Рейтинг
+60.64

Biologiya

44 üzv, 122 topik

Bitkilər necə xəbərləşirlər

Bitkilər yerin altındakı göbələk torundan istifadə edərək bitki bitlərinin hücumunu bir-birlərinə xəbər verirlər.

Bitkilərin hava yolu ilə xəbərləşdiyi bundan əvvəl sübut olunmuş, məhv olmuş bitkinin sorduğu kimyəvi maddələrin qonşu bitki tərəfindən müəyyən edildiyi üzə çıxarılmışdı.

Yeni aparılmış bir tədqiqata əsasən, bitkilər yerin altındamycorrhizae adlıgöbələklərdən ibarət tor ilə bir-birlərinə bağlıdırlar.

“Ecology Letters” adlı jurnalda dərc olunmuş tədqiqat bu göbələklərin bitkilər arasında ünsiyyətə kömək etdiyini aşkar edib.

İngiltərədəki ekoloji tədqiqat institutlarının apardığı tədqiqatda göbələklərin əmələ gətirdiyi ipəbənzərtoruntəsirləri tədqiq olunub.

Tədqiqat qrupu xüsusilə bitki biti hücumunun təsirini araşdırıb.


Ardı →

Bitkilərin fərqli rəngləri necə meydana gəlir

Nə üçün çiçəklərin bu qədər müxtəlif rəngli. yarpaqları isə yaşıldır?
Meyvələr, tərəvəzlər, çiçəklər və ağacların hər birinin müxtəlif rəngi, qoxusu və dadı var. Ətrafınızda hər an gördüyünüz, bəzən də ancaq kitablardan tanıdığınız bitkilərin hər birinin özünəməxsus rəng və naxışları var. Hamısının çoxalma forması fərqlidir, tərkiblərindəki nektarın miqdarı, qoxuları da fərqlənir.

Məlum olduğu kimi, bitkilər aləmində hakim rəng yaşıl və yaşılın çalarlarıdır. Yaşıl rəngi əmələ gətirən əsas maddə isə xlorofildir. Çox mühüm maddə olan xlorofil bitki hüceyrəsinin sitoplazmasında yayılmış halda yerləşən xloroplastlardakı piqmentdir. Günəşdən qəbul etdikləri işığı asanlıqla udan bu piqmentlər ancaq yaşıl rəngi əks etdirirlər. Bu xüsusiyyət yarpaqlara yaşıl rəng verməklə yanaşı, fotosintez kimi həyati əhəmiyyətli prosesin həyata keçməsini də təmin edir.


Ardı →

Qan ağlayan ağac

Pterocarpus angolensis – tik ağacı növündən olan bu ağac daha çox Afrikanın cənubunda bitir.

Bu ağacı çox vaxt “qanı axan” ağac adlandırırlar. Ağaca bu ad heç də boş yerə verilməmişdir. Bu ağacı yaralayarkən, hər hansı bir budağını qırarkən və ya kəsmək istəyərkən, ağac qatı tünd qırmızı rəngli (eyni ilə qana bənzər) şirə ifraz edir, sanki, qanı axır.

Bu ağacin iri bir budağı və ya gövdəsi mişarlanarkən bir dəqiqənin içərisində ağac “al qana” boyanır. Sanki bir canlının bədəninin hansısa bir hissəsi kəsilib və canlının damarlarından qan axır. Bu səbəbdən də Pterocarpus angolensis ağacına “qanı axan” adı verilmişdir.

Ağacın ifraz etdiyi tünd qırmızı şirəni Afrikada təbii rəngləyici maddə kimi də istifadə edirlər. Bu təbii rənglərdən istənilən sahədə istifadə edilir. Çünki keyfiyyət baxımından çox yaxşı təbii boya hesab edilir. Hətta bayram günlərində yerli əhali ağacın ifraz etdiyi “rəng”lə bədənlərini də boyayırlar.

