii olaraq görülməlidir. Çünki bu fakt yalnız bir sıra növdə deyil, xarakteristikasına bağlı olaraq dünya üzərində 500 – 1500 növ arasında olduğu bilinməkdədir. Ən mühafizəkar tərif daxilində belə ən az 350 fərqli növdə homoseksuallığın dəqiq bir şəkildə təyin olunduğu bilinməkdədir. İndiki vaxtda hələ də homoseksuallığın mənşə səbəbləri tam oolaraq həll edilməyib, ancaq araşdırmalar davam etdirilir.
Bu nöqtədə gələ biləcək ilk etirazlardan biri təbiətdə bir faktın var olmasının, onun insan üçün də təbii olması məcburiyyətində olmadığı istiqamətindədir. Bəli, bu doğrudur. Məsələn təbiətdə adamyeyənliyin var olması günümüz cəmiyyətləri baxımından adamyeyənliyin uyğun olduğu mənasını verməz. Amma homoseksuallığı bu tip qulağa pis gələn digər anlayışlarla müqayisə edərək bir tutmaq bir ağıl oyunundan başqa bir şey deyil. Çünki homoseksuallıq adamyeyənliyin və ya bənzəri bəzi digər vəhşi davranışların əksinə, cəmiyyət içərisindəki digər fərdlərə heç bir zərər vermədiyi kimi digər fərdlərin istəkləri xaricində bir şeylər etməsinə məcbur edilməsi kimi bir məzmunu da yoxdur. Üstəlik, homoseksuallıq anlayışının təbiət xarici olması üçün birbaşa hər hansı birbioloji səbəb də görülməməkdədir. Az sonra da toxunacağımız kimi homoseksuallıq yalnız indiki vaxtda bir sıra növdə görülən bir “anomaliya” deyil. Tam tərsinə, təkamüllü müddətin ölümcül və sərt testinə ehtimal ki, milyonlarla ildir müqavimət göstərə bilmiş, buna görə də təbiiləşmiş bir davranışdır. Bu səbəblə yalnız şəxsi inanclar və düşüncələr çərçivəsind, sırf alışılmış təriflərin xaricindəki kimi göründüyü üçün bir cinsi yönümü “anormal” saymaq və qarşı təbliğat etmək, ən yumşaq təbirlə insanlıq xaricidir. Bu zəif iddialardan uzaqlaşılması və mövzunun elmi arxaplanının aydınlaşdırılması lazımdır.
Hər nə qədər qədim ədəbiyyatdan qalma bir qəlib olaraq homoseksuallıq “əlverişsiz heyvani davranışları” (inappropriate animal behavior) olaraq qiymətləndirilsə də elmi terminologiya yanlış mənfəətlərə səbəb ola bilməkdədir. Elm ictimaiyyəti bu termini istifadə edərkən şəxsi bir görüş bildirmə məqsədi güdmür, köhnə terminologiyadan qalma bir təsnifi istifadə edir. Onsuz da sözün “əlverişsiz” olaraq seçilməsi (“xəstə” ya da “anormal” deyil!) də aydın olar, çünki homoseksuallığın ən təəccüblü xüsusiyyəti növün artma müvəffəqiyyətini birbaşa sıfırlayacaq kimi görünməsidir (ki az sonra görəcəyimiz kimi bu səhvdir). Bu səbəblə təbiətdə basqın olaraq görülən davranışlar “uyğun”, digərləri “əlverişsiz” olaraq adlandırılar.
Məsələn, Yapon makaklarının dişiləri, cütləşmək üçün əksəriyyətlə dişiləri seçərlər və təbii olaraq bunu bacara bilməzlər. Bu səbəbdən, seçimləri hər nə qədər dişilərdən yana olsa da, erkəklərlə də törəyərlər.
 
Homoseksuallıq elmi olaraq nə anormaldır nə də xəstəlikdir. Bir faktın “xəstəlik” və ya “anomaliya” (“anormallıq”) olaraq qiymətləndirilə bilməsi üçün o ünsürün fərdin ölümünə səbəb olması və ya fərdin həyat standartlarında fiziki, bioloji və ya psixoloji bir pisləşməyə səbəb olması gərəyindədir. Homoseksuallıq bunların heç birinə səbəb olmamaqdadır (eynilə heteroseksuallığın olmaması kimi). Bu mövzudakı tək ola biləcək etiraz homoseksuallığın törəmə şansını sıfıra endirdiyi, bu səbəbdən bioloji təkamül baxımından yüksək bir dezavantaja sahib olması lazım olduğu istiqamətində olacaq. Amma bu etiraz səhvdir. Çünki az sonra görəcəyimiz kimi homoseksuallıq törəməyə tamamilə mane olmaz, üstəlik daha əvvəl də toxunduğumuz kimi təkamülün bütün məhvedici və sərt testlərinə baxmayaraq günümüzə qədər çatmağı bacarmışdır.
