Süngərlər tipi. Şirin su süngəri
Çoxhüceyrəli heyvanın yaşayışı bədəndə olan bütün hüceyrələr qrupunun birgə fəaliyyətindən asılıdır.
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
İnsanın biologiyası iki bölməyə ayrılır: morfologiya və fiziologiya.
Morfologiya orqanizmin formasından, daxili quruluşundan — strukturasından bəhs edən elmə deyilir. Fiziologiya üzvlərin vəzifələrindən bəhs edən elmdir. Forma və vəzifə bir-birilə sıx rabitədədir, bir-birini tamamlayır. Forma vəzifəyə təsir etdiyi kimi vəzifə də formaya təsir edir ki, onlar daim bir-biri ilə qarşılıqlı əlaqədə olur.
Anatomiya morfoloji elmdir və tədqiqetmə metoduna görə iki şöbəyə ayrılmışdır: makroskopik və mikroskopik anatomiya. Makroskopik anatomiya orqanizmi cihazsız, göz ilə yaxud bəzən az dərəcədə böyüdücü optik alətlərlə öyrənir. Mikroskopik anatomiya mikroskop vasitəsi ilə orqanizmin incə quruluşunu tədqiq edir. Bu elm öz növbəsində bir neçə şöbəyə ayrılır: 1) sitologiya — hüceyrələrdən, 2) histologiya — toxumalardan, 3) orqanologiya — üzvlərin mikroskopik quruluşundan bəhs edən elm.
Azərbaycanın heyvanlar aləmi haqqında ilk məlumatlara qədim yunan və Roma səyyahlarının (Herodot, Klavdi Elian), coğrafiyaşünasların (Əl-İstəhri, Rubruk, Taveriye, Oleari, X-XII əsrlər) əsərlərində, böyük Azərbaycan şairlərinin (Nizami, XII əsr; Füzuli, XVI əsr) və s-də rast gəlmək olar.
S.Q. Qamelinin 1770 və 1773-cü illərdə ölkəmizə gəlişi Azərbaycan faunasının tədqiqatının başlanğıcı sayılmalıdır. Görkəmli təbiətşünaslardan Menetrie, Hohenhaker, Radde, Ber, Qrimm, Kessler və başqaları müxtəlif vaxtlarda Azərbaycanda olmuş, maraqlı tədqiqatlar aparmışlar. Onlar bir çox yeni heyvan növləri təsvir etmişlər.
Hüceyrə haqqında elm sitologiya adlanır. Bu elm hüceyrələrin quruluşunu, kimyəvi tərkibini, funksiyalarını, çoxalma və inkişafını, ətraf mühit şəraitinə uyğunlaşmasını öyrənir.
XVII əsrin ortalarında ilk dəfə ingilis alimi Robert Huk «hüceyrə» terminini işlətmişdir. Sonra 1680-ci ildə Anton Levenhuk mikroskopdan istifadə edərək, birhüceyrəli orqanizmləri kəşf etdi.
XIX əsrin ortalarında alman fizioloqu Teodor Şvann (1839) hüceyrə nəzəriyyəsinin əsasını qoymuşdur.
Hüceyrə bütün canlı orqanizmlərin struktur və funksional vahididir.
Bütün birhüceyrəli və çoxhüceyrəli orqanizmlərin hüceyrələri quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinin əsas təzahürünə və maddələr mübadiləsinə görə oxşardır (homoloqdur).