Рейтинг
+60.64

Biologiya

44 üzv, 93 topik

Genetika

XX əsrin əvvəllərində bitkiçilikdə və heyvandarlıqda tədqiqatlar nəticəsində əlamətlərin valideynlərdən nəslə keçməsi haqqında çoxlu məlumatlar toplanmışdır. XVIII əsrin ikinci yarısında alman alimi İ.Kelyerter 54 növ bitkilərin hibridlərini tədqiq edərək əlamətlərin nəslə keçməsinin bəzi qanunauyğunluqlarını müəyyən etmişdir. O, ilk dəfə olaraq bitkilərdə müxtəlif cinslilik aşkar etmişdir. Bundan əlavə Fransada O.Sajre və Ş.Noden, İngiltərədə T.Nayt, Almaniyada A.Qartner bitkiçilikdə növlərarası və növdaxili çarpazlaşmalar nəticəsində xüsusi əhəmiyyət kəsb edən nəticələr əldə etmişlər.


Ardı →

XXI əsrin əvvəlində biologiya

Müasir təsnifatda heyvanları tip, sinif, dəstə, fəsilə, cins, növ kateqoriyalarına uyğun təsnifləşdirirlər. Bu qruplar da öz növbəsində daha kiçik qruplara ayrıla bilər. Müasir təsnifatda heyvanlar aləmi 24 tipdə cəmləşir.
Hazırda dünyada mövcud olan canlıları hüceyrəsiz varlıqlara (viruslar), birhüceyrəlilərə və çoxhüceyrəlilərə bölürlər.
Elmin tədqiq etdiyi canlılar aləmi çox müxtəlif və rəngarəngdir. Belə ki, Yer üzərində 500 minə yaxın bitki, 2 milyondan çox heyvan, yüz minlərlə göbələk, bakteriya növü qeydə alınmışdır. Canlı və cansız təbiət bir-biri ilə sıx bağlıdır. Onların bir sıra ümumi və xüsusi əlamətləri vardır.


Ardı →

Homo Sapiens yaxud insan

Anatomiyanın tədqiq etdiyi obyekt — insandır. İnsan bütün canlı varlığın ən alisidir, eyni zamanda ictimai varlıqdır. İctimai həyat qanunları insan üçün əhəmiyyətli rol oynayır. İnsanlar arasındakı münasibəti heyvanlar arasındakı münasibətdən fərqləndirən amil əmək olmuşdur və insanın təbiəti bilavasitə əməklə bağlıdır. İndiki insan (insana latınca — homo və yunanca anthropos deyilir) öz fiziki quruluşuna görə xordalılar tipinə, onurğalılar yaxud kəlləlilər yarımtipinə, məməlilər Amniota sinfinə, ciftlilər bölgüsünə, primatlar dəstəsinə, hominid yaxud insanlar fəsiləsinə Homo sapiens və idraklı insan növünə aiddir.


Ardı →

Sovet hakimiyyəti illərində biologiya

Keçmişin səhvlərini aydınlaşdırmaq bu gün ən vacib məsələdir, yoxsa, o, yenidən təkrar oluna bilər.
1930 — 1950-ci illərdə sovet biokimyasında faciə ona görə yarandı ki, ondan ideoloji mübarizə cəbhəsi kimi istifadə etdilər və onu «burjua» biologiyasına qarşı qoydular. Həmin illərdə başqa elmləri — fizika, kimya elmlərini də siyasi mübarizəyə cəlb etmək istədilər. Lakin kimyaçılar və fiziklər bu hücumların qarşısını ala bildilər.
Biologiyanın əsasən genetika, sitologiya, fiziologiya və biokimya sahələri darmadağın edildi ki, bu da istər-istəməz onun başqa sahələrinə də məhvedici təsir göstərdi.


Ardı →

Azərbaycan faunası

Azərbaycanın müasir onurğalı heyvanlar aləminə 6 sinfə aid 634 növ daxildir. Bunlardan dəyirmiağızlılar 1, balıqlar — 97, suda-quruda yaşayanlar — 10, sürünənlər — 52, quşlar — 367, məməlilər isə — 107 növlə təmsil olunur. Onurğasızların 14000 növünü həşəratlar təşkil edir.


