Рейтинг
+60.64

Biologiya

44 üzv, 122 topik

Bonsai sənəti

Bonsai, xüsusi texnikalarla ağacların qab içində budanarak
və bodurlaştırarak böyüdülməsi sənətidir.

Yaponca olan bu söz, nimçə ( qab ) mənasını verən " bon " və bitki mənasını verən " sai " sözlərindən götürülmüşdür, saxsıdaki ağac və ya bitki mənasını verər. Bonsai sənəti Yaponiyaya 7-9. əsrlərdə Çindən gəlmişdir. Çində Penjing adı verilən ağac minyatürleştirme sənətinin minlərlə illik tarixi var. Yalnız penjingin bir fərqi vardır. Penjingde bir tək saxsıda bir ağac deyil, məsələn bir neçə miniatür ağacın kölgəsində oturan bir kəndli təsvir edilməkdə idi.

Yetişdirilməsi
Bonsailer miniatür olmalarına baxmayaraq ətrafımızda gördüyümüz ağaclardan heç bir fərqləri yoxdur. Diqqətlə seçilən ağac budaqları, budanarak və maraqla yetiştirilerek miniatür ağac görünüşü qazanar.

    


Ardı →

Biologiya rəqəmlərdə-2

1.    Adi amöbanın 1 ifrazat qovuqcuğu olur.
2.     Çoxalma zamanı bir amöba 2 yerə bölünür.
3.    Yaşıl evqlenanın 1 qamçısı olur.
4.     Yaşıl evqlenanın 1 ifrazat qovuqcuğu var.
5.    Yaşıl evqlenanın 1 qırmızı gözcüyü var.
6.    Yaşıl evqlenanın 20-dən çox xloroplastı olur.
7.    Evqlena 2 yerə bölünməklə çoxalır.
8.    Bir volvoks koloniyasmda 1000-ə qədər hüceyrə ola bilər.
9.     Hər bir volvoks hüceyrəsində 1 nüvə və 1 xloroplast olur.
10.     Hər bir volvoks hüceyrəsində 2 qamçı olur. (1 koloniyada 2000 qamçı)
Ardı →

Biologiya rəqəmlərdə-1

1.    Lupa əşyanı 2-25 dəfə böyüdür.
2.    Lupada 1 böyüdücü şüşə olur.
3.    Levenhukun mikroskopu 270 dəfə böyüdürdü.
4.    Müasir işıq mikroskopu  əşyanı  3600  dəfə böyüdür.
5.    Okulyarda 2 böyüdücü şüşə olur.
6.    Palıd ağacının ömrü 1000 ildir.
7.    Alma bitkisinin kökü 3-4 m dərinliyə, 15 m yanlara yayılır.
8.    Kökün əmici tellərinin uzunluğu 10 mm-dən çox olmur.
9.    Dəvətikanı bitkisinin kökü 15 m dərinliyə gedir.
10.    2 cür kök sitemi var: mil və saçaqlı.
Ardı →

Maraqlı bitkilər

Bu sevimli bitki, quş yumurtasına bənzəyən çox məhsuldar, yumurta böyüklüyündə ağ badımcan növüdür. Bitkinin görünüşünə gğrə «Yumurta Ağacı» adını vermişlər. Dadı çox ləzzətlidir. Saxsıda və bağçada dəyişik növdə badımcan yetişdirmək istəyənlərin əkməsi lazım olan, tez məhsul götürəcəyi bir növdür.


Ardı →

Sevimli güllər haqqında

Qızılgül - dekorativ çiçək becərmədə gülçiçəklilər fəsiləsinin itburnu cinsinə aid mədəni bitki növlərinin qəbul olunmuş adı. Qızılgülün kök sistemi milvarıdır və torpağın 5 mdərinliyinə kimi işləyir. Çox gövdəli olmaqla, budaqlıdır. 1,5-2 mhündürlükdə koldur, yaşıl və ya qırmızı-yaşıl tikanlı gövdəsi vardır. Yarpaqları gövdə üzərində növbə ilə yerləşir. İri kolunda 800-1000 ədəd çiçək əmələ gəlməklə, çiçəyində 60-120 ləçək olur. Ətraf mühitdən asılı olaraq,efiryağlı qızılgül 30-50 il ömür sürür. Bu dövrdə bitkinin budaqları tez-tez dəyişir. Qızılgüldə iki tip çoxillik budaqlar: Əsas və ya anac və boyu tükənən budaqlar mövcuddur. Beş tip birillik zoğları (boy-verən, vaxtsız çıxan, yağlı, generativ və silleptik) vardır. Əsas və ya anac budaqlar 5-6 yaşda olub,üzərində güçlü inkişaf etmiş boy və generativ zoğları daşıyır.



Ardı →

Dracula simia- Meymun səhləbi

Dracula simia, çox nadir çiçək. İkinci adı — meymun səhləbi. Məsələ ondadır ki, qönçəni ortasında həqiqətən də meymunun sifətinə bənzəyir. Yeri gəlmişkən, gül yalnız dağ rayonlarında Ekvador, Kolumbiya və Peru üzərində dəniz səviyyəsindən 2000 metrdən 1000 metrədək yüksəklikdə artır. Kolleksiyaçılar deyirlər ki, meymun səhləbi yetişmiş portağalın iyi gəlir.


Ardı →

"Kalaniya Orxideya"

Yaşıl qitədə  təxminən 2sm. ölçüdə, formasına görə ördəyi xatırladan qeyri-adi görünüşlü  səhləb çiçəyi «Kalaniya Orxideya» mövcuddur. Təbiət  əbəs yerə heç nə etmir və burda da özünün bir izahı var.

İnsan üçün bəlli olan səhləb çiçəyinin bu növü formaca ördəyi xatırladır. Çiçəyi yuxarı hissəsi dişinin xatırladır və bu erkəkləri cəlb edir. Yox, orxideya onları yemir. Sadəcə olaraq, o çiçək tozcuğu transportyor kimi, tozlanma üçün erkəklərdən istifadə edir. Erkək bir müddət çiçəyin tələsinə düşür və birmənalı şəkildə tozcuqla örtülür.


Ardı →

Genetika

XX əsrin əvvəllərində bitkiçilikdə və heyvandarlıqda tədqiqatlar nəticəsində əlamətlərin valideynlərdən nəslə keçməsi haqqında çoxlu məlumatlar toplanmışdır. XVIII əsrin ikinci yarısında alman alimi İ.Kelyerter 54 növ bitkilərin hibridlərini tədqiq edərək əlamətlərin nəslə keçməsinin bəzi qanunauyğunluqlarını müəyyən etmişdir. O, ilk dəfə olaraq bitkilərdə müxtəlif cinslilik aşkar etmişdir. Bundan əlavə Fransada O.Sajre və Ş.Noden, İngiltərədə T.Nayt, Almaniyada A.Qartner bitkiçilikdə növlərarası və növdaxili çarpazlaşmalar nəticəsində xüsusi əhəmiyyət kəsb edən nəticələr əldə etmişlər.


Ardı →