Рейтинг
+60.64

Biologiya

44 üzv, 122 topik

Gözun möcüzəsi

İnkarçıların məəttəl qaldığı, təkamülçülərin boğulduğu yer göz möcüzəsidir. Göz, düşünən hər insanın ağlını dayandıran bir sənət xariqəsidir. Gözü görüb də, gözü verəni düşünməmək, korluğun və ağılsızlığın elə özüdür.

Prof. Dr. Cefri Larson

Gözün nə qədər böyük bir möcüzə olduğunu anlamaq üçün elə uzun müddətli tədqiqat aparmağa ehtiyac varmı?

Gözlərini bağlayıb, qaranlıq dünyanın çarəsizliyinə dalan hər insan, gözün nə böyük bir möcüzə olduğunu anlayacaq.

Ruhumuzun dünyaya açılan pəncərəsi olan qiymətli gözlər, vücudun ən yaxşı qorunan bir yerinə yerləşdiriliblər.

Bir qoz böyüklüyündəki gözlər, dörd-beş santimetrlik çuxurlarda olur. Gözlərin hər vəziyyətdə rahat hərəkətlərini təmin etmək üçün İlahi qüdrət, bunları xüsusi bir üzlüklə sarımış və yumuşaq bir yağ toxumasının içərisinə qoymuşdur. Qabaq tərəfdə üstdə və altda iki qapaq var. Hərəkətləri tamamilə iradəmizin xaricində olan bu qapaqlar, zərbələrə qarşı gözümüzü qoruyur. Dəqiqədə 30 dəfə fərqinə varmadan gözümüzü qırpırıq. Bu hərəkətlərin rahat olması üçün xüsusi bir mayeyə ehtiyac var. Göz mayesi bu vəzifəni yerinə yetirir. Davamlı hava ilə təmasda olan gözün qorunması, bu mayenin içərisinə qoyulan lizosim fermenti sayəsində baş verir. Bu ferment, gözü xəstəliklərə qarşı qoruyur.

Ardı →

Biologiya = bios+loqos

Biologiya (yunanca «bios» — həyat, «loqos» — elm) həyat, onun forma və qanunauyğunluqları haqqında elmdir. Bu termini elmə ilk dəfə 1802-ci ildə fransız alimi J.B. Lamark və alman təbiətşünası Q.R. Treviranus bir-birindən xəbərsiz daxil etmişlər. Biologiya elmi canlılara məxsus bütün xüsusiyyətləri daşıyan orqanizmləri öyrənir.
Biologiya canlı təbiət, nəsli kəsilmiş və hazırda yaşayan canlı varlıqların quruluşunu, funksiyasını, əmələ gəlməsi, yayılması, çoxalması və inkişafını, orqanizmlərlə cansız təbiət arasında mövcud olan qarşılıqlı əlaqəni öyrənir. Bütün canlı orqanizmlər bir-birindən fərdi xüsusiyyətlərinə görə fərqlənir. Lakin onları birləşdirən yeganə xassə həyatdır.


Ardı →

Zoologiya

Zoologiya heyvanat aləmini öyrənən elmdir. Zoologiya yunan sözü olub, zoon — heyvan, loqos — elm deməkdir. Geniş mənada isə zoologiya heyvanat aləminin müxtəlifliyini, heyvanların quruluşunu və həyat proseslərini, onların inkişafını, həyat tərzini, yayılmasını, xarici mühitin müxtəlif amillərdən asılılığını, heyvanat aləminin tarixi inkişaf qanunauyğunluqlarını öyrənən elmdir.
Heyvanat aləmi təbiətin maraqlı, insanları özünə aludə edən cazibədar bir hissəsidir. İnsanlar onlardan maddi nemətlər istehsal etməklə yanaşı, həm də onlardan mənəvi zövq alırlar. Məhz buna görədir ki, insanlar yarandıqları ilk dövrlərdən heyvanlarla maraqlanmış və onlara sıx bağlanmışlar.


Ardı →

Bitkilər aləmi

Təbiət və cəmiyyətin inkişafında bitkilərin əhəmiyyəti böyükdür. Onlar daim Günəş enerjisini müxtəlif yanacaq enerjisinə və yüksək kalorili qida maddələrinə çevirir. Bitkilərin insanlara xidməti misilsizdir, bu xidmətdə onların havatəmizləyici rolu, insanların sağlamlığı keşiyində durması xüsusi yer tutur.
Planetin bitki örtüyü zəngin və müxtəlifdir. Dün­yada 560 min bitki növü mövcuddur ki, onların 300 350 mini mədəni bitkilərdir.Bitkilərin əmələ gəlməsi görkəmli alim K.A. Timiryazevin kəşf etdiyi fotosintez prosesinin nəticəsidir. Fotosintez prosesində günəş enerjisinin köməyi ilə atmosfer havasındakı karbon qazı, torpaqdakı su və mineral maddələr yaşıl kütləyə çevrilir. Fotosintez zamanı ilk maddə kimi qlükoza və oksigen qazı alınır.
Yayın isti günlərində yer səthi çoxlu günəş enerjisi alır.


