Рейтинг
+60.64

Biologiya

44 üzv, 122 topik

Zoologiyaya aid 100 məlumat,termin və qayda

1.Cücüləri öyrənən elm entomologiya adlanır.
2.Məməliləri öyrənən elm teriologiya adlanır.
3.Heyvanların quruluş xüsusiyyətlərini öyrənən elm morfologiya adlanır.
4.Heyvanların yayılmasını öyrənən elm zoocoğrafiya adlanır.
5.Heyvanların davranışını öyrənən elm etologiya adlanır.
6.İlk dəfə sistematikanın prinsiplərini qeyd edərək onları 6 sinfə bölən,növ haqqında təlim yaradan,müasir sistematikanın əsasını qoyaraq insanı zooloji növ kimi göstərən alim Karl Linney olmuşdur.
7.İbtidai onurğasızları öyrənən,heyvanların 14 sinfini qeyd edən,heyvanları onurğasızlar və onurğalılara bölən,təbiətin tarixi inkişafı-təkamül təliminin banisi,ilk dəfə insanın insanabənzər meymundan əmələ gəlməsi hipotezini irəli sürən alim Jan Batist Lamark olmuşdur.
8.Təkamül təlimi nəzəriyyəsini şərh edən,təbii seçmə anlayışını elmə gətirən alim Çarlz Darvin olmuşdur.
9.Ən böyük aralıq vahid(sistem vahidlərindən əlavə vahid) imperiyadır.(canlılar imperiyası)
10.İbtidailəri ilk dəfə görən alim Antoni Van Levenhuk olmuşdur.
Ardı →

Biologiya test sualları

I. Bitkilər


1. Sfaqnum hansi bitki qrupuna aiddir?
A) yosunlar                       B) mamırlar
C) qıjıkimilər                    D) çılpaqtoxumlular
E) örtülü toxumlular


9. Plaun hansı bitki qrupuna aiddir?
A) örtülütoxumlular         B) yosunlar
C) qıjıkimilər                    D) çılpaqtoxumlular
E) mamırlar


Ardı →

Mendel qanunu

Mendel qanunu Qreqor Iohann Mendelin təcrübə və tədqiqatlarına əsaslanan orqanizmlərin irsi əlamətlərinin nəsildən-nəsilə ötürülməsi prinsiplərini izah edən klassik genetikanın əsasını təşkil edən, irsiliyin malekulyar mexanizmlərini və «təmiz qamet hipotezini» izah edən qanun. Mendel qanununun məğzi ondan ibarət idi ki, hər bir canlı orqanizm irsi əlamətləri daşıyan, hal-hazırda gen adlandırılan əsas hissəciklərə malikdirlər. Bu hissəciklər vasitəsilə irsi xasiyyət və əlamətlər nəsildən-nəsilə ötürülmüş olur.


Ardı →

Sporlular tipi. Malyariya paraziti

Sporlular tipinin bütün nümayəndələri parazitdirlər. Əksər növlərdə qeyri-cinsi çoxalma, cinsi çoxalma və spor əmələgətirmə növbələşir. Çoxlu sayda nümayəndələri insanda və heyvanda ağır xəstəliklərin törədiciləridir. Parazit həyat tərzi ilə əlaqədar olaraq quruluş xüsusiyyətləri sadələşmişdir. Bu tip iki sinfi özündə birləşdirir: koksidikimilər və qreqarinlər.
Koksidikimilər sinfi. Bu sinfin nümayəndələri hüceyrədaxili parazitlərdir. Qeyri-cinsi çoxalması çoxlu sayda bölünmə (sizoqoniya) formasında baş verir. Sinfin tipik nümayəndəsi malyariya parazitidir. Bu parazitin cinsi çoxalması anofeles cinsindən olan dişi ağcaqanadın bədənində, qeyri-cinsi çoxalması isə insan orqanizmində baş verir.
Ardı →