Homoseksuallıq tamamilə təbii olan və bəhs etdiyimiz kimi təbiətdə bolca müşahidə edilən bir variasiyadır. Əslində homoseksualların “xəstə” olduğu iddiası insan tarixində başqa xüsusiyyətlərə sahib insanlar üçün də zamanında istifadə edilmişdir: məsələn zəncilər, cırtdanlar, nəhənglər və s. insanlar üçün. İndiki vaxtda isə bu ayrı-seçkilikçiliyi və xaric etməni haradasa bütün dünya olaraq şiddətlə qınamaqdayıq. Homoseksuallar də günümüzün “cadugərləri” mövqeyində olan insanlardır və bu səhv də əvvəl-axır fərq ediləcək. İndiki vaxtda necə ki bir zənciyə ya da uzun boylu birinə Qeyri-adi bir yanaşma sərgiləmirsək, homoseksuallara da tamamilə normal bir şəkildə yaxınlaşmaq lazımdır. Bunu bu şəkildə izah etmək məcburiyyətində olmaq belə bizə ikrahedici gəlməkdədir. Ancaq cəmiyyət bu gerçəklərlə üzləşənə qədər mövzunun aydın ola bilməsi üçün bu şəkildə izah etmək məcburiyyətində olmalıyıq.
Dünya Sağlamlıq Təşkilatı (WHO), homoseksuallığı 70-ci illərdə xəstəliklər və narahatlıqlar siyahısından çıxartdı. Bənzər şəkildə Amerikan Psixologiya Dərnəyi (APA) da homoseksuallığın bir seçim olmadığını, təbii olduğunu və dəyişdirilə bilməyəcəyini açıq və dəqiq bir şəkildə ifadə etdi.
 
Elm insanlarının mövzuyla əlaqədar fikirləri heç birmüzakirəyə qapı açmayacaq qədər dəqiqdir: “Homoseksuallıq bir xəstəlik deyil, bu səbəbdən müalicəsi də haqqında danışılan ola bilməz”.
“Homoseksuallıq bir xəstəlik deyil. 1974-dən bəri psixiatrik və ruhi xəstəlik təsnif etməsində qəbul edilmir. Buna baxmayaraq fərqli mədəniyyətlərdə dərəcəsi dəyişməklə birlikdə, ayrı-seçkilikçiliyə və şiddətə məruz qalan, öz şəxsiyyətlərini inkar etməyə istiqamətli bir qrup homoseksuallar “müalicələr” almağa meyillidirlər.”
Edilən araşdırmaların insanların təxminən olaraq 10%-lik bir hissəsinin homoseksual olduğu göstərilir. “10% kiçik bir nisbət olmamasına qarşı mədəni və dini müxtəlif ön mühakimələr səbəbiylə cəmiyyətin digər seqmentlərində hirs oyandırdığı bir toplumdur. İstənilən şey bu şəxsiyyətlərin yox sayılmasıdır.Homoseksuallıq xəstəlik olmadığı üçün müalicəsi də tibb əxlaqına uyğun deyil. Müalicə bir şeyin ortadan qaldırılması mənasını verir. Homoseksuallıq normal bir vəziyyətdir. Amma ictimai təzyiqlərə görə yaranmasını yaşamaqda çətinlik çəkən kəslərin özləri ya da yaxınlarının dəstək almaları mümkündür.”
Homoseksuallıq və təkamül
Bu nöqtədə bu sualı soruşmaq lazımdır: Madam homoseksual əlaqədə balalar doğulmur, niyə təkamüllü müddətdə homoseksuallar və ya buna uyğun olanlar məhv olmamışlar?