Ağacın ifraz etdiyi tünd qırmızı şirədən təkcə boyaq maddəsi kimi deyil, şəfaverici bir maye kimi də istifadə edilir. Deyilənə görə bu şirəni heyvan yağı ilə qarışdırıb bədənə sürtməklə bir çox xəstəlikləri müalicə etmək mümkündür. Belə ki, heyvan yağı ilə qarışdırılmış ağacın şirəsini bədənə sürməklə; qan xəstəliklərini, malyariya, qızılca, qızdırma, gözlə bağlı problemləri, mədəni, oynaq ağrıları və bədənin istənilən yerində olan kəskin ağrıları yox etmək, müalicə etmək mümkündür.
Ardı →

Biologiya rəqəmlərdə-4

1.    Darvinə görə təkamülün 3 əsas hərəkətverici qüvvəsi var (Təbii seçmə, yaşamaq uğrunda mübarizə, irsi dəyişkənlik)
2.    Qızıl səbt (mürəkkəbçiçəklilər) bitkisinin çiçək qrupunda kənar dilcikşəkilli çiçəklərin sayı 5-dən 8-ə qədər dəyişir.
3.    Meşə əsməsi (qaymaqçiçəklilor) bitkisinin çiçək qrupunda  ləçəklərin sayı 6-dan 8-ə qədər doyişir.
4    Dişi askarid sutkada 200 min yumurta qoyur
5    Boz siçovul ildə 5 nəsil, hər nəsildə orta hesabla 8 bala verir.
6.    Yaşamaq uğrunda mübarizənin 3 forması var (növdaxili, növlərarası, qeyri-əlverişli mühit şəraiti ilə)
7.    Darvindən sonra təkamülün 2 yeni amili kəşf edilmişdir. (həyat dalğalan, izolyasiyalar və ya təcridolunma)
8.    Tikanlı balıq yuvaya 120-150 kürü qoyur.
9.    Treska 4 milyona qədər kürü qoyur.
10.    Mikrotəkamül (növəmələgəlmə) 2 yolla gedə bilər (coğrafı, ekoloji)
Ardı →

Biologiya rəqəmlərdə-3

1.    İnsan orqanizmində 3 cür daxili mühit mayesi (toxuma mayesi, qan, limfa) olur.
2.    İnsan orqanizmində 4 qrup toxuma vardır. (Epitel, birləşdirici, əzələ, sinir)
3.    Vəzilər 3 cür olur: daxilı sekresiya, xarici sekresiya və qarışıq.
4.    İnsan əziyyət çəkmədən 120°C temperatur fərqində (+50°C-dən 70 C — yə qədər) yaşaya bilir.
5.    1 sinir hüceyrəsinə (neyrona) təxminən 10 peyk hüceyrəsi düşur. Yəni sinir toxumasının 11 hüceyrəsindən biri neyrondur.
6.    Hər bir neyronda 2 cür (akson, dendrit) çıxıntı ola bilər.
7.    Hər bir neyronun ancaq 1 aksonu ola bilor.
8.    Aksonun uzunluğu 1 m-ə çata bilər.
9.    3 cür neyron var (duyğu, hərəki, ara)
10.    3 cür sinir var (duyğu, hərəkı, qarışıq)
Ardı →

Biologiya rəqəmlərdə-2

1.    Adi amöbanın 1 ifrazat qovuqcuğu olur.
2.     Çoxalma zamanı bir amöba 2 yerə bölünür.
3.    Yaşıl evqlenanın 1 qamçısı olur.
4.     Yaşıl evqlenanın 1 ifrazat qovuqcuğu var.
5.    Yaşıl evqlenanın 1 qırmızı gözcüyü var.
6.    Yaşıl evqlenanın 20-dən çox xloroplastı olur.
7.    Evqlena 2 yerə bölünməklə çoxalır.
8.    Bir volvoks koloniyasmda 1000-ə qədər hüceyrə ola bilər.
9.     Hər bir volvoks hüceyrəsində 1 nüvə və 1 xloroplast olur.
10.     Hər bir volvoks hüceyrəsində 2 qamçı olur. (1 koloniyada 2000 qamçı)
Ardı →