Qamçılılar sinfi. Yaşıl evqlena və volvoks

Qamçılılır sinfi. Qamçılılar sinfinin nümayəndələri bir və ya bir neçə qamçıya malikdir. Bəzi nümayəndələrində eyni zamanda həm qamçı, həm də yalançı ayaqlar olur. Xüsusi bədən örtüyünə malik olduqları üçün əksəriyyəti nisbi sabit bədən formasına malikdirlər. Əksəriyyəti heterotrof, bəziləri isə avtotrof yolla qidalanırlar. Əksəriyyəti sərbəst yaşayır, digərləri isə parazitdirlər.
Yaşıl evqlena və volvoks. Çirklənmiş şirin sulu gölməçələrdə yaşayan yaşıl evqlenin bədəninin uzunluğu 0,05 mm-ə qədərdir (şəkil 8). Yaşıl evqlen işıqda yaşıl bitkilər kimi avtotrof yolla qidalanaraq qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edirlər.
Ardı →

Yarpaq və yarpağın quruluşu

Bitkinin ən mühüm orqanı yarpaqdır.Heç bir bitki orqanı, yarpaq qədər çox vəzifə daşımır.
Yarpaq, aya və saplaqdan ibarətdir. Yarpağın ayası müxtəlif bitkilərdə müxtəlif şəkildə olur. Yarpağın ikinci hissəsi olan saplaq, yarpaq ayasını zoğa birləşdirir. Saplaq yarpaq ayasını günəş şüalarına doğru yönəldir. Sapalaqsız yarpağa oturaq yarpaq deyilir.
Yarpaq ayaları bir-birindən formalarına və kənarlarına görə də fərqlənir.
Ardı →

Çobanyastığının faydaları

Çobanyastığı bitkisi Mürəkkəbçiçəklilər fəsiləsinə aiddir. Yol kənarlarında və boş ərazilərdə özbaşına bitən xoş qoxulu sarı-ağ rəngdə çiçəklər açan bir bitkidir. Əsasən adi çobanyastığı və matrikaria kamomilla növləri geniş yayılıb. Bu bitkini əldə etmək elə də çətinlik yaratmır. Ölkəmizdə çobanyastığının bir çox növləri yayılıb. Adi çobanyastığı yabanı halda düzənliklərdə, səhralıqlarda və quru yerlərdə bitir. Azərbaycanda əsasən Kür–Araz ovalıqlarında geniş yayılıb. Ətirli çobanyastığı alaq bitkisi kimi Azərbaycanın bütün rayonlarında bitir.
Davamı →

Fotosintez - Təbiətin nəfəsi

Fotosintez nədir? Fotosintez necə baş verir?

Yaşıl yarpaqlı bitkilərdə üzvi qida maddələrinin yaradılması prosesinə fotosintez deyilir. Yaşıl yarpaqlı bitkilər fotosintez edərkən işıq enerjisinə ehtiyac duyurlar. Bu səbəbdən günəş enerjisi yaşıl yarpaqlı bitkilər üçün çox vacibdir. Bitkilər də heyvanlar və insanlar kimi canlı varlıqlardır. Yeməklərini özləri istehsal edirlər. Bu istehsal mərhələsində fotosintez işə düşür. Fotosintez işıq enerjisi ilə baş verən bir fəaliyyətdir.

Davamı →

Torpağın duzu

Dostumun valideynləri 1997-ci ildə Mərkəzi Avropanı “yıxan” milenium fəlakətindən cəmi iki həftə sonra evləniblər və anası xatırlayır ki, o evlənəndə kilsənin içi, haradasa, bir metr su ilə örtülü idi. Demək olar ki, hər il yaz yağışları ilə canlanan Dünyanın bir çox çayları bəzən hədlərini aşır, suyun səviyyəsi qalxır və öz yataqlarından çıxıb başqa çay yataqlarına girir.
Ancaq buna baxmayaraq, planetimiz qurumağa, suyunu itirməyə davam edir, çünki bu, balanslaşmış şəkildə baş vermir. Bəzi fərziyyələrə görə dünyanın iqlim qurşaqları cənubdan şimala doğru hərəkət edir, bu da indi isti yağışları ilə yadda qalan ekvatorial cəngəlliklərin subtropik və tropikə çevrilməsi, eyni zamanda şimala getdikcə quraq iqlimin ekvatorialla əvəzlənməsi, mülayim qurşağın qütblərə yayılması deməkdir. Bu proses ilk baxışdan sadə görünsə də, əslində bir o qədər də bəsit deyil. Gələcəkdə çox ciddi problemlər yaradacaq, həm aclığa, həm də su müharibələrinə gətirib çıxaracaq səhralaşma prosesinin başlanğıcı da sayıla bilər bütün bunlar.

Davamı →