Biologiya canlılar haqqında elmdir

Biologiya yunanca "bios"- həyat, "loqos" - elm deməkdir. Biologiya - Yer üzərində yaşayan canlılar haqqında elmdir. Planetimizdə yaşayan canlılar olduqca müxtəlifdir. Gözlə görünməyən ən xırda orqanizmlərdən başlamis bütün bitkilər, heyvanlar və insan calılara aiddir. Bütün canlı orqanizmlər bitkilərə, heyvanlara və onlar arasında keçid təşkil edən göbələklər, bakteriyalar və digər canlılar qrupuna bölünur. Heyvanlarla bitkilər arasında keçid təşkil edən canlılarda həm heyvanlara, həm də bitkilərə xas olan əlamətlər olur.
Bitkilər haqqında olan elm - botanika, biologiya elminin bir bölməsidir. Bu elmin adı yunanca "botane" sözündən götürülmüşdür KI, bu da "göyərti", "ot", "bitki" deməkdir.
Təbiət canlılardan və cansizlardan ibarətdir. Bitki və heyvanlar, həmçinin bakteriyalar, göbələklər və viruslar birlikdə canlı təbiəti təşkil edir. Son məlumatlara görə bütün canlılar 4 aləmə — bakteriyalar, göbələklər, bitkilər və heyvanlar aləminə ayrılır.
Onların oxşar cəhətləri çoxdur. Elə sadə quruluşlu orqanizmlər vardır ki, onlar şərti olaraq ya bitki, ya da heyvanlar qrupuna aid edilir. Bitki və heyvanların quruluşundaki, eləcə də həyat fəaliyyətindəki oxşarlığı onların mənşəyinin ümumi olması ilə izah etmək olar.

BitKilər çox müxtəlifdir. Onlar Yer Kürəsinin hər yerində, hətta susuz səhralarda, bataqlıqlarda, dəniz və okeanlarda, göllərdə, çaylarda geniş yayılmısdır. İlin isti fəsillərində Arktika və Antarktikada da bitkilərə təsadüf etmak olar.Azərbaycanın düzən rayonlarından başlamış hündür dağ zonalarına qədər bütün ərazisi müxtəlif növlü bitkilərlə zəngindir. Boyük və kiçik Qafqaz dağlarının yamaclarında palıd, cökə, qarağac, vələs, fıstıq və başqa qiymətli ağac növlərindən ibarət meşəlıklər yerləşır. Respublıkamızın cənubundakı Talış meşələri dəmirağac, qaraçöhrə, Azat ağacı, şabalıdyarpaq palıd kimi nadir ağaclarla zəngindir. Düzənlikləri, dağ ətəklərini taxıl zəmiləri , meyvə bağları, pambıq tarlaları əhatə edir (1) Abşeron yarımadaasında zeytun, üzüm, əncir, zəfəran, badam kimi qiymətli bitkilər becərilir. Insanlar bağlarda, tarlalarda külli mıqdarda mədəni bitkilər yetişdirirlər. Bitkilərin əksəriyyəti yaşıl rəngdədir, lakin yaşıl olmayan bitkilərə də təsadüf edilir. Belə bitkilərə misal olaraq ağac köklərində parazitlik edən ağac sümürgənini göstərmək olər (2). Onun yarpaqları şəklini dəyişərək qırmızımtıl rəngdə olan pulcuqlara çevrilmişdir. Adətən, fındıq, qarağac və söyüd ağaclarının köklərində parazitlik edir.