Biologiya rəqəmlərdə-1

1.    Lupa əşyanı 2-25 dəfə böyüdür.
2.    Lupada 1 böyüdücü şüşə olur.
3.    Levenhukun mikroskopu 270 dəfə böyüdürdü.
4.    Müasir işıq mikroskopu  əşyanı  3600  dəfə böyüdür.
5.    Okulyarda 2 böyüdücü şüşə olur.
6.    Palıd ağacının ömrü 1000 ildir.
7.    Alma bitkisinin kökü 3-4 m dərinliyə, 15 m yanlara yayılır.
8.    Kökün əmici tellərinin uzunluğu 10 mm-dən çox olmur.
9.    Dəvətikanı bitkisinin kökü 15 m dərinliyə gedir.
10.    2 cür kök sitemi var: mil və saçaqlı.
Ardı →

Sevimli güllər haqqında

Qızılgül - dekorativ çiçək becərmədə gülçiçəklilər fəsiləsinin itburnu cinsinə aid mədəni bitki növlərinin qəbul olunmuş adı. Qızılgülün kök sistemi milvarıdır və torpağın 5 mdərinliyinə kimi işləyir. Çox gövdəli olmaqla, budaqlıdır. 1,5-2 mhündürlükdə koldur, yaşıl və ya qırmızı-yaşıl tikanlı gövdəsi vardır. Yarpaqları gövdə üzərində növbə ilə yerləşir. İri kolunda 800-1000 ədəd çiçək əmələ gəlməklə, çiçəyində 60-120 ləçək olur. Ətraf mühitdən asılı olaraq,efiryağlı qızılgül 30-50 il ömür sürür. Bu dövrdə bitkinin budaqları tez-tez dəyişir. Qızılgüldə iki tip çoxillik budaqlar: Əsas və ya anac və boyu tükənən budaqlar mövcuddur. Beş tip birillik zoğları (boy-verən, vaxtsız çıxan, yağlı, generativ və silleptik) vardır. Əsas və ya anac budaqlar 5-6 yaşda olub,üzərində güçlü inkişaf etmiş boy və generativ zoğları daşıyır.



Ardı →

Dracula simia- Meymun səhləbi

Dracula simia, çox nadir çiçək. İkinci adı — meymun səhləbi. Məsələ ondadır ki, qönçəni ortasında həqiqətən də meymunun sifətinə bənzəyir. Yeri gəlmişkən, gül yalnız dağ rayonlarında Ekvador, Kolumbiya və Peru üzərində dəniz səviyyəsindən 2000 metrdən 1000 metrədək yüksəklikdə artır. Kolleksiyaçılar deyirlər ki, meymun səhləbi yetişmiş portağalın iyi gəlir.


Ardı →

Çarlz Darvini təkamül nəzəriyyəsi haqqında

Çarlz Darvinin (Charles Darwin) 1859-cu ildə işıq üzü görmüş “Növlərin mənşəyi” adlı kitabı ilə gündəmə gələn təbii seçməyə əsaslanan Təkamül nəzəriyyəsi elə o vaxtdan bu günə qədər müzakirə predmetinə çevrilmişdir. Bu nəzəriyyə dünyadakı həyatın təsadüf nəticəsində meydana gəldiyini və bütün canlıların ortaq bir canlıdan törədiyini irəli sürür. Nəzəriyyəyə görə insan nəslinə ən yaxın canlılar meymunlardır.

Təkamülü müdafiə edən nisbətən insaflı alimlər bunun bir nəzəriyyə olduğunu etiraf etsələr də, nəzəriyyə insanlara elmi həqiqət kimi təqdim edilmişdir. Halbuki bunun yanlış olduğunu göstərən və gündən-günə çoxalan elmi dəlillər var. Bu yaxınlarda isə insanlarla meymunların genetik oxşarlığı iddiasının da yanlış olduğu isbat edildi. Məşhur “Nature” jurnalının son sayında çap olunan "Şimpanze xromosomu qarışıqlığa səbəb oldu" adlı məqalə insan və şimpanze genlərinin daha çox fərqləndiyini ortaya qoyuldu. ABŞ-da biokimya sahəsində şöhrət qazanmış prof. Mişel J. Behedən (Michael J. Behe) bu haqda müsahibə aldıq. Kitab və məqalələrində Təkamül nəzəriyyəsini tənqid edən prof. Behe müsahibəsində həyatın yaranması haqqında maraqlı açıqlamalar verdi:


Ardı →