Ardı →

Anatomiyanın tarixi

Insanın anatomiyası insan orqanizminin zahiri şəklindən, daxili quruluşundan, inkişaf və mənşəyindən bəhs edən elmdir. «Anatomiya» sözü yunanca «anatemno» — yarıram, şərh edirəm sözündən alınmışdır. Yarma üsulu orqanizmin quruluşunu öyrənmək məqsədi ilə istifadə edilən əsas üsullardan biridir. Beləliklə, anatomiya elmi tədqiq metodlarından birinin adını daşıyır.
Anatomiya elminin inkişaf tarixi çox qədim zamanlardan başlayır. Hələ tarixdən əvvəl, yazı olmayan dövrlərdə ehtimal ki, insanın quruluşu haqqında səthi məlumata rast gəlinir. Bizim eradan bir neçə min il qabaq çinlilərdə və hindlilərdə heyvan orqanizminin quruluşu haqqında bəzi məlumat olmuşdur. Hindlilərin kitablarında insanın bədənində 7 qişa, 90 vətər, 900 bağ, 300 sümük, 3 maye olması haqda məlumata təsadüf edilir.


Ardı →

Ekologiya

Ekologiya (yunanca «ekos», «okos» yaşayış yeri, vətən, mənzil, «loqos» elm deməkdir) təbiət elmlərinin ən öncül, xüsusi əhəmiyyətə malik sahəsi olub orqanizmlərin bir-biri və xarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, onların yaşayış tərzində, inkişafında, çoxalmasında həmin amillərin rolunu, təbiətin (hava, su, torpaq, heyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə olunmasının qanunauyğunluqlarını, ekosistemləri, onların əlaqəsini, təbiətin dialektikasını öyrədir.
«Ekologiya» sözünü ilk dəfə D.Q. Toro (1858) işlətmişdir. Lakin ekologiyanın tərifini 1866-cı ildə alman bioloqu professor Ernest Hekkel vermişdir.


Ardı →

Zoologiyanın bölmələri

Hazırda zoologiya vahid bir elm deyildir. Bu sistemə daxil olan elm sahələri heyvanat aləmini ayrı-ayrı   nöqteyi-nəzərdən   öyrənir.    Nisbi  olaraq  və öyrənmək məqsədilə həmin elm sahələrini iki qrupa bölmək olar: heyvanat aləminin ümumi məsələlərindən bəhs edən elmlər və ayrı-ayrı qrup heyvanlardan bəhs edən elmlər. Ümumi məsələlərdən bəhs edən aşağıdakı elm sahələrini göstərmək olar:
Morfologiya. Morfologiya yunan sözü olub, morfe — forma, loqos — elm deməkdir. Morfologiya şərait və mənşəyi ilə əlaqədar olaraq heyvanların quruluşunu öyrənən elmdir.


Ardı →

Zoologiya

Zoologiya heyvanat aləmini öyrənən elmdir. Zoologiya yunan sözü olub, zoon — heyvan, loqos — elm deməkdir. Geniş mənada isə zoologiya heyvanat aləminin müxtəlifliyini, heyvanların quruluşunu və həyat proseslərini, onların inkişafını, həyat tərzini, yayılmasını, xarici mühitin müxtəlif amillərdən asılılığını, heyvanat aləminin tarixi inkişaf qanunauyğunluqlarını öyrənən elmdir.
Heyvanat aləmi təbiətin maraqlı, insanları özünə aludə edən cazibədar bir hissəsidir. İnsanlar onlardan maddi nemətlər istehsal etməklə yanaşı, həm də onlardan mənəvi zövq alırlar. Məhz buna görədir ki, insanlar yarandıqları ilk dövrlərdən heyvanlarla maraqlanmış və onlara sıx bağlanmışlar.


Ardı →

Botanikanın tarixi

Botanika biologiyanın mühüm tərkib hissəsi olub, müstəqil bir elm kimi bitkilərin quruluşunu, təbiətdə yayılmasını, həyat tərzini, çoxalmasını, inkişafını, mənşəyini və s. öyrənir, tədqiq edir.
Botanika elmi öz inkişafına qədim dövrlərdən başlamışdır. Elmin meydana gəlməsi insan cəmiyyətinin bitkilərdən istifadə etməsi ilə əlaqədardır. Təxminən bizim eradan 20 min il əvvəl mağaralarda yaşayan insanlar bitkilərdən qida və dərman kimi istifadə etməyi, faydalılarla zərərliləri fərqləndirməyi bacarmışlar.


Ardı →