Təbiətdə yaşıl bitkilərin əhəmiyyəti çox böyükdür. Bitkilərin yaşıl yarpaqlarında gedən fotosintez prosesi zamanı, bütün canlıların tənəffüsü üçün zəruri olan Oksigen xarıc olunur, havadakı karbon qazı isə udulur. Heyvanların əksəriyyəti bitkilərlə qidalanır. Ətlə qıdalanan yırtıcı heyvanların həyatı da bitkilərdən asılıdır, çünki onlar bitkiyeyən heyvanlarla qidalanır. Deməli, əksər canlıların, həmçinininsanın da qidasının ILK mənbəyi yaşıl bitkilərdir.
İnsanların qidasında taxıllar fısiləsindən olan dənli bitkilərdən buğda, çovdar, qarğıdalı və çəltik əsas yer tutur. Bu bitkilər qədim zamanlardan bəri insanlar tərəfindən becərilir. Tərəvəz bitkilərindən kartof, pomidor, kələm, yerkökü və s.-nin insan qidasında böyiik əhəmiyyəti var. İnsanlar çoxlu miqdarda meyvə və giləmeyvə (alma, armud, gilas, gavalı, üzüm) sortları yetişdirnişlər. Paltar hazırlamaq, yağ almaq və digər məqsədlər üçün insanlar texniki bitki sortlarından istifadə edirlər. Belə bitkilərə pambıq, kətan, giinəbaxan, zeytun və s. aiddir. Ağac bitkilərinin oduncağından tikinti materialı kimi istifadə edilir, kağız, süni ipək hazırlanır.
İnsanlar bitkilərin müxtəlif hissələrindən: toxumu, meyvəsi, kökü, yarpağı və gövdəsindən istifadə edirlər. Bəzilərini isə gözəl çiçəklərinə görə becərirlər.

Bitkilərdən təbabətdə müxtəlif xəstəliklərin mualicəsi üçün də geniş istifadə edilir. Bağayarpağı, çaytikanı, dəvədabanı, çobanyastığı, yemişan, əvəlik, gülxətmi, itburnu dərman bitkiləridir. Hazirda dərmanların 40%-a qədəri bitkilərdən hazırlanır. Bitkilərdən insan orqanizmi üçün zəruri olan çoxlu vitaminlər alınır.
Bitkilərin dəyərli qida və xammal olması ilə yanaşı, onlar həyatımızı bəzəyir, bizə hətta sevinc gətirir. İnsanların təsərrüfat fəaliyyəti canlı təbiətə elə giiclii təsir göstərir ki , bunun da nəticəsində canlı orqanizmlərin bir gox novu yerüzündən yox olur, bəzi növlərin isə yox olmaq təhlükəsi yaranır. Buna görə də xüsusi "Qırmızı Kitab" yaradılmışdır ki, burada belə bitki və heyvanlar haqqında məlumatlar yazılır. Belə bitkiləri, heyvanları qorumaq və artırmaq bizim ümumi borcumuzdur. Bunun üçün də biz onların həyatını və hansı şəraitdə çoxalmasını öyrənməliyik.


Botanika, zoologiya, anatomiya, fıziologiya və gigiyena canlılardan bəhs edən biologiya elminin ən mühüm sahələridir.
Anatomiya və fıziologiya elmlərinin inkişaf tarixi hələ eramızdan xeyli əvvəllərə təsadüf etsədə, yalnız XVI əsrin əvvəllərində Andrey Vezali müasir anatomiya elminin, XVII əsrin əvvəllərində isə Vilyam Harvey fiziologiya elminin əsasını qoymuşlar.
İnsan anatomiyası (yunanca anatenmo – yarıram) insan orqanizmin orqanlarının, toxumalarının, hüceyrlərinin quruluşunu və formasını öyrənən elmdir.
Fiziologiya (physis – təbiət, logos – elm) - tam orqanizmin və onu təşkil edən orqanların, toxumaların və hüceyrələrin müxtəlif funksiyalarını öyrənən elmdir.
Gigiyena (yunanca gigienos – sağlam) – insanın sağlamlığını qorumaq və möhkəmlətmək üçün əlverişli şərait yaratmaq, onun əməyini və istirahətini düzgün təşkil etmək, xəstəliklərin qarşısını qabaqcadan almaq üçün profilaktik tədbirlər görmək haqqında elmdir.
Psixologiya psixi proseslərin ümumi qanunauyğunluğunu və konkret insanın fərdi xüsusiyyətlərini öyrənən elmdir.

0 şərh