Ardı →

Botanikanın tarixi

Botanika biologiyanın mühüm tərkib hissəsi olub, müstəqil bir elm kimi bitkilərin quruluşunu, təbiətdə yayılmasını, həyat tərzini, çoxalmasını, inkişafını, mənşəyini və s. öyrənir, tədqiq edir.
Botanika elmi öz inkişafına qədim dövrlərdən başlamışdır. Elmin meydana gəlməsi insan cəmiyyətinin bitkilərdən istifadə etməsi ilə əlaqədardır. Təxminən bizim eradan 20 min il əvvəl mağaralarda yaşayan insanlar bitkilərdən qida və dərman kimi istifadə etməyi, faydalılarla zərərliləri fərqləndirməyi bacarmışlar.


Ardı →

Hüceyrələr haqqında

Hüceyrəni öyrənən elm sahəsi sitologiya adlandırılmışdır. О da bioloji elmlər sırasına daxildir. Müasir sitologiya hüceyrənin mikroskopik və ultra mikroskopik quruluşundan, onun funksiyasından, inkişafından, kimyəvi təşkil xüsusiyyətlərindən, fiziki-kimyəvi xassələrindən, özünü törətməsi, regenerasiyası, mühitə uyğunlaşmasından bəhs edən elmdir.
Hüceyrə orqanizmin çoxalan elementar canlı hissəsidir. Ona görə də biologiyanın inkişafı bir çox cəhətdən sitologiyanın inkişafı ilə əlaqədardır.
Canlılar adi gözlə görünməyən kiçik hüceyrələrdən təşkil olunmuşlar. Böyüdücü cihazların ixtirasından sonra onları öyrənmək mümkün olmuşdur. Hollandiyada optik cihaz ustaları ata və oğul Hans və Zaxariya Yansenlər tərəfindən 1590-cı ildə ilk mikroskop tipli cihaz quraşdırılmışdır.


Ardı →

Təbiət elmlərinin tarixi

Qədim natur-fəlsəfədə təbiət haqqında fikirlərə rast gəlinir. Onlar təbiət elmlərinin bünövrəsi olmuşdur. Təbiət elmləri əvvəllər təbiəti seyr etməklə, yəni müşahidə metodu ilə öyrənilirdi. Təbiəti öyrənməyin müasir metodları yarandıqdan sonra təbiət elmləri, o cümlədən biologiya elmi sürətlə inkişafa başladı.
N.Kopernikin dünyanın heliosentrik sistemi haqqında ilk təlimi təbiət elmlərinin inkişafında inqilab yaratdı. XVI — XVIII əsrlərdə təbiətin sirlərinin öyrənilməsi ilə bağlı çoxlu faktik materiallar toplandı. XIX əsrdə enerjinin saxlanması və itməməsi qanunu, canlı   orqanizmlərin   hüceyrə   quruluşu   nəzəriyyəsi,
Ç.Darvinin təkamül təlimi təbiət elmlərinin inkişafında əsaslı dönüş yaratdı.


Ardı →

XXI əsrin əvvəlində biologiya

Müasir təsnifatda heyvanları tip, sinif, dəstə, fəsilə, cins, növ kateqoriyalarına uyğun təsnifləşdirirlər. Bu qruplar da öz növbəsində daha kiçik qruplara ayrıla bilər. Müasir təsnifatda heyvanlar aləmi 24 tipdə cəmləşir.
Hazırda dünyada mövcud olan canlıları hüceyrəsiz varlıqlara (viruslar), birhüceyrəlilərə və çoxhüceyrəlilərə bölürlər.
Elmin tədqiq etdiyi canlılar aləmi çox müxtəlif və rəngarəngdir. Belə ki, Yer üzərində 500 minə yaxın bitki, 2 milyondan çox heyvan, yüz minlərlə göbələk, bakteriya növü qeydə alınmışdır. Canlı və cansız təbiət bir-biri ilə sıx bağlıdır. Onların bir sıra ümumi və xüsusi əlamətləri vardır.


Ardı →

Sovet hakimiyyəti illərində biologiya

Keçmişin səhvlərini aydınlaşdırmaq bu gün ən vacib məsələdir, yoxsa, o, yenidən təkrar oluna bilər.
1930 — 1950-ci illərdə sovet biokimyasında faciə ona görə yarandı ki, ondan ideoloji mübarizə cəbhəsi kimi istifadə etdilər və onu «burjua» biologiyasına qarşı qoydular. Həmin illərdə başqa elmləri — fizika, kimya elmlərini də siyasi mübarizəyə cəlb etmək istədilər. Lakin kimyaçılar və fiziklər bu hücumların qarşısını ala bildilər.
Biologiyanın əsasən genetika, sitologiya, fiziologiya və biokimya sahələri darmadağın edildi ki, bu da istər-istəməz onun başqa sahələrinə də məhvedici təsir göstərdi.


Ardı →

Genetika

XX əsrin əvvəllərində bitkiçilikdə və heyvandarlıqda tədqiqatlar nəticəsində əlamətlərin valideynlərdən nəslə keçməsi haqqında çoxlu məlumatlar toplanmışdır. XVIII əsrin ikinci yarısında alman alimi İ.Kelyerter 54 növ bitkilərin hibridlərini tədqiq edərək əlamətlərin nəslə keçməsinin bəzi qanunauyğunluqlarını müəyyən etmişdir. O, ilk dəfə olaraq bitkilərdə müxtəlif cinslilik aşkar etmişdir. Bundan əlavə Fransada O.Sajre və Ş.Noden, İngiltərədə T.Nayt, Almaniyada A.Qartner bitkiçilikdə növlərarası və növdaxili çarpazlaşmalar nəticəsində xüsusi əhəmiyyət kəsb edən nəticələr əldə etmişlər.


Ardı →