Buna görə araşdırılması lazım olan təməl nöqtə homoseksuallığın təkamüllü baxımdan faydalı olub-olmadığı, faydalıdırsa niyə faydalı olduğu, deyilsə necə olub da bu qədər yayğın şəkildə canlılar arasında müşahidə edildiyidir. İndi bunlarla bağlı araşdırmalara bir baxaq:
Bunu ilk olaraq, vəhşi təbiətdən ayrılmış insanlar baxımından araşdırmaq lazımdır: İnsanların təbiəti daxilində qurulan ictimai əlaqələr üzərində edilən araşdırmalar göstərmişdir ki, homoseksual birlikdəlik xoşgörüşlə qarşılanan cəmiyyətlərdə, homoseksual cütlərin lazım olan vəziyyətdə uşaq sahibi olma məqsədiylə əks cinsiyyətlə seks etməkdədirlər. Üstəlik, uşaq sahibi olmanın tək yolu bioloji törəmə deyil. Təbiətdə də həddindən artıq geniş şəkildə görülən “övladlığa götürmə” təkamüllü baxımdan homoseksuallığın varlığını davam etdirməsi üçün əhəmiyyətli bir üsuldur. Çünki övladlığa götürmədə təbiətdəki növlərin fərdlərindən yoldaş tapmağa çalışma kimi əlavə bir enerji xərcləməyə ehtiyacı olmaz və bütün enerjilərini övladlığa götürdükləri balaya ayıra bilərlər. Əgər təkamüllü uyğunlaşma müvəffəqiyyəti yüksək bir fərdi övladlığa götürəcək olsalar, vəhşi təbiətdə bu dözərək artan bir üstünlüyü doğura bilər və beləcə homoseksuallar təkamüllü baxımdan müvəffəqiyyətə qatqı təmin edə bilərlər. Üstəlik, söz mövzusu insansa heç olmasa günümüz baxımından qiymətləndirdiyimizdə balon körpə üsullarının varlığı da bu sual işarəsini böyük nisbətdə həll etməkdədir. Əlbəttə bu üsulların varlığı təkamüllü baxımdan homoseksuallığın necə varlığını davam etdirdiyinə cavab deyil, çünki bu çox yeni bir texnologiyadır. Yalnız müasir üsulları xatırlatmaq istədik.
Niyə təkamül mexanizmləri homoseksuallığı təkamüllü müddətdə sıradan çıxarmamışdır? Bununla bağlı bir çox fərziyyə irəli sürülmüşdür. Bunlardan biri homoseksuallığın bəzi vəziyyətlərdə cinsi müvəffəqiyyəti bilvasitə olaraq da olsa artırdığı istiqamətində olan maraqlı bir iddiadır. Bu iddiaya görə eyni cinsə maraq duyan fərdlər hierarxik nizamda asanca üst pillələrə çıxaraq qarşı cinsə çatma şanslarını artırarlar. Bu iddiaları düşünərkən yalnız insanları deyil, digər yüzlərlə heyvan növünü də hesaba qatmaq lazımdır.
Məsələn, bir qağayı növündə müşahidə edilən homoseksuallıq fərdlər arası maraqlı bir əlaqəni ortaya qoymaqdadır. Dişi qağayılar erkəklərin qeyri-kafiliyi və yasay azlığına reaksiya olara, erkəklərlə cütləşməkdə və bala çıxarmaqda, ancaq balalara başqa bir dişiylə ortaq olaraq baxmaqdadırlar. Bu sırada aralarında cinsi əlaqəyə bənzər davranışlar da görülmüşdür. Yəni erkək yalnız bir törəmə vasitəsi olaraq görülməkdə, əsl yoldaş olaraqsa eyni cinsiyyətin fərdləri (bu qağayı növü üçün dişilər) görülməkdədir. Yuxarıdakı təriflərimiz daxilində bu quşların cinsiyyəti dişidir, ictimai cinsiyyət baxımından erkəklərlə cütləşmələri gözlənilməkdədir, ancaq cinsi yönümləri lezbianlıqdır (dişilər arası homoseksuallıq).
