Рейтинг
+60.64

Biologiya

44 üzv, 122 topik

Heyvanların qidalanması

Heterotrof qidalanma. Qidalanma prosesində hazır üzvi maddələrdən istifadə edən canlılar heterotrof (yun. “hetero” – müxtəlif, “trofe” – qidalanma) orqanizmlər adlanır.
Həzm prosesi. Heyvanların həzm prosesi ilk növbədə qidanın tutulması və udulması ilə başlayır. Quru ilbizləri qidanı əzələli udlağı ilə xırdalayır. Arı, kəpənək və milçəklər çiçəklərin nektarını sorurlar. İlanlar şikarlarına hücum edərək onları bütöv udsalar da, qurbağalar yapışqanlı dilləri ilə tuturlar. Əksər orqanizmlərdə qidanın mənimsənilməsi həzm sistemi vasitəsilə həyata keçirilir. Məməlilərdə həzm sisteminə ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik bağırsaq və yoğun bağırsaq aiddir.
Davamı →

Bakteriya və göbələklərin qidalanması


Bakteriyaların qidalanması. Bakteriyaların bir çoxu hazır üzvi maddələrlə, yəni heterotrof yolla qidalanır. Heterotrof bakteriyaların bir qismi məhv olmuş orqanizmlərin üzvi qalıqları ilə qidalanır. Bunlara saprofit bakteriyalar deyilir. Saprofit bakteriyalar məhv olmuş orqanizmlərin çürüməsində, südün qatığa çevrilməsində, kələmin turşumasında və s. iştirak edirlər.
Bitkilərin, heyvanların və həmçinin insanın müxtəlif toxumalarında yaşayan və xəstəliktörədən bakteriyalar da məlumdur. Onlara parazit bakteriyalar deyilir.
Davamı →

Bitkilərdə tənəffüs

Canlılarda tənəffüs. Әksər orqanizmlər həyat fəaliyyəti prosesində oksigeni udur və karbon qazını xaric edir. Bu proses tənəffüs adlanır. Tənəffüs zamanı orqanizmlər tərəfindən fasiləsiz udulan oksigen üzvi maddələrin karbon qazı və suya qədər parçalanmasında iştirak edir. Belə parçalanma nəticəsində həyat üçün zəruri olan enerji ayrılır. Bu enerji böyümə, inkişaf, çoxalma kimi müxtəlif həyat proseslərinə sərf olunur.
Davamı →

Hüceyrənin qeyri-üzvü birləşmələri

Hüceyrənin qeyri-üzvi birləşmələrinə su və mineral duzlar aiddir. Su – hüceyrənin tərkibində ən çox olan maddədir. Onun hüceyrədə miqdarı orqanizmin növündən, yaşayış şəraitindən, hüceyrənin tipindən və funksional fəaliyyətindən asılı olaraq müxtəlifdir. Məsələn, su insanın sümük toxumasının 20%-ni, baş beyinin hüceyrələrinin 85%-ni təşkil edir.
Su hüceyrənin həcmini müəyyən edir və ona möhkəmlik verir. Hüceyrədə baş verən kimyəvi reaksiyalar su mühitində gedir. Su hüceyrənin həyat proseslərinin gedişini və mühitin sabit qalmasını təmin edir.
Davamı →

Hüceyrənin kimyəvi tərkibi

Hüceyrәnin element tәrkibi. Dövri sistemdə olan təxminən 110 elementdən 80-ə qədəri hüceyrədə rast gəlinir. Lakin bunlardan yalnız 27 elementin hüceyrədə müxtəlif funksiya yerinə yetirdiyi müəyyən edilmişdir. Hüceyrədə kütlə payı 0,001%-dən çox olan elementlər makroelementlәr, 0,001%-dən 0,000001%-ə qədər olanlar isə mikroelementlәr hesab olunur.
Makroelementlərə oksigen, karbon, hidrogen, azot, fosfor, kalium, kükürd, xlor, kalsium, maqnezium, natrium və dәmir aid edilir. Bu elementlər hüceyrədə vacib rol oynayır. Məsələn, maqnezium xlorofilin, dəmir isə hemoqlobinin struktur komponentidir. Kalsium və fosfor sümük toxumasının hüceyrəarası maddəsinin yaranmasında iştirak edərək sümüklərə möhkəmlik verir.
Davamı →