Qağayılarda olduğu kimi albatroslarda da homoseksuallıq sıxlıqla görülən bir faktdır.[/caption]
Bir başqa fərziyyə də homoseksuallığın fərdləri dəstəkləmək yerinə qrupları və qrup həyatını dəstəkləməsindən dəstək almasıdır. Məsələn ən yaxın qohumumuz olan bonobo meymunlarında homoseksuallıq ictimai əlaqələri gücləndirmək üçün istifadə edilən bir vasitədir. Samoada edilən bir araşdırma homoseksual erkəklərin qardaş (bacı) oğlularına daha çox zaman ayırdığı və maraqlandıqları görülmüşdür. Bu da təkamüllü biologiya baxımından olduqca əhəmiyyətli bir anlayış olan “qohum seçkisi” (kin selection) ilə açıqlana bilər. Homoseksuallıq təkamüllü mexanizmlər tərəfindən dəstəklənilmək üçün birbaşa fərdin təkamüllü müvəffəqiyyətini artırmaq məcburiyyətində deyil. Qohumların və ya qrupun müvəffəqiyyətini artırması da kafi ola bilməkdədir.
Bir başqa fərziyyə homoseksuallığın neytral bir xarakter olmasıdır, yəni homoseksuallıq nə üstünlük, nə də dezavantaj təmin edər (və ya üstünlükləri ilə dezavantajları bir-birinə təxminən olaraq bərabərdir). Makakalar üzərində edilən araşdırma homoseksuallığın yalnız zövq məqsədli istifadə edildiyini ortaya çıxarmışdır. Yəni Təbii Seçmə üzərində bir təsiri olmadığı üçün sıradan çıxması üçün də bir səbəb yoxdur, təbii, zamanla məhv ola bilər və ya yayıla bilər. Bunu “haradasa neytral xüsusiyyətlər” baxımından Genetik Süründürülmə çərçivəsində araşdırmaq mümkündür. Təbiətdə bir çox xüsusiyyət əslində birbaşa heç bir üstünlük və ya dezavantaj təmin etməməsinə baxmayaraq, süründürülərək populyasiya içərisində sabitlənə bilməkdədir. Homoseksuallıq də belə bir müxtəliflik qaynağı ola bilər və digər fərziyyələri irəli sürdüyü ola biləcək üstünlüklər daxilində kiçik bir üstünlük belə təmin edirsə, çox qısa bir müddət içərisində populyasiya içərisində müəyyən bir gen tezliyində sabitlənə bilər.

Ortaya atılan bir başqa fərziyyə homoseksuallığa səbəb olan və hələ tam olaraq təsbit edilə bilməmiş olan genlərin qadınların cinsi məhsuldarlığını artırdığıdır. Buna görə ümumiyyətlə, bala doğa bilməsə belə homoseksuallığın sıradan çıxmadan günümüzə qədər gələ bildiyi istiqamətindədir. Bu fərziyyəni müdafiə edənlərin çıxış nöqtəsi oraq hüceyrə anemiyasının zərərli bir mutasiya olmasına baxmayaraq Səhra Altı Afrikada bu xəstəliyi daşıyanların qızdırmaya tutulmaması nümunəsidir. Oraq Hüceyrə Anemiyası qızdırmaya qarşı müqavimət təmin etməkdədir, buna görə zərərli bir xəstəlik olsa da populyasiya içində müəyyən bir nisbətdə qorunmaqdadır. Bir xəstəliklə müqayisə edilməsi səhv başa düşülmələrə səbəb olmamalı və homoseksual populyasiyanın üzərilərinə götürmələrinə səbəb olmamalıdır. Çünki bu, çox məşhur bir nümunə olduğu üçün araşdırmaçılar tərəfindən istifadə edilmişdir və texniki olaraq bir “xəstəlik” olsa belə Oraq Hüceyrə Anemiyası sayəsində bir çox fərd qızdırma kimi çox daha ölümcül bir xəstəliyə tutulmadan həyatda qalmağı davam etdirmişlər. Bu, təkamüllü baxımdan çox böyük dəyərə sahib bir vəziyyətdir.
İrəli sürülən bir başqa fərziyyə bəzi dişilərin homoseksual meylli erkəkləri seçməsi nəticəsində Cinsi Seçmə yoluyla törmə mövzusunda mənfi təsirləri olsa belə dişi seçiminə görə homoseksuallığın qorunmasıdır. Bu fərziyyə də dəstəklərini tovuzquşlarından alar: erkək tovuzquşlarının böyük və dəbdəbəli quyruğu onları asanca ov edər; ancaq dişilər, bu erkəkləri seçməkdədir. Burada, təbii seçmə ilə cinsi seçmə arasında zidd bir tarazlıq qurular. Homoseksuallıq üçün də bu tip bir açıqlama irəli sürülmüşdür.
 

Müəllif: Aqil Heydərli
Mənbə: yasilelm.com
 

0 şərh