Təkamülün istiqamətləri və yolları

Təbiətdə təkamülün necə getdiyini başa düşmək üçün tarixi inkişafın əsas istiqamətlərini və yollarını müəyyən etmək lazım idi. Alimlər bu sahədə müəyyən işlər görmüşlər. Aleksey Nikolayeviç Severtsov və İvan İvanoviç Şmalhauzen təkamülün iki istiqamətdə — bioloji tərəqqi (proqress) və bioloji tənəzzüllə (reqress) getdiyini müəyyənləşdirmişlər.
Təkamül prosesi canlı orqanizmlərin ətraf mühitə fasiləsiz olaraq uyğunlaşması ilə gedir. Mühit şəraiti dəyişərsə, əlamətlər digər uyğunlaşma əlamətləri ilə əvəz olunur. Bu səbəbdən növlərin bəzisi tərəqqi edir, bəzisi isə tənəzzülə uğrayır.
Davamı →

Makrotəkamül - müqayisəli anatomiya dəlilləri

Makrotəkamül prosesi mikrotəkamül kimi divergensiya yolu ilə gedir. Ancaq bu prosesdə konvergensiyaya da tez-tez rast gəlinir. Divergensiya qohum növlərdə daha tez-tez müşahidə edilən homoloji orqanların yaranmasına səbəb olur.
Homoloji orqanlar. Mənşəcə eyni, quruluş və funksiyalarına görə bir-birindən fərqlənən orqanlar homoloji orqanlar adlanır. Suiti və delfinin ətrafları, noxudun bığcığı ilə kaktusun tikanı, insanın qolu ilə yarasanın qanadı buna misal ola bilər.
Davamı →

Makrotəkamülü isbat edən embrioloji dəlillər

Embriologiya elmi canlıların rüşeym mərhələsini öyrənir və təkamül dəlilləri verir. Darvin də orqanizmlərin fərdi inkişafının onların tarixi inkişafı ilə qarşılıqlı əlaqədə olduğunu söyləmişdir. Embrioloji dəlillər birhüceyrəlilərlə çoxhüceyrəlilər, onurğasızlarla onurğalılar və onurğalıların müxtəlif sinifləri arasında rüşeymlərin inkişafındakı oxşarlıqları üzə çıxarmışdır.
Onurğalı heyvanların inkişafı birhüceyrəli ziqotdan başlayır. Sonra hüceyrə bölünərək çoxhüceyrəli birqatlı rüşeymə (blastula) çevrilir.
Davamı →

Makrotəkamülü isbat edən paleontoloji dəlillər

Makrotəkamül də mikrotəkamül kimi divergent xarakter daşıyır. O, bir sıra elmi dəlillərlə isbat edilir.
Qazıntı halında tapılan qalıqlar təkamülü isbat edən mühüm dəlillər verir. Canlıların tapılan qalıqları onların hansı dövrdə və hansı şəraitdə yaşadığını, həm də qalıqların bizim dövrə qədər necə qorunub saxlandığını araşdırmağa imkan yaradır.
Arxeoloji qazıntılar nəticəsində canlıların diş, sümük, çanaq, dırnaq və s. qalıqları tapılmışdır. Müasir dövrdə yaşayan canlıları bu qalıqlarla müqayisə etdikdə onlarda müəyyən dəyişikliklərin baş verdiyini görmək mümkündür.
Paleontoloji dəlilləri aşağıdakı qruplara bölürlər.
Davamı →

İnsanın təkamülü

İnsanın heyvan mənşəli olmasına dair ilk fikirlər XVII əsrdə meydana çıxmağa başlamışdır. İlk dəfə Karl Linney insanı primatlar dəstəsində yerləşdirmişdir. Jan Batist Lamark insan əcdadının ağacdan yerə düşüb sürü halında yaşayan meymunabənzər heyvanlar olduğunu söyləmişdi. “İnsanın mənşəyi və cinsi seçmə” əsərində (1871) Ç.Darvin insanı təkamül zəncirinin son halqası hesab etmiş və müxtəlif dəlillərlə bunu sübut etməyə çalışmışdır. Onun fikirlərini Fridrix Engels “Meymunun insana çevrilməsində əməyin rolu” əsərində (1896) sübut etmişdir. İnsanın təkamülündə ictimai amillərin həlledici rol oynadığı sonralar öz təsdiqini tapmağa başlamışdır.
Davamı →